Sərin, şirin dad...
18.06.2025 [08:54]
Dondurma alarkən nələrə diqqət etməliyik?
İsti havaların əvəzolunmaz ləzzətlərindən biri dondurmalardır. Sərinləşdirici içkilərə nə qədər çox ehtiyac duyulursa, dondurmaya da o qədər tələbat var. Müasir dövrdə dondurmalar həm ölçüsünə, həm dadına, həm də qiymətinə görə fərqlənir - bir sözlə, rəngarəngdir. Marketlərdə müxtəlif şirkətlərin istehsalı olan dondurmaya rast gəlmək olar.
Araşdırmalara görə, dondurma insanın əhvalını yaxşılaşdırır, stresi azaldır. Təbii ki, bütün bunlar yalnız keyfiyyətli məhsula aiddir. Saxta, ucuz, tərkibində palma yağı, kimyəvi qatqılar və s. ziyanlı maddələr olan dondurma sağlamlığa yalnız ziyan vura bilər. Bəs keyfiyyətli dondurmanı necə seçmək olar?
Acı dadı varsa...
Sualımızı cavablandıran Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, dondurmalar süd məhsulu olaraq vaxtı keçdikdə təhlükəli məhsullar sırasına daxildir. Onun sözlərinə görə, isti aylarda ən çox gəlir gətirən sahələrdən biri də dondurma ticarətidir: “Dondurma tez həzm olunan süd məhsuludur. Bütün dondurmaların istehsalında kərə yağından istifadə edilir. Bəzi hallarda kakos yağından da istifadə edilə bilər. Dondurmanın dadında acılıq hiss olunursa, yaxud boğazda acılıq yaranırsa, bu, o deməkdir ki, hazırlanarkən ya vaxtı keçmiş, ya da turşumuş kərə yağından istifadə edilib. Yaxud da bitki yağı ilə hazırlanıb. Bu, yararsız dondurma hesab edilir. Hazırda ölkədə 27-dən artıq dondurma istehsalçısı var ki, onlardan bəziləri kiçik sexlərdir”.
Maksimum 10 ay...
Birlik sədrinin sözlərinə görə, dondurma maksimum 10 ay müddətinə istifadə edilməlidir: “Bu gün ölkəyə xaricdən dondurmalar gətirilir ki, 1 ilə qədər yararlıq müddəti var. Belə hallar süd məhsulu üçün arzuolunan deyil. Xaricdən gətirilən dondurmalar daha təhlükəli hesab edilir. Çünki onlar daşınma zamanı müəyyən temperatur riskinə məruz qalırlar”.
Bu dondurmalardan uzaq durun!
AİİB sədri vurğulayıb ki, açıq şəkildə satılan dondurmalardan mümkün qədər uzaq durmaq lazımdır: “Çünki adətən vaxtı keçmiş dondurmalar açıq şəkildə satılır və onun istehsal tarixi haqqında məlumat əldə etmək mümkün olmur”.
Qab əzilibsə...
E.Hüseynov bildirib ki, bir çox dondurma istehsal edən müəssisələr əhalinin xarici dondurmaya üstünlük verdiyini nəzərə alaraq xarici dondurmaların qablaşdırmasını imitasiya edərək yerli dondurmanı həmin qabda qablaşdırıb satışa təqdim edirlər: “Ona görə də dondurma alarkən qablaşdırmaya fikir vermək lazımdır. Əgər qab əzilibsə, dondurma formasını itiribsə, bu, dondurmanın temperatur dəyişikliyinə məruz qaldığını göstərir. Vətəndaşların sağlamlığı öz əllərindədir. Dondurma alarkən onun hansı şəraitdə saxlanıldığına, məhsulda qeyd etdiyimiz keyfiyyətsizlik əlamətlərinin müşahidə edilib-edilmədiyinə fikir verməlidirlər”.
Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçə bilmir. Düzgün olmayan və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz məqamlara diqqət etməkdə fayda var...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43

