“Minaya düşmüş yoldaşımı azad edərkən özüm minaya düşdüm”
04.03.2014 [09:43]
Qarabağ qazisi Vəfalı Sofiyev: Hospitalda olarkən, bizim əsgərlərimizin çox uğurlu əməliyyat keçirdiklərini və Horadiz də daxil olmaqla, bir sıra kəndlərimizi işğaldan azad etdiklərini eşitdim
Qəhrəmanlıq, mübarizlik hər hansı xalqın zaman-zaman mənimsədiyi və konkret şəraitdə nümayiş etdirdiyi bir davranış forması deyil. Qəhrəmanlıq bir toplumun genetik kodunda var olub, tarixin müxtəlif dövrlərində özünü göstərən ali dəyərdir. Azərbaycan tarixi bir çox dövrlərdə xalqımızın qəhrəmanlıq nümunələrinə, yenilməz vətən övladlarının mübarizlik əzminə şahidlik edib və daşıdığı dəyərlər sayəsində minilliklər boyu öz mövcudluğunu qoruya bilib. Necə deyərlər, Vətən qəhrəman övladları ilə var olur. Axı qəhrəmanlıq, ilk növbədə, Vətən, torpaq uğrunda gözünü qırpmadan ölümə getməkdir.
Sirr deyil ki, Azərbaycan tarixən bir çox hücumlara, işğallara məruz qalsa da, heç vaxt öz dəyərlərindən imtina etməyib. Ötən əsrin sonlarında müstəqilliyinə yeni qovuşduqdan sonra ölkəmiz növbəti dəfə işğal faktı ilə qarşı-qarşıya qaldı və Dağlıq Qarabağ işğal olundu. Amma yenə də öz zamanının qəhrəmanlarını üzə çıxardı. 11557 şəhid, onminlərlə yaralı Qarabağ müharibəsinin Azərbaycan üçün sadəcə, statistik ifadəsi deyil. Bu, eyni zamanda, onminlərlə qəhrəmanın həyat hekayəsidir. Məlum olduğu kimi, “Yeni Azərbaycan” qəzeti olaraq bu hekayələri qəhrəmanlarının dilindən oxucularımıza təqdim edirik. Bugünkü həmsöhbətimiz isə Sofiyev Vəfalı Nadir oğludur.
Qızıldaşdan Bakıya...
Vəfalı Sofiyev 1972-ci ildə Kalinino rayonunun Qızıldaş kəndində anadan olub. Sofiyevlər ailəsinin ermənilərin vəhşilikləri ilə tanışlığı da 1988-ci ilə təsadüf edib. Belə ki, Vəfalıgilin ailəsi həmin ildə öz tarixi dədə-baba torpaqlarından zorla çıxarılan minlərlə ailədən biri olub. 1988-ci ildə öz yurdlarından deportasiya olunan sofiyevlər Bakıda məskunlaşıblar: “Əlbəttə ki, bu, heç də asan deyildi. Öz yurd-yuvanı, dədə-baba torpaqlarını, qohum-əqrəbanın məzarlarını orada qoyub gəlmək, torpaq itkisi çox ağırdır. Amma neynəməli? Həyat davam edir”.
