Qarabağda ilk dəfə...
02.07.2025 [09:46]
Ağdamda mühüm forum keçirildi
Ağdam rayonunda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-in Gənclər Forumu keçirilib. Forumun məqsədi İƏT ölkələrindən olan gəncləri regional dialoqa cəlb etmək, müvafiq məsələlərin həll yollarını təklif etmək və tövsiyələr toplusunu təqdim etməklə qərarların qəbuluna təsir göstərməkdən ibarətdir.
Tədbirdə iqtisadi və ticari əməkdaşlıq, davamlılıq və texnologiya, insan inkişafı və dialoq məsələləri müzakirə olunacaq. Forumda təşkilata üzv olan dövlətlərdən 50-yə yaxın gənc, dövlət orqanlarının nümayəndələri, İƏT rəsmiləri və ekspertlər iştirak ediblər.
Azərbaycanda güclü gənclər siyasəti mövcuddur
Forumda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Qarabağda ilk dəfə Gənclər Forumu təşkil olunur: “Biz belə tədbirlərlə göstəririk ki, Azərbaycanda güclü gənclər siyasəti mövcuddur”.
Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edən nazir bildirib: “Ölkə üzrə 35 gənclər evi, 100-lərlə gənclər təşkilatları, fondları və mərkəzləri fəaliyyət göstərir. Biz, həmçinin beynəlxalq tədbirlər təşkil edirik. Ümidvaram ki, bu tədbirin yekununda gənclər siyasətinə aid olan yaxşı sənədə imza atılacaq”.
İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan bildirib ki, bu gün biz daha çox inteqrasiya edilmiş regiona çevrilmək fikrindəyik. Həmin işlərə gənclərin qatılması bizə daha çox yaradıcı qüvvə gətirəcək, innovasiyaya yol açacaq: “İƏT regionu öz mədəniyyətləri, müxtəlifliyi, iqtisadiyyatları, cəmiyyətləri ilə fərqlənir. Ölkələrdə olan əhalinin 60 faizi məhz gənclərdən ibarətdir. Yaxşı təhsilə malik olan gənclər dayanıqlılığı, inkişafı və regional artımı irəliyə aparacaq bir gücə çevriləcək. Dünyanın müxtəlif yerlərində çağırışlar üzə çıxır. Bu regionda gənclər öz sözlərini deməlidirlər. Demək olar ki, bütün dünya üzrə gənclərin 30 faizi məşğuliyyətlə, həmçinin əmək bazarına çıxışla bağlı problemlərlə üzləşir. Gənclərə bu gün müəyyən bacarıqlar formalaşdırmaq imkanı yaradılmalıdır. Əlbəttə ki, yeni iş yerləri haqqında danışırıqsa, texniki bacarıqlar, bilik və savad çox vacibdir. Çünki biz yeni gələcək iqtisadiyyat haqqında danışırıq. Həmçinin İƏT regionunda gənc qadınlar məşğulluq baxımından böyük məhrumiyyətlərlə üzləşirlər. Siyasi mübarizə, münaqişələr səngimir ki, bu da qeyri-mütənasib şəkildə gənclərə təsir göstərir, yoxsulluğu daha da kəskinləşdirir və daha çox gərginliyə yol açır. Lakin ölkələrimiz arasında tarix və dəyərlər baxımından çox oxşarlıqlar var. Biz istənilən imkandan istifadə etməliyik ki, bir-birimizi daha çox tanıyaq, körpülər salaq, öyrənək, təcrübə mübadiləsi aparaq. Bu da əslində, bizim planlarımızın bir hissəsidir və gələcəyə doğru yatırılan sərmayədir”.
Gənclərə sərmayələrin yatırılması gələcəyə yatırılan sərmayədir
Baş katib əməkdaşlıq proqramlarının universitetlərlə, təhsil ocaqları ilə birlikdə tərtib edilməsinin tərəfdarı olduqlarını diqqətə çatdırıb: “Qarabağ regionunda buna çalışacağıq. Ümid edirik ki, növbəti dəfə buraya gəldikdə, daha çox inkişaf görəcəyik. İstərdik ki, Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsi proqramlarını həyata keçirək. Regionun müxtəlif yerlərindən gənclər buraya gəlib, təhsil alsınlar. Gənclərə sərmayələrin yatırılması ümumi gələcəyimizə yatırılan sərmayədir. Gənclərin bu işə qatılması regionun dayanıqlı inkişafına, iqtisadi artıma və regional əməkdaşlığa töhfə verəcək. Düşünürəm ki, bu, İƏT-in planlarının reallaşmasına daha çox töhfə verəcək. Mən Azərbaycan Respublikasının hökumətinə forumun təşkilinə görə təşəkkür edirəm. Azərbaycanın bu sahədə göstərdiyi rəhbərlik keyfiyyətləri, bu cür tədbirlərin təşkilində apardığı işlər gənclərin regional inkişaf məsələlərinə, tərəqqi işlərinə qatılmasına imkan yaradır”.
Gənclər qlobal çağırışların həllində fəal iştirak etməlidirlər
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və ailə məsələləri komitəsinin nümayəndəsi Almagül Kutanova bildirib ki, Qazaxıstan İƏT-in fəal üzvlərindən biridir. Gənclər isə mühüm proseslərdə və qlobal çağırışların həllində fəal iştirak etməlidirlər: “Qazaxıstanı Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda təmsil etməkdən qürur duyuram”.
Almagül Kutanova Ağdam şəhəri ilə bağlı fikirlərini də bölüşüb. Ağdamda aparılan bərpa və quruculuq işlərinin təqdirəlayiq olduğunu qeyd edib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12

