“Ən təmiz MKİS” müsabiqəsinin qalibləri elan olunub
14.10.2014 [09:52]
“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Eyni zamanda, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış sərəncama uyğun olaraq, “Təmiz Binəqədi” layihəsi ilə əlaqədar sahibkarlıq subyektləri və dövlət müəssisələri arasında müsabiqələr təşkil edilib. Belə müsabiqələrin biri də layihənin icrasının başlanıldığı gündən elan edilmiş “Ən təmiz MKİS” müsabiqəsidir.
Təxminən iki ay davam etmiş müsabiqəyə oktyabrın 1-də yekun vurulub. Mükafatlandırma mərasimini giriş sözü ilə açan Binəqədi RİH başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov bildirib ki, müsabiqənin davam etdiyi müddətdə rayon ərazisində 15 təmizlik aksiyası həyata keçirilib. Natiq, eyni zamanda, bəhs edilən müddət ərzində görülən digər işlər barədə də geniş məlumat verib.
Mərasimdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının I müavini, “Ən təmiz MKİS” müsabiqəsinin münsiflər heyətinin sədri İlqar Süleymanov deyib ki, 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rayonda “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılıb: “Layihənin məqsədi bu gün burada əyləşən hər bir insana məlumdur. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə layihənin uğurla həyata keçirilməsi üçün Tədbirlər Planı tərtib edilib, icrasının təmini üçün müvafiq komissiya yaradılıb. Tədbirlər Planının II hissəsində rayon ərazisində “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”, “Ən təmiz fərdi ev”, “Polietilensiz gün” və digər müsabiqələrlə birlikdə bu gün təqdimatını keçirdiyiniz “Ən təmiz Mənzil Kommunal İstismar Sahəsi ərazisi” müsabiqəsinin təşkili də planlaşdırılıb”.
Layihənin icrasında MKTB-nin yaxından iştirak etdiyini diqqətə çatdıran İ.Süleymanov vurğulayıb ki, “Təmiz Binəqədi” layihəsi əsasında hazırlanmış bildiriş və bukletlər Birliyin əməkdaşları vasitəsi ilə sakinlərə paylanıb: “Mənzil Kommunal-Təsərrüfat Birliyi “Təmiz Binəqədi” layihəsi çərçivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Ötən müddətdə qurumun nəzarət etdiyi ərazilərdə - 6, 7, 8 və 9-cu mikrorayonlarda genişmiqyaslı abadlıq işlərinə başlanılıb. Görülən işlər nəticəsində köhnə, baxımsız məhəllələrin görkəmi tanınmaz dərəcədə dəyişib, insanlarda razılıq doğuran istirahət guşələri yaradılıb, yaşıllıqlar salınıb. Məhəllələrdəki yaşayış binalarının fasadları yenilənib, giriş qapıları kodlaşdırılıb. Həyətlərdə istirahət köşkləri, oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb. Müsabiqənin keçirildiyi müddətdə rayon ərazisində fəaliyyət göstərən bütün mənzil-kommunal istismar sahələri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Qaliblər məlumdur, onları ürəkdən təbrik edir, cansağlığı və işlərində uğurlar arzulayıram”.
Sonra qaliblərin təltif olunması mərasimi keçirilib. Yekun qərara görə, müsabiqənin qalibi 8-ci mikrorayonda yerləşən 1 saylı Mənzil-Kommunal İstismar Sahəsi olub. II yerə 7-ci mikrorayonda fəaliyyət göstərən 80, III yerə isə 9-cu mikrorayonda fəaliyyət göstərən 95 saylı MKİS layiq görülüb.
Xatırladaq ki, müsabiqənin şərtlərinə əsasən, I yer üçün 2000 manat, II yer üçün 1500 manat, III yer üçün 1000 manat məbləğində mükafat müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