Vəfalı Sofiyev Bakıda məskunlaşdıqdan sonra qəbul imtahanında iştirak edir. O, uşaqlıqdan böyük musiqiçi, sənətkar olmaq arzusunda olub. İndi də arzularının arxasınca getmək vaxtı çatmışdı. Vəfalı peşəkar səviyyədə musiqinin, sənətin sirlərinə bələd olmaq üçün ali təhsil almaq qərarına gəlib. Lakin onun ilk cəhdi uğursuz olub. 1991-ci ildə hərbi xidmətə yollanıb. Əvvəlcə Almaniyada, sonra isə Moskva ətrafında hərbi xidmət keçib. 1993-cü ildə hərbi xidmətini başa vurub Bakıya qayıdıb: “Həmin vaxtlar Azərbaycanda vəziyyət çox çətin idi. Yenicə müstəqillik qazanmış ölkədə çox dərin problemlər var idi, əhalinin güzəranı çox ağır idi. İnsanlar saatlarla çörək növbəsinə dururdular. Eyni zamanda, cəbhədə ağır döyüşlər gedirdi. Azərbaycan rayonları bir-birinin ardınca işğal olunurdu. Hər gün şəhid xəbərləri gəlirdi. Ulu öndər Heydər Əliyev ölkəmizdə hakimiyyətə gəldikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan ordusunda yeni təşkilatlanma başlamışdı. Mən də həmin vaxt ordu sıralarına yollandım. Bilirsiniz ki, 1993-cü ilin dekabrında ermənilər Beyləqana hücum etmişdilər. Milli ordumuz hücumun qarşısını kəsmiş, Horadiz istiqamətində əməliyyata başlamışdı. Bizim taborumuz Yuxarı Kürdmahmudlu və Alxanlı istiqamətində gedən döyüşlərdə iştirak edirdi”.
1993-cü il dekabrın 26-sı...
Lakin Vəfalıya Horadiz əməliyyatının uğurla tamamlanması xəbərini sonradan Hərbi Hospitalda eşitmək qismət olub. O, 1993-cü il dekabrın 26-da Yuxarı Kürdmahmudlu yaxınlığında minaya düşüb: “Səyyad adlı bir cəbhə yoldaşım var idi. Soyadını xatırlamıram. Cəlilabaddan idi. Onun minaya düşdüyünü gördüm. Səyyadı ərazidən çıxardanda isə özüm də minaya düşdüm. Sən demə minaları bir-birinə çox yaxın yerləşdiribmişlər. İnsanın gözü gördükcə, vərdiş edir, müəyyən şeylərə öyrəşir. İnanın ki, minaya düşəndə özümü itirmədim. Çünki belə şeyləri çox görmüşdük. Tez bintlə ayağımı möhkəm sıxdım ki, qanaxma dayansın. Yolboyu həkimlərə deyirdim ki, neynirsiniz edin, bircə dizimi kəsməyin. Qoyun dizim üstündə qalsın. Əvvəlcə məni Beyləqandakı hərbi hospitala yerləşdirdilər. Orada ilkin əməliyyatdan sonra helikopterlə Bakıya hərbi hospitala gətirdilər. Hospitalda olarkən, bizim əsgərlərimizin çox uğurlu əməliyyat keçirdiklərini və Horadiz də daxil olmaqla, bir sıra kəndlərimizi işğaldan azad etdiklərini eşitdim. Elə bil ki, sevincdən uçurduq”.
Yarım qalmış arzuların dalınca...
Vəfalının əməliyyatı uğurlu keçir və onun həyatını xilas etmək mümkün olur. Amma... “İlk vaxtlarda açığı özümü yaxşı hiss etmirdim. Ayağımı kəsmişdilər və mən həyatıma belə davam etməliydim. İstər-istəməz insan pis olur. Amma zaman keçdikcə həyatımı qaydasına saldım”, - deyən Vəfalı yıxıldığı yerdən cəsarətlə qalxa bilir. Həyatını qurmağa müharibədən əvvəlki dövrdən - yarımçıq qalan arzularını reallaşdırmaqdan başlayır. 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinə qəbul olur. 1998-ci ildə həmin universitetin pedaqoji psixologiya üzrə magistraturasına daxil olur.
Həyatımın ən şad xəbəri...
