Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı və Abşeron rayonunun bir neçə qəsəbəsinin su ilə təchizatı iki gün ərzində dayandırılacaq

Bakı və Abşeron rayonunun bir neçə qəsəbəsinin su ilə təchizatı iki gün ərzində dayandırılacaq

28.07.2026 [12:31]

Bakı şəhəri və Abşeron rayonunun bəzi qəsəbələrində içməli su təchizatında müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Su Təchizatı QSC-dən AZƏRTAC-a bildirilib ki, fasilə Abşeron rayonu üzrə Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri və Corat bağ massivi, həmçinin Sabunçu rayonu üzrə Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək.

Məlumata görə, buna səbəb adıçəkilən yaşayış məntəqələrini içməli su ilə təmin edən, istismar müddəti başa çatmış qəzalı magistral xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işlərinin aparılmasıdır.

Qeyd olunub ki, təmir-bərpa işləri ilə əlaqədar 28 iyul 2026-cı il tarixində səhər saatlarından 30 iyul 2026-cı il tarixində günorta saatlarınadək həmin ərazilərdə su təminatında fasilə yaranacaq.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30