İcbari tibbi sığortada rəqəmsal dövr...
04.07.2026 [10:15]
Yeni dəyişikliklər şəffaflığı və əlçatanlığı gücləndirəcək
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq. Sözügedən məsələ “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi nəzərdə tutulur.
Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması təklif edilir.
Bildirilib ki, layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək. Habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.
Elektron reseptlərlə müalicəyə nəzarət daha effektiv olacaq
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən terapevt-həkim Şahvələd Məmmədov bildirib ki, icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması və elektron resept sisteminin qanunvericilik səviyyəsində təsbit olunması səhiyyə sisteminin rəqəmsallaşması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri hesab oluna bilər. Həkim qeyd edib ki, bu dəyişikliklər təkcə sənəd dövriyyəsinin sadələşdirilməsi demək deyil, eyni zamanda xəstələrin tibbi xidmətlərə çıxışının daha operativ, təhlükəsiz və şəffaf şəkildə təmin olunmasına xidmət edir:
“Elektron şəhadətnamənin tətbiqi sayəsində vətəndaşın kağız sənədi itirməsi, onun yenilənməsi və ya müxtəlif qurumlara təqdim olunması ilə bağlı yaranan vaxt itkisi minimuma enəcək. Bütün məlumatlar vahid informasiya sistemində təhlükəsiz şəkildə saxlanılacaq və bu da həm pasiyent, həm də tibb işçiləri üçün prosesi xeyli asanlaşdıracaq.
Xüsusilə, elektron resept sisteminin hüquqi əsaslarının möhkəmləndirilməsi praktik tibbdə çox mühüm əhəmiyyət daşıyır. Çünki həkim tərəfindən təyin olunan dərman vasitələri birbaşa elektron informasiya sisteminə ötürüləcək, apteklər isə həmin resept əsasında dərmanı pasiyentə təqdim edəcəklər. Bu yanaşma reseptlərin saxtalaşdırılması riskini azaldacaq, dərman təyinatlarının izlənilməsini asanlaşdıracaq, həmçinin pasiyentin hansı preparatları qəbul etdiyinin vahid bazada əks olunmasına imkan verəcək. Nəticədə müalicənin davamlılığı təmin ediləcək, təkrar və ya bir-biri ilə uyğun gəlməyən dərman təyinatlarının qarşısının alınması baxımından da daha effektiv nəzarət mexanizmi formalaşacaq”.
Şəffaf və operativ səhiyyə idarəçiliyinə doğru addım...
Ş.Məmmədovun sözlərinə görə, bu dəyişikliklərin digər mühüm tərəfi ondan ibarətdir ki, icbari tibbi sığorta sahəsində bütün əməliyyatların elektron platforma üzərindən həyata keçirilməsi həm tibbi xidmət göstərən müəssisələrin, həm də dövlət qurumlarının fəaliyyətində şəffaflığı artıracaq:
“Vətəndaş hansı tibbi xidmətdən istifadə etdiyini, hansı xidmətlərin sığorta hesabına qarşılandığını, reseptlərinin vəziyyətini və digər məlumatları daha rahat izləyə biləcək. Bu isə səhiyyə sisteminə ictimai etimadın güclənməsinə və resursların daha səmərəli idarə olunmasına müsbət təsir göstərəcək.
Əlilliyi olan şəxslərlə bağlı hüquqi tənzimləmələrin reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində yeni səlahiyyət bölgüsünə uyğunlaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Tibbi reabilitasiya yalnız müalicənin davamı deyil, insanın gündəlik həyata, əmək fəaliyyətinə və sosial həyata daha rahat inteqrasiyasını təmin edən mühüm mərhələdir. Hüquqi mexanizmlərin müasir idarəetmə modelinə uyğunlaşdırılması bu kateqoriyadan olan vətəndaşların ehtiyaclarının daha dəqiq qiymətləndirilməsinə, onlara fərdi yanaşmanın gücləndirilməsinə və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Ümumilikdə hesab edirəm ki, təklif olunan dəyişikliklər gələcəyin rəqəmsal səhiyyə modelinin formalaşdırılması baxımından mühüm islahatlardır. Elektron şəhadətnamə, elektron resept və vahid informasiya sistemi vasitəsilə idarə olunan icbari tibbi sığorta modeli həm həkimlərin iş yükünü optimallaşdıracaq, həm pasiyentlərin xidmətlərə çıxışını asanlaşdıracaq, həm də səhiyyə sahəsində məlumatların daha dəqiq və operativ idarə olunmasına imkan verəcək. Uzunmüddətli perspektivdə bu addımlar daha keyfiyyətli tibbi xidmət, daha rasional maliyyə idarəçiliyi və vətəndaş məmnunluğunun artması ilə nəticələnə bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35

