Qızıl medalçılar ailəsinin növbəti nümayəndəsi
20.07.2013 [12:37]
Xəbər verildiyi kimi, iyulun 14-də III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb. Onlardan biri də Mingəçevir şəhəri 3 saylı orta məktəbi bitirən Məmmədli Nərmin Rövşən qızıdır.
Ənənə davam edir...
Öncə qeyd edək ki, Nərmin Məmmədli orta məktəbi qızıl medalla başa vurur. Əslində, orta məktəbi qızıl medalla bitirmək onların ailəsində bir növ ənənə sayılır. Hər halda Nərminin babası ixtisasca həkim, hazırda təqaüddə olan Məmməd Məmmədovun qəzetimizə açıqlamasında söylədiyi fikirlər belə deməyə əsas verir: “Nərmin oğlum Rövşənin qızıdır. Oğlum iqtisadçıdır. Nərminin iki qardaşı var. Onu da deyim ki, mən də, Nərminin atası da orta məktəbi qızıl medalla bitirmişik. Bu ənənəni Nərmin davam etdirir. Onun adı qızıl medal alacaq namizədlər siyahısına yazılıb”.
Hamımız inanırdıq ki, o, 700 bal toplayacaq
Babanın sözlərinə görə, nəvəsinin belə bir uğur qazanacağına inanırmışlar. Çünki Nərmin hələ uşaq yaşlarından çalışqan olub: “Hər zaman dərslərinə diqqətlə yanaşıb, məktəbdə nümunəvi şagird kimi fərqlənib və olimpiadalarda iştirak edib. Eyni zamanda, ali məktəbə hazırlıq dövründə də çox zəhmətə qatlaşıb. Onun 700 bal toplayacağına inanırdıq. Araz kursları sınağında bir dəfə 700 bal toplamışdı. Hamımız evdə deyirdik ki, Nərmin mütləq 700 bal toplayacaq və sevinirik ki, o, ümidlərimizi doğrultdu”.
Fəxr edirəm ki, Nərmin kimi nəvəm var
Nərminin həkimliyi deyil, hüquqşünaslığı seçməsinə gəlincə Məmməd Məmmədov “mən də, nənəsi də ixtisasca həkimik. Mən 12 il Diş Poliklinikasının baş həkimi, 14 il də Tibb məktəbinin direktoru olmuşam. Nənəsi isə göz həkimidir. Düzü çox istəyirdim ki, sənətimizi davam etdirsin. Amma Nərmin hüquqşünaslığı seçdi və biz onun seçiminə heç bir müdaxilə etmədik” deyib.
Babası sonda onu da bildirib ki, Nərmin bu uğuru haqq edirdi: “Çünki o gecə-gündüz bilmədən oxudu, dərslərinə hazırlaşdı. Əzmkarlıqla mübarizə apardı və son nəticədə istəyinə nail oldu. Bu, bizi çox sevindirir. Fəxr edirəm ki, Nərmin kimi nəvəm var. Ümid edirik ki, o, ailəsinə olduğu kimi, dövlətinə, vətəninə də layiqli övlad olacaq”.
Sevincimi ilk olaraq ailəmlə bölüşdüm
Öz növbəsində təəssüratlarını bizimlə bölüşən Nərmin Məmmədli “düzü cavablar çıxmazdan öncə çox həyəcanlı idim. Qorxurdum ki, birdən 700 bal toplamaram. Lakin cavablar çıxandan sonra çox sevindim və sevincimi ilk olaraq ailəmlə bölüşdüm. Bu, çox qürurverici andır. Sevinirəm ki, 11 illik əziyyətimin bəhrəsini layiqincə görə bildim. Bir də ona görə sevinirəm ki, bizim bölgədən yeganə 700 bal toplayan mənəm” - deyib.
Nərmin onu da deyib ki, bu vaxta kimi, hər zaman sınaqlarda yüksək nəticələr göstərib: “Ümumiyyətlə, sınaqlardan hər zaman yüksək nəticələr göstərmişəm və 600-dən yuxarı bal toplamışam”.
Babam həkim olmağımı istəyirdi...
Hüquqşünaslığa həvəsin onda 8-ci sinifdə oxuyandan yarandığını söyləyən Nərmin “artıq 8-ci sinifdə oxuyanda hansı sahəni seçməklə bağlı məndə fikir formalaşdı. Və qərara gəldim ki, hüquqşünas olum. Düzdür, babam həkim olmağımı istəyirdi. Lakin mən hüquqşünaslığı seçdim. Onu da deyim ki, ailəm mənim bu seçimimə hörmətlə yanaşdı. Bir sözlə, hədəfim hüquqşünas olmaqdır. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında oxumaq istəyirəm. Lakin xaricə getməklə bağlı planlarım da var. Əgər bu reallaşarsa, təhsilimi xaricdə davam etdirəcəyəm” - deyib.
Oxumaq, oxumaq, yenə də oxumaq
Sonda bu uğuru qazandığına görə öncə nənəsinə və babasına, həmçinin, müəllimlərinə minnətdarlıq edən qəhrəmanımız, eyni zamanda, gələcək abituriyentlərə tövsiyələrini də çatdırıb: “Ən əvvəl bu uğurumda nənəmlə babamın əməyi var. Mən onların yanında böyümüşəm. Onlar mənə çox kömək olublar. Eyni zamanda, məktəbimizin direktoru Tamara müəllimə başda olmaqla, uğurumda zəhməti olan müəllimlərimin hamısına minnətdarlıq edirəm. Orta məktəb şagirdlərinə isə demək istəyirəm ki, bütün uğurların başlanğıcı təhsildən, yaxşı oxumaqdan keçir. Necə deyərlər, oxumaq, oxumaq, yenə də oxumaq”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

