Azərbaycanda Ana dilinin qorunması və inkişafına dövlət qayğısı göstərilir
22.02.2014 [13:21]
Ana dilinin yaşadılması, təbliğ olunması və zənginləşdirilməsi respublikamızda diqqət yetirilən mühüm məsələlərdəndir
Bildiyimiz kimi, hər il fevralın 21-i dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu hadisənin tarixi 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiya ilə bağlıdır. Aksiyaçılarla polis arasındakı toqquşmada həlak olan 4 nəfərin xatirəsinə ehtiram əlaməti olaraq Birləşmiş Millətlər Təşkilatı Banqladeş nümayəndələrinin təklifi əsasında 1999-cu ilin noyabrında fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Beləliklə, 2000-ci ildən etibarən hər il Azərbaycan da daxil olmaqla, dünyada 21 fevral tarixi Beynəlxalq Ana dili günü kimi qeyd olunur, həmin gün elm və təhsil müəssisələrində Ana dilinin əhəmiyyətinin dərkinə və qorunmasına xidmət edən tədbirlər, konfranslar, seminarlar keçirilir.
Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Millətin, xalqın varlığı onun dili ilə bağlıdır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Ana dilinin qorunması, təbliğ olunması və inkişaf etdirilməsi Azərbaycanda da diqqət yetirilən mühüm məsələlərdəndir.
Qeyd edək ki, Azərbaycan türkcəsi hələ 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət dili kimi hüquqi aktlarda təsbit olunub, bütün rəsmi sənədlər ana dilində tərtib edilirdi. 1920-ci ildə AXC-nin süqutunun ardından formalaşdırılan Sovet hakimiyyəti ana dili məsələsini beynəlmiləlçilik pərdəsi arxasında ikinci plana keçirməyə başlayıb.
1969-cu ildə Azərbaycana rəhbər təyin edilən Ümummilli lider Heydər Əliyev Sovet rejiminin yaratdığı məhdudiyyətlərə və çərçivələrə baxmayaraq Azərbaycan dilinin qorunmasına, rəsmi dövlət dilinə çevrilməsinə, zənginləşməsinə, nüfuz qazanmasına böyük əhəmiyyət verirdi. Bu siyasətin məntiqi nəticəsi 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin yer alması oldu.
“Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” - söyləyən Ulu öndər yürütdüyü dil siyasətində gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsinə çalışırdı.
Müstəqilliyin ilk illərində Azərbaycan dilinə müxtəlif yanaşmalar meydana çıxmışdı. 1993-cü ilin iyununda xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev milli-etnik birliyin möhkəmləndirilməsinə doğru atdığı addımlardan biri kimi dövlət dilinin “Azərbaycan dili” adlandırılması təklifini irəli sürdü. Xalq da bu təklifi dəstəklədi və 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunan Ümummilli liderin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Həmçinin, Konstitusiyamızın 45-ci maddəsi ilə Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin Ana dilindən istifadə hüququ da təsdiq olunub.
2001-ci ilin 18 iyununda Ümummilli lider “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. 2001-ci il avqustun 9-da Ulu öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzaladı. 2003-cü il yanvar ayının 2-də isə Ulu öndərin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Sənəddə əksini tapan müddəalar Azərbaycanda dövlət dilinin qorunmasını və inkişafını təmin etməyə qadir çox mükəmməl bir hüquqi sistemin mövcud olduğunu təsdiqləyirdi.
Ana dilinin qorunması və inkişafı siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısının da qeyd etdiyi kimi, milli xüsusiyyətlərimizin saxlanmasında Ana dili və ədəbiyyatımız başlıca rola malikdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamlarına uyğun olaraq, əvvəllər kiril əlifbası ilə çap edilən yerli və xarici müəlliflərə məxsus müxtəlif elmi, bədii kitabların çoxu latın qrafikası ilə yenidən nəşr olundu. 2012-ci ilə isə Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Bu sənəd dəyişən qlobal mühitin təsirlərinə baxmayaraq, Azərbaycan dilinin bundan sonra da yaşadılmasına, zənginləşdirilməsinə və geniş istifadəsinə töhfə verəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51

