Səssiz başlayan təhlükə...
11.04.2026 [09:13]
Parkinson beyni necə dəyişir?
Parkinson ilk baxışda sadəcə əl titrəməsi kimi görünə bilər. Amma xəstəlik əslində beynin dərinliklərində baş verən mürəkkəb bir prosesin nəticəsidir. İnsanın hərəkətlərini yavaşladır, bədəni sərtləşdirir və həyatın ritmini dəyişir. Parkinson xəstəliyi dopaminlə əlaqə quran hüceyrələrin yüzdə 80-nin itkisi ilə ortaya çıxır. Dopamin beyin hüceyrələri arasında elektrik rabitəsini təmin edən maddələrdən biridir. Dopaminlə işləyən beyin hissəsi hərəkətlərimizi məqsədəuyğun şəkildə tənzimləməyə imkan verən bölgədir.
Xəstəliyə daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən-40, hətta 35 yaşda da üzləşmək mümkündür.
Yeri gəlmişkən, hər il aprelin 11-də Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin, onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır. Bu tarix təsadüfən seçilməyib. Belə ki, xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçı Ceyms Parkinson 1755-ci il aprelin 11-də dünyaya gəlib. XIX əsrin əvvəllərində alim xəstəliyi “titrəyən iflic” adlandırıb.
Xəstəliyin simptomları
Parkinson xəstəliyindən əziyyət çəkən insanların beynindəki dəyişikliklər hərəkətlərin əvvəlkindən daha az olmasına səbəb olur. Bu, nitqdə və ünsiyyətdə problemlərə səbəb ola bilər. Xəstələyin əsas simptomları bunlardır: Tremor- əsmə, hərəkətin yavaşlığı, əzələ sərtliyi, balans problemləri, qoxu itkisi, nevralgiya, sidik ifrazı ilə bağlı problemlər və qəbizlik.
Kişilərdə daha çoxdur
Parkinson Fondunun məlumatlarına görə, bütün dünyada Parkinson xəstəliyi ilə mübarizə aparan insanların sayı artıq 10 milyonu keçib. Məlumatlar göstərir ki, kişilərdə xəstəliyə yoluxma qadınlara nisbətən 1,5 dəfə çoxdur. Bundan başqa, xəstəliyə yoluxanların əksəriyyəti 60 yaşdan yuxarı insanlardır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Parkinsonda əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətli artır. Xəstəlikdən ölənlər 2019-cu ildə 2000-ci illə müqayisədə 100 faiz artaraq 329 min nəfərə çatıb.
Aclıq, iqlim dəyişikliyi və xəstəlik kimi qlobal problemlərə dair elmi məlumatları dərc edən “Our World in Data” internet saytının məlumatına görə, Avropa qitəsi 2019-cu ildə Parkinson xəstəliyindən ölüm hallarının ən çox baş verdiyi yerlər sırasındadır. Yunanıstan “Parkinson xəstəliyindən ən çox ölən Avropa ölkəsi” olaraq qeydə alınıb.
2030-cu ilə qədər...
2019-cu ilin məlumatlarına görə, Yunanıstanda hər 100 min nəfərə 25,2, İslandiyada 15,6, Finlandiyada 15,4, Almaniyada 15,1, İtaliyada 13,9, Albaniyada 12,8, Böyük Britaniyada 12,7, Hollandiyada 12,4, Belçikada 12,3 və Avstriyada 12,32 nəfər düşür.
Bu göstərici Yaponiyada 11, ABŞ-da 10,5, Avstraliyada 8,1 olub. Rusiyada Parkinson xəstəliyindən ölüm halları digər ölkələrlə müqayisədə 100 min nəfərə 6,4 nəfər düşür.
Mütəxəssislər xəstəliyə yoluxma və ölüm hallarının sayının artmasını demoqrafik artımla yanaşı, orta ömür müddətinin uzanması ilə əlaqələndirirlər. ABŞ-da hər il 90 min insan Parkinson xəstəliyinə tutulur. Bu ölkədə Parkinson xəstələrinin sayının 2030-cu ilə qədər 1,2 milyona çatacağı təxmin edilir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, xəstəlik, ABŞ-da ölüm hallarının 14-cü səbəbi arasındadır.
Erkən aşkarlanma kömək edə bilər...
Parkinson xəstəliyi sinir hüceyrələrinin ölümü səbəbindən meydana gələn xroniki bir nevroloji xəstəlikdir. Xəstəliyin şiddəti və simptomları insandan insana dəyişə bilər, lakin dərmanlar, cərrahi müdaxilələr və həyat tərzi dəyişiklikləri xəstəliyin müalicəsində istifadə olunan əsas müalicələrdir. Erkən aşkarlama və müalicə xəstəliyin simptomlarını idarə etməyə və xəstələrin gündəlik həyatını asanlaşdırmağa kömək edə bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

