Qızmar yay günlərində...
15.07.2025 [08:31]
Nələrə diqqət edək?
Son günlər kəskin isti hava müşahidə edilir. Yüksək temperatur bir çox insan üçün xoş olsa da, sağlamlıq baxımından ciddi risklər yarada bilər. Sıx istilər xüsusilə körpələr, yaşlılar və xroniki xəstəliyi olanlar üçün təhlükəlidir. Ona görə də isti havalarda sağlam qalmaq üçün sadə, amma təsirli tədbirlər həyati əhəmiyyət daşıyır.
Havanın 40°C-i keçdiyi vəziyyətlərdə bədən öz temperaturunu tənzimləməkdə çətinlik çəkə bilər. Bu, susuzlaşma, başgicəllənmə, ürəkbulanma və hətta huş itkisinə səbəb olur. Hədsiz istilər zamanı bədəndə isti səpkilər, əzələ qıcolmaları, halsızlıq və istilik vurması kimi hallar baş verə bilər.
Bu saatlarda evdən çıxmayın...
Mütəxəssislər ehtiyac olmadıqda günorta saatlarında (11:00-15:00) evdə qalmağı məsləhət görür. Bundan başqa, bol su içmək, sərin duş qəbul etmək də isti havalardan qorunmaq üçün əsas vasitələrdən biridir.
Necə geyinək?
Təbii materiallara, xüsusilə kətandan, çit parçadan hazırlanan geyimlərə üstünlük verməyi məsləhətdir. Xüsusilə, yay aylarında sintetik tərkibli geyimlərdən qətiyyən istifadə etmək olmaz. Geyim seçərkən paltarın rənginə də fikir vermək lazımdır. Yayda daha çox qarışıq və al-əlvan tonlarda olan parçalara üstünlük verilməsi məsləhətdir. Bundan əlavə, güllü, açıq rəngli parçalar hər ilin yaz-yay aylarında dəbdə olur.
Ağ rəng sərinlədir...
Yay aylarında açıq geyimlərdən istifadə etmək bir o qədər də məqsədəuyğun deyil. Çünki bu halda Günəş şüaları bədənə birbaşa nüfuz edir və bu, insan orqanizminə mənfi təsir göstərir. Yaxşı olardı ki, nisbətən qapalı geyimlərə üstünlük verilsin. Amma bu o demək deyil ki, tünd rəngli qapalı geyimlərdən istifadə edilməlidir. Açıq ağ rəngli tonlarda qapalı geyinmək orqanizm üçün daha faydalıdır. Çünki ağ rəng Günəş şüalarını geri qaytarır və nəticədə insan sərinləyir. Ultrabənövşəyi şüalardan qorunmaq üçün bu, ən əlverişli üsullardandır.
Kimlər daha çox risk altındadır?
Körpələr, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar isti havalarda xüsusilə ehtiyatlı olmalıdır. Uşaqlar tez-tez su içməyə təşviq edilməlidir. Bundan başqa, azyaşlıları yüngül geyindirmək və mütləq günəşdən qoruyucu vasitələrdən istifadə etmək lazımdır.
Düzgün qidalanma da vacibdir
İsti havalarda bədənimizin nəm tarazlığı dəyişir və daha çox su itiririk. Həddindən artıq istilərdə qan qatılaşır. Buna görə də belə havalarda qidalanmaya diqqət etmək lazımdır. Bu cür havalarda maye qəbulunu artırmaq, maye tərkibli qidalara üstünlük vermək lazımdır. Maye itkisinin qarşısını almaq üçün hər saatda bir stəkan su içilməlidir. Susuzluğumuzu yatırtmaq üçün adi su və ya şəkərsiz yaşıl çay içmək məsləhət görülür. Yalnız ürək-damar xəstəlikləri, hipertoniya, piylənmədən əziyyət çəkən və böyrəklərində problemi olan insanlara çox maye qəbul etmək məsləhət deyil.
Bu yeməklərdən uzaq durun...
Dietoloqlar qeyd edirlər ki, yemək saatları səhər tezdən 6:00-7:00-da, nahar gün qızmadan öncə 11:00-11:30-da, şam yeməyi isə 18:00-da qəbul edilməlidir. Ac qarnına yata bilməyənlər isə 21:00-da yüngül qəlyənaltı edə bilərlər. Səhər və şam yeməyini yemək çox vacibdir. Həzmin nizamlı olması və çəkinin normada qalması baxımından vaxtında və rejimli qidalanmanın əhəmiyyəti yüksəkdir. Hədsiz isti havalarda qızartma yeməklərindən uzaq durmaq tövsiyə edilir.
Bu cür havalarda qızartma yerinə qaynatma, öz suyunda və ya az suda bişirmə kimi sağlam üsullar seçilməlidir. Çünki yağlı qızartmalar və xəmir yeməkləri bədəndə yorğunluğa, baş ağrısı və yüksək təzyiqə səbəb olur. Ancaq tərəvəz və meyvə salatları, qarabaşaq və düyü, kartof və pəhriz şorbaları mədədə ağırlıq hissi yaratmır, bu səbəbdən onları günorta qəbul etmək məsləhətdir.
Kondisionerdən düzgün istifadə
İsti yay günlərində kondisionerdən düzgün istifadə sağlamlığın qorunması baxımından son dərəcə vacibdir. Mütəxəssislərin sözlərinə görə, əgər insan küçədən tərləyərək qayıdırsa, otağa daxil olduqdan sonra dərhal kondisioneri yandırmaq olmaz. Onların fikrincə, orqanizmə təbii şəkildə soyumağa imkan vermək - ən azı 10-15 dəqiqə gözləmək lazımdır.
Kondisionerin temperaturu ilə açıq havadakı istilik fərqi 5-7 °C-dən artıq olmamalıdır. Əks halda, bu, soyuqdəymə və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40

