Səbail rayonunda növbəti ümumrayon iməcliyi keçirilib
06.11.2013 [09:39]
Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etməkdədir.
Səbail rayonda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclik rayon İcra Hakimiyyətinin, təsərrüfat və digər xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 250 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan - respublikamızın sakinləri və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin gənub-qərb giriş yolu olan, “Şıx” yaşayış sahəsində, Salyan yolu boyunca keçirilib.
İməclik ərəfəsində hazırlıq işləri görülüb, lazımi miqdarda ləvazimat toplanılıb, ağacların suvarılması üçün 5000 metr uzunluğunda yeni xəttlər çəkilib və ən əsası isə burada əkilmək üçün dekorativ ağac və gül kolları alınıb.
İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılıb, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilib, “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılıb, yeni torpaq qatı, yaşıl ot qatı salınıb, yeni ağac, və dekorativ kollar əkilib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılıb.
Həmin ərazisində yerləşən, keçən əsrin 70-ci illərində Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış “Dostluq parkı”nın ərazisində yeni veloparkın yaradılması məqsədi ilə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilib.
Keçirilən iməclik ərzində burada 1000 ədəd yeni ağac əkilib, 7000 kvadrat metr sahəyə qazon otu səpilib, əlavə olaraq əvvəl əkilmiş 5000 ədəd ağaca qulluq göstərilib, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilib.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.
İlin sonuna kimi Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22

