Bir güllə atılmadan...
02.12.2025 [11:30]
Laçın yeni tarixini yaşayır
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə böyük mənəvi bağlılığı var. Biz düz 30 il o torpaqların xiffətini çəkmişik, əcdadlarımızın ruhu dolaşan yurd yerlərimizə qayıtmağın həsrəti ilə yaşamışıq. Müzəffər Ordumuzun 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı parlaq qələbələr bu həsrətimizə son qoydu. Artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.
Son beş ildə işğaldan azad olunmuş bütün ərazilər böyük quruculuq-abadlıq meydanına çevrilib. Göz önündə yeni bir Qarabağ formalaşır - bu ərazilərdə müasir şəhər və kəndlər salınır, iş yerləri yaradılır, tarixi abidələr bərpa olunur. Bütün bunları, həmçinin üçtərəfli bəyanata uyğun olaraq bir güllə atılmadan azadlığına qovuşmuş Laçın rayonunun timsalında da izləmək mümkündür.
Kədərli işğal illəri
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Çox təəssüf ki, bu rayonun əhalisi də işğalın ağır fəsadlarını yaşayıb. 1992-ci il mayın 18-də uca dağlar qoynunda qərar tutan və alınmaz qala sayılan Laçın rayonunun, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Belə ki, sözügedən rayonların işğal altına düşməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olundu.
İşğal altına düşənədək Laçın zəngin təbii sərvətləri, maldarlığın inkişafı üçün geniş imkanları olan bir diyar kimi tanınırdı. İşğal illərində ermənilər Laçında misli görünməmiş vandalizm əməlləri törədiblər və təbii sərvətlərimizi vəhşicəsinə talayıblar. Laçının süqutu doğma Azərbaycanımızın 1835 kvadratmetr ərazisinin, 13745 fərdi yaşayış evinin, 48 sənaye, 63 kənd təsərrüfatı obyektinin, 101 məktəbin, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisənin, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyektinin, 30 rabitə qovşağı, peşə məktəbi, xalq teatrı, tarix-diyarşünaslıq muzeyinin itirilməsi, on minlərlə ailənin faciəsi ilə nəticələndi. Ümumi ziyan 7,1 milyard ABŞ dollarına bərabərdir. Rayonda 1992-ci ildə olan 58227 nəfər əhali respublikanın 59 rayon və şəhərində məskunlaşıb. İşğal nəticəsində 267 nəfər laçınlı öldürülüb, 66 nəfər girov götürülüb.
İnsanlar doğma yurdlarına qayıdırlar
Qalib Azərbaycan ərazi bütövlüyünə hərbi-siyasi yolla nail olub. Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ağdamın, Kəlbəcərin və Laçının bir güllə atılmadan respublikamıza təhvil verilməsi ilə Ordumuzun döyüş meydanında qazandığı şanlı zəfərlər diplomatiya müstəvisində də təsdiqini tapmış oldu. İndi Laçın yeni tarixini yaşayır.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Proqramın əsas hədəfi ilk beşillikdə 34 min 500 ailəni azad edilmiş ərazilərə köçürməkdir. Bu istiqamətdə sistemli tədbirlər həyata keçirilməkdədir. Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk ünvanı oldu.
Artıq işğaldan azad olunmuş digər ərazilərin sakinləri kimi, laçınlılar da doğma yerlərə köç etməyin sevincini bölüşürlər. Bura ilk köç 2023-cü ilin may ayında reallaşıb. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ilkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşıblar.
Sonrakı mərhələdə Laçına daha bir neçə köç karvanı yola salınıb. Bütövlükdə, birinci mərhələdə Laçıda 4 min insanın məskunlaşdırılması nəzərdə tutulub.
Azad ərazilərdə üçüncü hava limanı
Yaşayış məntəqələrinin məskunlaşdırılması ilə paralel şəkildə, Laçında həmçinin zəruri infrastruktur qurulur. Qısa müddətdə burada əhalinin elektrik enerjisinə təlabatını ödəyəcək bir neçə elektrik stansiyası işə salınıb. Müasir yollar çəkilir, tunel və körpülər tikilməkdədir. Bu layihələrin arasında hava limanının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi 2025-ci il 28 may tarixində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Bunadək işğaldan azad olunmuş ərazilərdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunmuşdu. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.
Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.
Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq.
Əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramında əsas hədəflərdən biri də bura köçən əhalinin məşğulluğunun təmin edilməsidir. Bu məsələ Laçın rayonunda da diqqət mərkəzində saxlanılır. İndiyədək burada rayonun iqtisadi potensialı və əmək ənənələri nəzərə alınmaqla bir neçə yeni müəssisə işə salınıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən parkda artıq 12 müəssisə fəaliyyət göstərir.
Cari il mayın 27-də Prezident İlham Əliyev sənaye parkında daha bir müəssisənin - “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib. Fabrikin ümumi dəyəri 1,2 milyon manatdır. Burada gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
“Laçın Aqro-Sənaye Parkı”nda İlham Əliyevin iştirakı ilə cari il mayın 27-də açılış tədbiri keçirilən müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

