Düşənbədə Elmira Axundovanın kitablarının tacik dilinə tərcüməsinin təqdimatı olub
15.10.2014 [10:05]
Oktyabrın 14-də Tacikistan Milli Universitetində Azərbaycanın tanınmış yazıçı-publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı 7 cildlik roman-tədqiqatının təqdimat mərasimi keçirilib. Mərasimdə Tacikistan parlamentinin deputatları, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Tacikistanın tanınmış yazıçıları, ictimai xadimlər, Tacikistan Milli Universitetinin professor-müəllim heyətinin və tələbələrin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov təqdimat mərasimində çıxış edərək vurğulayıb ki, bu təqdimat iki qardaş xalqın tarixində yeni mərhələ olacaq və yeni səhifə açacaq bir hadisə - Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri ərəfəsində təşkil edilib.
Abbasəli Həsənov Elmira Axundovanı Tacikistan ictimaiyyətinə təqdim edərək onun jurnalistika sahəsində səmərəli fəaliyyətini, Azərbaycan reallıqlarının və Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərini səciyyələndirib. E.Axundovanın on illik əməyinin məhsulu olan bu roman-tədqiqat təkcə böyük şəxsiyyət Heydər Əliyevin ən müfəssəl tərcümeyi-halı deyil, həm də bütöv bir dövrün bioqrafiyasıdır. Səfir əminliklə bildirib ki, məhz bu səbəbdən həmin kitablar bizim hamımızın yetmiş il ərzində birlikdə yaşadığımız ölkənin həqiqi tarixi ilə maraqlanan hər kəs üçün faydalı olacaq. A.Həsənov çıxışının sonunda istər sovet dönəmində, istərsə də Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonrakı dövrdə Heydər Əliyevin rəhbərliyi ilə respublikanın keçdiyi yol, Azərbaycanın müxtəlif sahələrdə inkişafı və uğurları barədə danışıb. A.Həsənov çoxcildliyin tacik dilinə peşəkar tərcüməsinə və keyfiyyətli nəşrinə görə tərcüməçilər kollektivinə, habelə “Ədib” nəşriyyatının müdiriyyətinə təşəkkürünü bildirib.
Tacikistanın Xalq şairi, ölkənin dövlət Himninin müəllifi, roman-tədqiqatın tərcüməçilərindən biri olan Gülnəzər Keldi çıxış edərək bildirib ki, o və həmkarları bu əsərin yüksək bədii səviyyəsini və miqyasını dərhal qiymətləndiriblər, buna görə də tərcümə üzərində böyük məmnuniyyətlə işləyiblər.
Təqdimat mərasimində filologiya elmləri doktoru, universitetin tacik ədəbiyyatı tarixi kafedrasının professoru, Tacikistan Yazıçılar İttifaqının üzvü Abdusator Abduşükür, filologiya elmləri namizədi, ən yeni fars-tacik ədəbiyyatı nəzəriyyəsi kafedrasının dosenti, şair-ədəbiyyatşünas Rüstəmi Vahhob, Tacikistan Ali Məclisinin komitə sədrləri Ubaydullo Dovlatov və Lutfullo Saidmuradov da çıxış ediblər. Onlar XX əsrin ikinci yarısının və XXI əsrin əvvəlinin tarixinin öyrənilməsində Elmira Axundovanın kitablarının əhəmiyyətini vurğulayıblar. Natiqlərin fikrincə, Heydər Əliyevin dəyərli dövləti fəaliyyət təcrübəsi gözəl məktəb və gənc nəslin tərbiyəsi üçün örnək ola bilər. Roman-tədqiqatın tacik dilinə tərcümə edilməsi müştərək tarixin və mədəniyyətin birləşdirdiyi Azərbaycan və tacik xalqları arasında dostluğun və qardaşlıq əlaqələrinin yüksək səviyyəsinə sübutdur.
Tacikistan parlamentinin deputatları Azərbaycana səfərlərindən aldıqları təəssüratları auditoriyada toplaşanlarla bölüşərək İlham Əliyevin rəhbərliyi illərində respublikamızda baş vermiş dəyişikliklərə valeh olduqlarını bildiriblər.
Sonda “Heydər Əliyev. Şəxsiyyət və zaman” 7 cildliyinin müəllifi Elmira Axundova çıxış edib. O, kitabın tacik dilində nəşrinə görə tərcüməçilərə, naşirlərə və səfir Abbasəli Həsənova təşəkkürünü bildirərək deyib: “Bu, mənim 2014-cü ildə ədəbiyyat sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülmüş kitablarımın xarici dilə ilk tərcüməsidir. Bundan əlavə, təqdimat mərasiminin Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Tacikistana rəsmi səfəri ərəfəsində keçirilməsi bizim tədbirə xüsusi əhəmiyyət verir”.
Yazıçı-publisist Azərbaycanın Ümummilli lideri ilə ünsiyyətdə olduğu illər barədə danışıb, bu böyük siyasi xadimin xarakterinin və şəxsiyyətinin xüsusiyyətləri barədə fikirlərini bölüşərək qeyd edib ki, Ulu öndərə bəslədiyi məhəbbət və hörmət romanın yazılması zamanı qarşılaşdığı bütün çətinlikləri və maneələri dəf edərək Heydər Əliyev səviyyəsinə layiq əsər yaratmaqda ona kömək edib.
Təqdimat mərasimi yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb, Tacikistan televiziyasının bütün kanalları ilə yayımlanıb.
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16

