Yanvar ayında ölkə ərazisində temperatur əsasən iqlim normasından yuxarı olub
02.02.2026 [12:21]
2026-cı ilin yanvar ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı (0.9–8.8 dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə norma daxilində olub. Orta aylıq temperatur 6,2 dərəcə isti olub ki, bu da iqlim normasından 1,8 dərəcə yuxarıdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, yanvar ayında normadan maksimal fərq yanvarın 12-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu Abşeron yarımadasında (Sumqayıt) 21 dərəcə isti , bölgələrdə isə (Astara) 23 dərəcəyədək isti olub. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında yanvarın 22-də 1,5 dərəcə şaxta (Bakı, Maştağa), yüksək dağlıq ərazilərdə isə yanvarın 16-da 22 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb.
“Yanvar ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə sulu qar və qar yağıb, bəzi ərazilərdə isə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 271 faizi olmaqla Lənkəran–Astara zonasına (128,2–206,4 millimetr) və aylıq normanın 205 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Binə – 48,1 millimetr) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Lerikdə 116 santimetr təşkil edib”, – deyə N.Mahmudov qeyd edib.
O, həmçinin bildirib ki, yanvar ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 xəbərdarlıq (sarı və narıncı) verilib. Bakı və Abşeron yarımadasında 17, bölgələrdə isə 20 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti saniyədə Bakı və Abşeron yarımadasında 28, bölgələrdə isə 26 metrədək güclənib.
Xəbər lenti
Hamısına baxGündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56

