/ / Dövlət İdarəçilik Akademiyası intellektual kadr potensialının yetişdirilməsinə mühüm töhfələr verir
Dövlət İdarəçilik Akademiyası intellektual kadr potensialının yetişdirilməsinə mühüm töhfələr verir
25.10.2013 [11:48]
Akademiya bu illər ərzində qarşısında duran əsas vəzifəni-dövlətimiz üçün müasir təfəkkürlü gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis-kadrların hazırlanması, mövcud kadrların və dövlət məmurlarının ixtisaslarının artırılması istiqamətində mühüm işlər görmüşdür
Müasir dövrdə sosial elmlərin xüsusi tədqiqat obyekti qismində bu və ya digər səviyyədə idarəetmənin təşkili və əsaslarının öyrənilməsi çıxış etməkdədir. Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif institusional məfhumları və səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə sistemli prosesin qanunauyğun nəticəsi kimi çıxış edir.
Ümumiyyətlə, hər bir sahə və ya sektorda idarəetmə prosesinin səmərəli təşkil edilməsi üçün ilk növbədə, onun elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi lazımdır. Bunun üçün ilk növbədə, idarəetmə prosesinin əsaslarını mənimsəyən kadr potensialını yetişdirəcək təsisatların fəaliyyəti mütləq zərurət kimi çıxış edir. Bu təsisatlar idarəetmə prosesinin düzgün təşkili edilməsi baxımından bir neçə istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Birincisi, intellektual kadr potensialı yetişdirilir ki, bu, öz növbəsində bu sahənin inkişafının institusional əsası kimi çıxış edir. Həmin kadrlar müxtəlif dövlət orqanlarında idarəetmə prosesində bilavasitə iştirak edir, öz intellektual potensiallarından dövlət idarəçiliyinin səmərəliliyinin artırılması naminə istifadə edirlər. İkincisi isə, idarəetmənin əsaslarını dərindən mənimsəmiş kadr potensialları bu elmin inkişafına xüsusi töhfələr verirlər. Məlumdur ki, lokal və ya qlobal səviyyəli olmasından asılı olmayaraq idarəetmənin elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamental araşdırmalar və analitik materiallar ortaya çıxarmaq, növbəti mərhələdə isə ona müvafiq taktiki və strateji əsaslar formalaşdırmaq gərəkdir. Bu nöqteyi-nəzərdən, müxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı tədqiqatlar aparan araşdırmaçı-alimlərin tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.
Bu gün siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı müxtəlif xarakterli əsərlər işıq üzü görməkdədir. Bu əsərlərdə müxtəlif cəmiyyət və dövlətlərin idarəetmə təcrübəsinin və modellərinin öyrənilməsi ilə yanaşı, konkret elmi-praktik və nəzəri-metodoloji tövsiyə və təkliflər yer alır ki, bütün bunlar konkret idarəetmə nümunəsi kontekstində strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə idarəetmənin təşkili ilə bağlı elmi-nəzəri və analitik-empirik tədqiqatlar ortaya qoyulur və hər bir araşdırma nümunəsi yönəldiyi sahədə idarəetmənin təkmilləşdirilməsi üçün fundamental baza əhəmiyyəti daşıyır. Həmçinin, ölkəmizdə idarəetmə prosesinin elmi-nəzəri və praktik əsaslarını mənimsəmiş kadr potensialının yetişdirilməsində müvafiq institutların, o cümlədən ali təhsil müəssisələrinin özünəməxsus rolu vardır. Bu ali təhsil müəssisələrindən biri də olduqca yüksək reytinqə malik olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır.
Ümumiyyətlə, bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi formalaşdırılmışdır. Respublikamızda dövlət idarəçiliyi sahəsində yeganə təhsil ocağı olan Dövlət İdarəçilik Akademiyası (DİA) bu illər ərzində qarşısında duran əsas vəzifəni-dövlətimiz üçün müasir təfəkkürlü gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis kadrlar hazırlamaq, mövcud kadrların və dövlət məmurlarının ixtisaslarının artırılması istiqamətində böyük işlər görmüş, bir sıra müvəffəqiyyətlər qazanmış, beynəlxalq aləmdə tanınmaq istiqamətində xeyli irəliləyişlərə nail olmuşdur.
Akademiyanın yaradılması dövlətimizin möhkəmlənməsi və elmi əsaslarla idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların artırılmasının təşkili və həmin sahənin analitik informasiya təminatının möhkəmləndirilməsi məqsədilə Ulu öndərin 3 yanvar 1999-cu il tarixli Fərmanına əsasən, fəaliyyətə başlayan Dövlət İdarəçilik Akademiyası bu sahədə mühüm analitik mərkəz kimi işini bu vəzifələr və günün tələbləri səviyyəsində quraraq öz imkanlarını daha da genişləndirməkdədir.
