Yanvar ekstremal hava hadisələri ayı olub: Rekord qar yağışlarından istilik dalğalarınadək
31.01.2026 [18:20]
Ekstremal istilər, güclü şaxtalar və leysan yağışları 2026-cı ilin yanvarını hava ziddiyyətləri ayına çevirib. Bu, dəqiq proqnozların və erkən xəbərdarlıq sistemlərinə investisiyaların əhəmiyyətini göstərir. Bunu Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib.
AZƏRTAC xəbər verir ki, dünyanın bütün regionlarında ciddi insan tələfatına, iqtisadi itkilərə və ətraf mühitə ziyana səbəb olan təbii hadisələr qeydə alınıb.
“Təsadüfi deyil ki, ekstremal hava şəraiti Dünya İqtisadi Forumunun qlobal təhdidlər barədə illik hesabatında əsas risklər sırasında sabit yer tutur. Hava və iqlim fəlakətlərindən zərər çəkən insanların sayı ildən-ilə artır və yanvarda biz onların faciəvi nəticələrini demək olar ki, hər gün gördük”, – deyə ÜMT-nin rəhbəri Seleste Saulo deyib.
O xatırladıb ki, erkən xəbərdarlıq mexanizmləri səmərəli olan ölkələrdə təbii fəlakətlərdən ölüm göstəricisi altı dəfə aşağıdır ki, bu da “Hamı üçün erkən xəbərdarlıq” təşəbbüsünü xüsusilə аktual edir.
Hökumətlərarası İqlim Dəyişikliyi üzrə Ekspertlər Qrupunun (IPCC) məlumatına görə, 1950-ci ildən bəri dünyada güclü soyuqların tezliyi ümumilikdə azalsa da, bu, ayrı-ayrı güclü şaxtaları istisna etmir. Qütb burulğanının zəifləməsi Arktika havasının orta enliklərə daxil olmasına şərait yaradıb, nəticədə Şimali Amerikada, Avropada və Asiyada güclü şaxtalar müşahidə olunub. Söhbət adətən atmosferin yuxarı qatlarında Arktika ətrafında dövr edən və bəzən zəifləyərək arktik soyuğun cənuba yayılmasına imkan verən geniş soyuq hava və güclü küləklər zonasından gedir.
Yerli meteoroloji xidmətlərin məlumatına görə, Kamçatkada yanvarın ilk iki həftəsində 2 metrdən çox qar yağıb, dekabrda isə əlavə 3,7 metr qar düşüb ki, bu da 1970-ci illərdən bəri ən qarlı dövrlərdən biri hesab olunur. Petropavlovsk-Kamçatsk şəhərində nəqliyyatın hərəkəti demək olar ki, iflic olub, qar yığınları binalara və infrastruktur obyektlərinə girişi bağlayıb.
Yanvarın sonunda güclü qış fırtınası Kanadaya və ABŞ-a da təsir göstərib, enerji təchizatında kütləvi fasilələrə, aviareyslərin ləğvinə və insan tələfatına səbəb olub. ABŞ Milli Meteorologiya Xidməti xəbərdarlıq edib ki, yanvarın 31-dək arktik soyuğun yeni dalğası düzənlik ştatlar, Böyük Göllər bölgəsi, eləcə də ölkənin cənub-şərq və şərq regionları vasitəsilə cənuba doğru yayılacaq.
Eyni zamanda, bəzi meteoroloji proqnozlar Arktika üzərində stratosfer istiləşməsinin fevralın əvvəlində qütb burulğanının əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb ola biləcəyini göstərir ki, bu da ayın ikinci yarısında Şimali Amerikaya və Şimali Avropaya arktik havanın yenidən daxil olması üçün şərait yarada bilər.
Afrikanın cənubunda vəziyyət xüsusilə ağır olub. Mozambik milli hakimiyyət orqanlarının məlumatına görə, daşqınlar azı 650 min nəfəri əhatə edib, yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub, təxminən 30 min yaşayış evi zədələnib və ya dağılıb. Cənubi Afrika onlarla insanın həyatına son qoyan leysan yağışlardan sonra milli fəlakət elan edib.
Avstraliya bir ay ərzində iki istilik dalğası yaşayıb. Seduna şəhərində temperatur 49,5°C-ə çatıb ki, bu, həmin ərazi üçün rekord göstəricidir. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi yanvar istisini təxminən 1,6°C daha intensiv edib.
Çilidə meşə yanğınları azı 21 nəfərin həyatına son qoyub, on minlərlə insan təxliyə olunub. Yanğınlar Argentinanın cənubunu da əhatə edib. Hökumətlərarası İqlim Dəyişikliyi üzrə Ekspertlər Qrupunun hesabatına görə, insan fəaliyyəti istilik dalğalarının tezliyini və intensivliyini XX əsrin ortalarından bəri artırıb.
Ümumdünya Meteorologiya Təşkilatı, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təşəbbüslər çərçivəsində ekstremal istilərin və digər hava təhlükələrinin nəticələri ilə mübarizə işi gücləndirilir.
Mütəxəssislər vurğulayır ki, 2026-cı ilin yanvar ayı erkən xəbərdarlığa, iqlim dayanıqlığına və fəlakətlərə hazırlığa yatırılan investisiyaların insanların həyatını xilas etdiyini bir daha xatırlatdı.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

