Ağdamın işğalından 20 il ötdü
24.07.2013 [09:42]
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə-yeksan oldu, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi
Azərbaycanın dilbər guşələrindən olan Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 20 il ötdü. Xatırladaq ki, hazırda böyük bir hissəsi erməni işğalı altında olan rayonun 10 kəndi Azərbaycanın nəzarətindədir. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər rayonları ilə həmsərhəd olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.
1988-ci ildə ölkəmizə qarşı başlayan erməni təcavüzünün episentri Ağdam rayonu oldu. Daha doğrusu, ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayon məhz Ağdam oldu. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşdü. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra o vaxtki Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə rus qoşunlarının köməyi ilə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən, Ağdama olan hücumların ardı-arası kəsilmirdi. Ağdamın işğalı dövlət idarəetmə sükanı arxasında oturan o zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti, AXC-Müsavat cütlüyünün arasında gedən çəkişmələr və ziddiyyətlərin nəticəsində baş verdi. Həmin zaman kəsiyində ölkəni bürümüş xaos, anarxiya Azərbaycanın bu dilbər guşəsinin işğalı ilə sonuclandı. Yarıtmaz idarəçilərin Ağdamın bütün kəndlərində yerli özünümüdafiə dəstələrini siyasiləşmiş hərbi batalyonlarla əvəzləmələri və “Ağdamı yerli camaat yox, dövlət qoruyacaq” - kimi pafoslu bəyanatları işğala zəmin yaratdı.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə-yeksan oldu, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər uşaq və böyüyə, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək, bununla da bəşəriyyətə qarşı ən dəhşətli cinayət törətdilər. Bu döyüşlərdə qəhrəman ağdamlılar son ana qədər döyüşdülər.
Lakin Ümummilli lider Heydər Əliyevin müstəsna səyləri ilə rayonun tamamilə itirilməsinə yol verilmədi. Qısa müddətdə ərazinin qorunub saxlanmış üçdə bir hissəsində 30 mindən artıq köçkün məskunlaşdırıldı. Dağıdılmış kommunikasiyalar bərpa edildi. Həyat üçün zəruri şərait yaradıldı.
Ulu öndərin ağdamlılara diqqət və qayğısı nəticəsində idarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldildi. Digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar qurub-yaratmaq ənənələrini davam etdirdilər. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə olduğu kimi, bu dəfə də ağdamlılara yüksək etimadla yanaşdı, onların problemlərinin həllini daim diqqətdə saxladı.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirib. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirir.
Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində işlər davam edir. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb. Ən sevindirici isə odur ki, artıq ağdamlı məcburi köçkünlərin rayonun işğaldan qorunmuş ərazilərinə sürətli qayıdışı başlanıb. Dövlətimizin başçısının diqqət və qayğısı onları yenidən Ağdama qaytarır. Əhalinin 90 mini artıq rayonda 138 yaşayış məntəqəsində yaşayır. Bu isə o deməkdir ki, Ağdam yenidən tikilir, Ağdam yenidən ucalır.
Ölkənin müxtəlif guşələrində məskunlaşaraq Ağdam qubarını qəlbində həsrətə çevirənlərin bir istəyi, təmənnası var: tezliklə doğma yurda qayıtmaq! Onlar yaxşı bilirlər ki, qarşımızda müqəddəs vəzifə var: işğal olunmuş torpaqlarımızı azad etmək və həmin torpaqlardan didərgin düşmüş soydaşlarımızı yerinə-yurduna qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünə nail olmaq. Bu, bizim ali məqsədimizdir. Hər bir ağdamlı əmindir ki, barlı-bərəkətli torpaqlarımız, ata-babalarımızın yurdları tezliklə azad ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