Akademiyada cəmiyyətimizdə gedən sosial və ictimai-siyasi proseslərin elmi-nəzəri cəhətdən araşdırılması, dövlətimizin təşəkkülü və möhkəmlənməsi, cəmiyyətin demokratikləşdirilməsi məsələlərinə dair əhəmiyyətli işlər aparılır. Bu elmi araşdırmalarda Ümummilli lider Heydər Əliyevin fəlsəfi-siyasi ideyaları, tanınmış siyasi və ictimai xadimlərimizin fikirləri, ideyaları öyrənilir və sistemləşdirilir. Göründüyü kimi, Dövlət İdarəçilik Akademiyası günbəgün öz inkişafının yeni mərhələsinə qədəm qoymaqdadır.
Akademiya dövlət idarəçiliyinin bütün səviyyələri üçün müasir idarəetmə təfəkkürünə malik kadrlar hazırlamaqla, idarəetmə mədəniyyətinin, dövlətçilik əxlaqının formalaşmasına kömək etməklə respublikamızda dövlət quruculuğu prosesində fəal iştirak edir. Təbiidir ki, bu proses gələcəyə yönələn addım olmaqla yanaşı, kadr potensialımızın davamlılığını təmin edən faktorlardandır. Bu prosesdə akademiyanın professor-müəllim korpusu ilə yanaşı, dövlətin idarəedilməsində yüksək bilik və təcrübəyə malik olan alim və mütəxəssislər də iştirak edir. İntellektual kadr potensialının formalaşmasına xidmət edən bu siyasət ölkənin bir sıra göstəricilərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasından xəbər verir.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə elm və təhsili strateji hədəflər kimi müəyyən etməsi, Onun imzaladığı sənədlərdə dövlətçiliyin inkişafında yeni ənənə olaraq beyin mərkəzlərinin yaradılması, biliyə əsaslanan cəmiyyətin inkişafına dəstək, insan potensialının inkişafı istiqamətindəki göstərişləri bu sahəyə olan xüsusi diqqətdən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, intellektual kadr potensialının formalaşdırılması və inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin vacib hissəsini təşkil edir.
Bu sahədə həyata keçirilən siyasətin uğurlu olması Dövlət İdarəçilik Akademiyası kollektivinin də qarşısında mühüm vəzifələr və gözləntilər qoymaqdadır. DİA-nın Azərbaycanın ali məktəbləri arasında özünəməxsus yeri var və təsadüfi deyildir ki, təhsilin səviyyəsinə, qəbul olunan tələbələrin topladıqları ballara və digər parametrlərə görə Akademiya ali məktəblər sırasında liderdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulun yekunları ilə bağlı araşdırmaları göstərir ki, abituriyentlərin böyük əksəriyyətinin daxil olmaq istədiyi ali məktəb məhz Dövlət İdarəçilik Akademiyasıdır. Dövlət İdarəçilik Akademiyasına test yolu ilə ildə təxminən 300 nəfər qəbul olunur. 2013-2014-cü tədris ilində respublika üzrə 33745 nəfər ali təhsilin bakalavr pilləsinə qəbul olunub ki, bunların da 291 nəfəri DİA-nın payına düşür. Bundan başqa, respublika üzrə prezident təqaüdçülərinin sayı 102-dir ki, bunun da 27 nəfəri (I kurs) Dövlət İdarəçilik Aakademiyasında təhsil alır. Başqa sözlə, Prezident təqaüdçülərinin (I kurs) 9.3 faizi DİA-nın payına düşür.
Başqa bir statistik göstərici isə ixtisas üzrə orta qəbul balları ilə bağlıdır. III qrup üzrə respublikada orta bal 475 olduğu halda, DİA-da 646, II qrup üzrə isə göstərici 420 bal olduğu halda, bu, DİA-da 686 bal səviyyəsindədir. Digər qruplarda da göstəricilər eyni fərqləri əhatə edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan gənclərinin intellektual toplumu məhz burada formalaşmışdır. Gənclərin beyin mərkəzinin yaradılması üçün bəhs etdiyimiz ali təhsil müəssisəsində kifayət qədər intellektual potensial mövcuddur. Məhz bu potensialın inkişafı, şəbəkələşməsi perspektivdə kadr potensialının davamlı inkişafının təmin edilməsi sahəsində ən vacib resurs olmaqda öz aktuallığını saxlamaqadadır.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

