Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Binəqədi rayonunda Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Binəqədi rayonunda Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

04.12.2013 [08:38]

3 dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar Binəqədi rayonunda bir sıra tədbirlər keçirilib. Belə ki, rayonda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram süfrəsi açılıb və şənlik təşkil edilib. “Atrium” əyləncə mərkəzində keçirilən tədbirdə məzhəkəçilərin və nağıl qəhrəmanlarının təqdim etdikləri gülüş dəqiqələri, müxtəlif əyləncəli oyunlar və rəqslər xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram ovqatını daha da artırıb. Qarabağ, Böyük Vətən müharibəsi əlillərinin, eyni zamanda, Çernobıl, Əfqanıstan və ümumi səbəbdən əlillərin iştirak etdiyi tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov əlilləri bayram münasibəti ilə təbrik edərək bildirib ki, 1982-ci ildən BMT-nin qərarı ilə hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycanda isə bu gün rəsmi şəkildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunur. Ölkəmizdə əlillərə qayğı və onların problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində saxlanıldığı vurğulanıb. Qeyd edilib ki, əlillərin sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir.
Natiq ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini deyib. Qeyd olunub ki, bu gün Binəqədidə yaşayan 7 min 500 əlil dövlətin yaratdığı imkanlardan yararlanır.
Respublika Əlil Təşkilatları Konfederasiyasının sədri Davud Rəhimli, Respublika Əlil Qadınlar Cəmiyyətinin sədri Məxluqə Rəhimova və digər çıxışçılar ölkəmizdə əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından danışıblar. Qeyd edilib ki, hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə, o cümlədən respublikamızda əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmləndirilməsinə yönələn tədbirlər təşkil olunur. Əlillər də onlara yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, dövlətin qayğısı nəticəsində bu gün əlillərin cəmiyyətin tamhüquqlu vətəndaşı kimi fəaliyyəti üçün hər cür şərait yaradıldığını vurğulayıblar.
3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə rayonda yaşayan 200-ə yaxın əlil vətəndaşa maddi yardım edilib. Eyni zamanda, əlamətdar gün münasibətilə rayonda yaşayan əlillər arasında şahmat və dama birinciliyi də keçirilib. Qaliblər rayon İcra Hakimiyyəti tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Paylaş:
Baxılıb: 1737 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30