Xoşbəxt və kədərli anların yoldaşı...
11.07.2025 [08:15]
Şokolad niyə əhvalımıza yaxşı təsir edir?
Yəqin ki, şokoladı sevməyənlərin sayı çox deyil. Etiraf edək ki, yediyimiz bir şokolad parçası hər birimizə fərqli həzzlər hiss etdirir. Uzun müddətdir həyatımıza daxil olan şokolad müxtəlif reseptlərə daxil edilərək desertlərin baş qəhrəmanına çevrilib. Bütün bunlar bir yana, şokolad əhvalımıza təsir edə bilir. Belə ki, bu desert bəzən kədərli, bəzən də xoşbəxt anların yoldaşıdır.
İyulun 11-i şokoladı sevənlər üçün əlamətdar gündür, onlar bu tarixi xüsusilə qeyd edirlər. Qədim zamanlardan çoxlarının sevdiyi bu ləziz təamın tarixçəsinə nəzər salaq. Hələ 1550-ci il, iyulun 11-də Avropaya ilk dəfə kakao paxlası gətirilir. Elə həmin gündən etibarən dünya bu günü Şokolad Günü kimi qeyd edir.
“Tanrıların yeməyi”
Şokoladın elmi adını verən şəxs isveçli təbiətşünas Karl Linneydir. Şokoladın elmi adı “theobroma cacao”dur və mənası “Tanrıların yeməyi” deməkdir.
Sevərək yeyilən şokoladın faydaları müxtəlifdir. Mütəxəssislər xüsusilə depressiyadan əziyyət çəkən və qan azlığı olan şəxslərin şokoladdan daha çox istifadə etməsini məsləhət görürlər.
Ürəyinizlə dostdur...
Alman İnsan Qidalanması İnstitutu tərəfindən təxminən 19 min insan üzərində aparılan araşdırmada hər gün 7.5 qram şokolad yeyənlərin təzyiqinin daha aşağı olduğu, bu kəslərdə infarkt və iflic riskinin yüzdə 39 faiz daha az olduğu təsbit edilib.
Xoşbəxtlik gətirir...
Şokolad “phenethylamine” (PEA) ifraz etməkdədir. PEA isə sinir sistemini xəbərdar edir, ağrıları sakitləşdirir və insanın özünü yaxşı hiss etməsini təmin edir. Şokolad beyindəki serotonin səviyyəsini artırır və xoşbəxtlik hissi verir. Bu desert beyni rahatlaşdırıb boşaldır, beynin endorfin ifraz etməsinə səbəb olur.
Şokoladın tərkibində olan başqa bir maddə olan anandamid normal insan beynində təbii olaraq istehsal olunur. Klinik tədqiqatlarda narahatlığı azaltdığı təsbit edilən anandamid şokoladda az miqdarda olur. Bundan əlavə, bu maddə motivasiya və məmnunluq hissi yaratmaqda effektivdir.
Dərini və sümükləri qidalandırır
Şokolad xüsusilə qadınlar üzərində psixoloji olaraq olduqca müsbət təsirlərə malikdir. Şokolad qadınların özlərini yaxşı hiss etmələrini təmin edən endorfini ifraz edir.
Bu ləziz qida, eyni zamanda, öskürəyə və boğaza yaxşı təsir göstərərək boğazı yumşaldır. Yorğunluğa və halsızlığa qarşı enerji anbarıdır. Xüsusilə qara şokolad təzyiqə yaxşı təsir edir.
Ancaq şokoladın xeyirli tərəfləri olmağına baxmayaraq, çox istifadə edildikdə ziyanlı təsirləri də ola bilər.
İçindəki yağı və şəkəri unutmayın...
Nəticə olaraq, bir çox faydası ilə bərabər, şokoladın tərkibində yağ və şəkərin miqdarının da yüksək olduğu unudulmamalıdır. Bu səbəblə gündəlik qidalanmada diqqətli istehlak edilməlidir və tərkibində kakao yüksək olan şokolad növləri seçilməlidir.
Şokolad asılılıq yaradır, bir oturuşda böyük bir şokoladı tək başına yemək, ya da gündə ən az 3-4 ədəd istehlak etmək təəssüf ki, pis bir asılılıqdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20

