Təminatlı iş yeri, layiqli əməkhaqqı...
22.02.2025 [10:52]
Ötən il ölkədə 92 minə yaxın yeni iş yeri açılıb
2024-cü il ərzində Azərbaycanda 91,7 min yeni iş yeri açılıb ki, bu da əvvəlki illə müqayisədə 11,42 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə yaradılmış iş yerlərinin 91,6 faizi özəl sektorda açılıb. Yeni açılmış iş yerlərinin 75,2 faizi Bakı şəhərinin, 24,8 faizi isə regionların payına düşür.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 24,1 faizi tikinti, 17,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi emal sənayesi, 8,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi təhsil, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,3 faizi informasiya və rabitə, 8,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Qeyd edilən dövrdə insanların əməkhaqqı və real gəlirləri də artıb. 2024-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib.
İqtisadi aktivlik və sahibkarlıq mühiti
Son illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürdülən tədbirlərin nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bütün bölgələrin, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əhəmiyyətli dönüş yaradıb, yeni yaradılan müəssisə və obyektlərin, biznes subyektlərinin sayının artması əhalinin məşğulluğunun və maddi rifahının yüksəlməsinə səbəb olub.
Dövlət proqramlarının uğurlu icrası öz növbəsində vergi daxilolmalarının artımına öz müsbət təsirini göstərib. Həmçinin, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsində mühüm rol oynayıb. Xüsusilə də aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin iş yerləri ilə təminatında və sosial vəziyyətinin yaxşılaşmasında mühüm əhəmiyyət kəsb etməkdədir.
Bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin sayının artması, həm büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərib, həm də regionların maliyyə imkanlarının yaxşılaşmasında əsaslı zəmin yaradıb. Yerli gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmaları artıb.
Azad ərazilərdə 1000-dən çox iş yeri yaradılıb
Ölkəmizdə yeni iş yerlərinin yaradılmasında son illərdə Qarabağ və Şərqi Zəngəzurun mühüm rolu da artmaqdadır. İşğaldan azad edilmiş ərazilərdə öz doğma evlərinə geri dönən sakinlərin məskunlaşması tədbirləri ilə yanaşı, onların məşğulluğu ilə bağlı müxtəlif proqramlar və layihələr icra olunur. Ötən müddət ərzində Zəngilan, Füzuli, Laçın, Suqovuşan, Şuşa, Xocalı, Cəbrayıl, Xankəndi və digər ərazilərdə insanların məşğulluq imkanları ilə bağlı nəzərdə tutulan plan üzrə əhatəli tədbirlər həyata keçirilib, insanlar üçün çoxsaylı iş yerləri yaradılıb.
2025-ci il yanvarın 1-nə qədər bu bölgəyə köçən yerli sakinlər arasında 1000-dən çox insanın işlə fəaliyyəti təmin edilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayı 2000-yə yaxınlaşıb. Həmçinin, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən artıq müəssisənin fəaliyyəti təmin olunub.
Yeni milli prioritetlər
Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur və bu məsələ diqqət mərkəzindədir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur. Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet sahələrdir.
Beləliklə, qarşıdakı dövrdə Azərbaycanın ümumi iqtisadi inkişafında və əhalinin iş yerləri ilə təminatında əsas mənbələrdən biri kimi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