Bu illər ərzində Vəfalı Sofiyev qardaşının ailəsi ilə birlikdə yaşayır. Özü də yeni ailə qursa da, yeni ev almağa imkanları çatmır. 2008-ci ildə isə Vəfalı həyatının ən şad xəbərlərindən birini alır: “Buna qədər dövlət 1999-cu ildə mənə avtomobil hədiyyə etmişdi. 2001-ci ildə isə ailə həyatı qurmuşdum. Ev növbəsinə də yazılmışdım. Qardaşımgillə bir həyətdə kiçik bir evdə yaşayırdıq. Bir də zəng gəldi ki, dövlət sənə ev verir. Bunun mənim üçün nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Bir insan üçün evdən gözəl hədiyyə ola bilərmi? Dövlət mənə ev hədiyyə edib daha bundan başqa nəsə istəmək olar? Yaşa da özün üçün. Özü də ev hər cür şəraitlə təmin olunub. Yüksək səviyyədə təmirlidir. Artıq 6 ildir bu evdə yaşayırıq və bu illər ərzində evdə heç bir təmir işi görməmişəm”.
Vəfalı sənətini də uğurla davam etdirir. Həm ölkə daxilində, həm də xaricdə keçirilən müsabiqələrdə təmsil olunur. Respublika səviyyəli müsabiqələrdə uğurla iştirak etmiş Vəfalı 2010-cu ildə Türkiyədə Əlillər günü ilə bağlı keçirilən müsabiqədə də qalib olub: “Türkiyədə Ayvalıqda Əlillər günü ilə əlaqədar böyük bir müsabiqə keçirilirdi. Dövlətimiz bizim də iştirakımızı təmin etdi. 10 nəfərlik nümayəndə heyəti ilə təmsil olunurduq. Mən qarmonda ifa edirdim. Həmin müsabiqənin qalibi oldum. Ölkəmizdə də müxtəlif bayramlarda, xüsusi günlərdə keçirilən tədbirlərdə iştirak edirəm. Müxtəlif vaxtlarda diplom və Fəxri fərmanlarla təltif olunmuşam. Amma mənim ən doğma dinləyicilərim övladlarımdır”.
Qarabağı mütləq azad edəcəyik
Söhbətimiz dönüb dolaşıb yenidən Qarabağ uğrunda gedən döyüşlərə gəlir. Vəfalı deyir ki, hələ də Dağlıq Qarabağın işğalına inanmaqda çətinlik çəkir: “Ermənilər həmişə hiyləgər olublar. Onlar özlərini yazıq, məzlum xalq kimi göstərib, amma istədiklərinə nail olmaq üçün hər yola əl atıblar. Tarix ermənilərin saxtakarlıqları ilə doludur. Amma artıq zaman o zaman deyil. Azərbaycan bu gün ermənilərin torpaqlarımızı işğal etdiyi gücsüz dövlət deyil. Azərbaycanın sözünü eşidirlər, etibar edirlər. Azərbaycan iqtisadi cəhətdən çox güclü dövlətdir. Ordumuz da gündən-günə güclənir. Azərbaycan Ordusu hər cür döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Əgər əmir verilərsə, mən əminəm ki, Dağlıq Qarabağı və işğal altındakı digər torpaqlarımızı dərhal azad edə biləcəyik. Mən inanıram ki, Qarabağı mütləq azad edəcəyik”.
Əsas odur ki, mənəviyyatını itirməyəsən
Vəfalının iki övladı var. Həmayıl və Ruslan ataları ilə fəxr etdiklərini deyirlər. Vəfalı da övladlarından çox razılıq bildirir. Deyir ki, onlar həm çalışqandır, həm də Vətənimizi, dövlətimizi çox sevirlər. Həmayıl altıncı, Ruslan isə ikinci sinifdə oxuyur. Övladlarının ikisi də atası kimi musiqiyə böyük maraq göstərirlər. Onlar dərsləri ilə paralel olaraq, musiqi məktəbində də təhsil alırlar.
Söhbətimizin sonunda Vəfalının söylədiyi bir neçə söz, əslində, onun həyat hekayəsinin ən gözəl ifadəsidir: “İnsanın başına hər cür iş gələ bilər. Hər cür hadisə ilə qarşılaşa bilərik. Çünki biz heç nədən sığortalanmamışıq. Sağlamlığını da itirə bilərsən, əlini də, ayağını da itirə bilərsən. Əsas odur ki, mənəviyyatını itirməyəsən. Mən övladlarımı belə tərbiyə edirəm”.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

