Şəffaf və operativ fəaliyyət...
12.07.2025 [08:15]
13 yaşlı “ASAN xidmət”
Ölkəmizdə elektron hökumət sahəsində əldə olunan irəliləyişlər olduqca təqdirəlayiqdir. Şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılması hökumətin qarşısında duran əsas hədəflərdəndir. Bu sahədə fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühiti əsasında yaradılan “ASAN xidmət” mərkəzlərini xüsusi qeyd edə bilərik. Məlumdur ki, bu xidmət vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərir. “ASAN xidmət” əhalinin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir.
İyulun 13-də “ASAN xidmət”in 13 yaşı tamam olur. Xatırladaq ki, xidmət ölkə başçısının 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən yaradılıb.
İdarəetmə sistemində yeni mərhələnin başlanğıcı
Ümumiyyətlə, “ASAN xidmət” mərkəzlərinin yaradılması respublikada idarəetmə sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Azərbaycana məxsus olan bu yenilik, əslində, dünya miqyasında idarəetmə kontekstində mütərəqqi nümunə kimi səciyyələndirilə bilər. Bu, təsadüfi deyil, çünki “ASAN xidmət”, ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşma əsasında formalaşdırılıb. Həmin mərkəzlərdə vətəndaşlara ən müasir və rahat texnologiyalar əsasında yüksək keyfiyyətli xidmət göstərilir. Vətəndaş yalnız daxil olduğu bir mərkəzdən, inzibati binadan ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni anda faydalana bilir.
İnnovasiyayönümlü və çoxfunksiyalı xidmət modeli...
Belə bir mütərəqqi modelin yaradılmasında məqsəd çoxfunksiyalı xidmətin həyata keçirilməsidir. Müasir dövrdə təkmil idarəetmə sisteminə malik olan ölkələr vətəndaşlara xidmətin çoxfunksiyalı proseslər əsasında davam etdirilməsi tərəfdarı kimi çıxış edirlər. Tətbiq edilən yeni yanaşmalar idarəetmənin təkmilləşdirilməsində axtarışların davam etdiyini göstərir. Ölkəmizdə isə innovasiyayönümlü, çoxfunksiyalı xidmət modeli olan “ASAN xidmət” digər ölkələr üçün də nümunə ola bilər. Bu, vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, onların vaxt itkisinin, eləcə də, bürokratiyaya, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaq istiqamətində analoqu olmayan avanqard örnəkdir.
Yeni və təkmil standartların tətbiqi
Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən faktorlardan biri məhz davamlı islahatların həyata keçirilməsi və dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət mexanizmi də bu prosesdə müstəsna rol oynayır. Bir sözlə, “ASAN xidmət”in yaradılması və nümunəvi fəaliyyəti, əslində, Azərbaycanda son dövrlərdə dövlət orqanlarının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində görülən işləri sistemləşdirməyə və genişləndirməyə xidmət edən mütərəqqi yanaşma nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də neqativ hallarla mübarizədə ciddi dönüş yaradıb.
13 ildə 28 mərkəz
Hazırda Azərbaycanda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si paytaxt Bakı şəhərində, digər 21-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Masallı, Qəbələ, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, 2 saylı Gəncə, 2 saylı Sumqayıt, Salyan, Naxçıvan, Lənkəran, Şuşadadır.
Azərbaycanın təcrübəsinə ehtiyac duyulur...
“ASAN xidmət” Azərbaycan brendi olaraq dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub. Hazırda bu tətbiq dünyada uğurlu, sınanılmış Azərbaycan təcrübəsi kimi tanınır, ona böyük maraq göstərilir. Müxtəlif ölkələr “ASAN xidmət” sisteminin öyrənilməsi və tətbiqi üçün ölkəmizlə əməkdaşlıq edir. Təbii ki, bütün bunlar hər birimiz üçün sevindirici, bir o qədər də qürurlu haldır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

