Artıq çəki, artan risklər...
04.03.2026 [08:52]
Piylənmə 21-ci əsrin ən böyük sağlamlıq problemidir
Bu gün piylənmə artıq fərdi problem deyil, qlobal miqyasda sağlamlıq böhranına çevrilib. Bu problem metabolik-endokrinoloji xəstəlik olsa da, terapevt, kardioloq, nevroloq, psixiatr, qastroenteroloq, fizioterapevt və bir çox ixtisas həkimlərini maraqlandırır. Məhz artıq çəki insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bədəndəki artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Sadə dildə desək, piylənmə orqanizmdə artıq yağ toplanmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) piylənməni XXI əsrin ən ciddi sağlamlıq problemlərindən biri kimi qiymətləndirir. Statistikaya görə, dünyada milyardlarla insan artıq çəki və ya piylənmədən əziyyət çəkir. Orta bədən kütləsinə malik kişilərdə piy toxuması 15-20, qadınlarda isə 25-30 faiz arasındadır.
Yeri gəlmişkən, martın 4-ü Ümumdünya Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilir. Hələ 1997-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) piylənməni qlobal xarakter alan bir epidemiya kimi qəbul edib. O vaxtdan başlayaraq həkimlər artıq çəki və piylənmə problemi haqqında əhalinin maariflənməsi sahəsində intensiv kampaniya aparır, piylənməyə aparan səbəblər və onun fəsadları haqqında məlumatlandırırlar.
1975-ci ildən etibarən 3 dəfəyədək artıb...
ÜST-ün apardığı tədqiqatlar göstərir ki, insanın bədən kütləsinin artması müxtəlif patalogiyaların inkişaf riskinin yüksəlməsinə səbəb olur. Ona görə də bu xəstəliyi istənilən yolla, hətta cərrahi müdaxilə yolu ilə də müalicə etmək önəmlidir. ÜST piylənməni “sağlamlıq üçün təhlükə yaradan həddindən artıq və ya anormal piy yığılması” olaraq təyin edir. Artıq çəki və piylənmə xəstəliyi bir çox metabolik, ürək-damar, ortopedik və psixiatrik pozğunluqlara səbəb ola bilər.
Təşkilatın verdiyi məlumata əsasən, 1975-ci ildən hazırkı vaxta qədər piylənmədən əziyyət çəkən xəstələrin sayı 3 dəfəyə qədər artıb. Ölkəmizdə kişilərin 50 faizi, qadınların isə 60 faizi artıq çəkidən əziyyət çəkir.
Valideynlərin doğru bildiyi yanlış!
Mövzu barədə “Yeni Azərbaycan”a danışan dietoloq Şəfa Yadigarova piylənmənin 2-ci tip diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinə səbəb ola biləcəyini diqqətə çatdırıb. Dietoloq qeyd edib ki, körpə uşaqların valideynləri həddən artıq çəki probleminə görə, həkimlərə tez-tez müraciət edirlər: “Belə müraciətlərin sayı artıb. Valideynlərdə belə bir fikir formalaşıb ki, uşağı yaxşı yedizdirmək lazımdır ki, o sağlam olsun. Bu, çox yanlış yanaşmadır. Əgər valideynlər övladlarının gələcəyini düşünürlərsə, onları körpəlikdən düzgün qidalanmağa öyrətməlidirlər və rejimlə qidalandırmalıdırlar”.
Oturaq həyat tərzi
Araşdırmalara görə, işləyən insanlar gün ərzində təxminən 8, həftədə 40, ildə isə 2 min saatını masa arxasında çalışaraq keçirir. Ofisdə istehlak edilən düzgün olmayan qida rejimi isə piylənmə riskini daha da artırır. Mütəxəssisin sözlərinə görə fiziki fəaliyyət sağlam çəki saxlamağa kömək edir və bu da öz növbəsində immunitet sisteminin ən yaxşı şəkildə işləməsinə imkan verir. Həddindən artıq çəki və oturaq həyat tərzi isə orqanizmi bu müdafiə mexanizmindən məhrum edir - immun hüceyrələr xərçəng hüceyrələrini daha az tanıyır və onları məhvə sürükləyir.
Oğlanlarda qadın hormonunu artırır...
Dietoloqun sözlərinə görə, yeniyetməlik çağında baş verən piylənmə həm oğlan, həm də qızlarda böyük problemlər yaradır: “Gənc qızların ana olmaq şansı azalır, oğlanlarda isə bütün funksiyalar pozulur və onlarda qadın hormonu daha aktiv olur. Kökəlmə, eyni zamanda, yeniyetmənin görkəminə təsir edir, daxili orqanları piylənir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

