Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Masallıda marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Masallıda marketdə saxta alkoqollu içkilər aşkarlanıb

25.12.2025 [22:38]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun İsgəndərli kəndində Mais Təvəkgül oğlu Həşimliyə məxsus marketdə keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, marketdə “Piterskaya”, “Губернаторская”, “Organic”, “Документ” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 235 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31