Dərman vasitələrinin yeni qiymətləri qüvvəyə minib
19.09.2015 [10:30]
Sentyabrın 15-dən etibarən apteklərdə 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsi yeni qiymətlərlə satılır
Məlum olduğu kimi, sentyabrın 15-dən etibarən Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib. Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir. Bu addımın atılması isə heç də təsadüfi deyildi. Belə ki, son vaxtlaradək Azərbaycanın dərman bazarının əsas problemlərindən biri məhz dərman satışında vahid qiymətin olmaması ilə bağlı idi. Və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dərmanların qiymətləri ilə bağlı iradlarından sonra bu istiqamətdə müvafiq tədbirlər görülməyə başlanılıb. Həmçinin Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”nda dəyişiklik edib. Qeyd edək ki, dəyişikliyə əsasən, ölkədə dərman vasitələrinin ekspertiza xidmətlərini, dövlətin qeydiyyata aldığı dərman vasitələrinin qiymətlərini Tarif Şurası müəyyənləşdirəcək.
Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, Tarif Şurasının qərarına əsasən ümumilikdə 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.
Onu da vurğulamaq yerinə düşər ki, artıq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri birlikdə ölkə üzrə apteklərdə qiyməti təsdiqlənmiş dərman vasitələrinə nəzarət etmək üçün monitorinqlərə də start veriblər. Hər iki qurumdan qəzetimizə verilən açıqlamaya əsasən apteklərdə qanunsuzluq aşkarlanacağı təqdirdə qanunvericiliyə uyğun həmin apteklərə qarşı sərt tədbirlər həyata keçiriləcək. Biz də dərman preparatlarının yeni qiymətlərlə satışının necə həyata keçirildiyini müşahidə etmək məqsədi ilə paytaxtda yerləşən bir neçə aptekdə olaraq əczaçıların, eləcə də paytaxt sakinlərinin fikirlərini öyrəndik. Paytaxtın Səbail rayon ərazisində yerləşən apteklərdən birində əczaçı işləyən Arifə Cabbarova qəzetimizə açıqlamasında: “Artıq sentyabrın 15-dən etibarən biz qeyd olunan dərmanların satışını Tarif Şurasının təsdiq etdiyi qiymət əsasında həyata keçiririk. Məsələn, gördüyünüz bu “diklofenat” dərmanı 28 manata idi, indi onun qiyməti 4 manatdır. Demək olar ki, siyahıda olan dərman vasitələrinin qiymətləri yarıbayarı azalıb. Qiymətlər də gördüyünüz kimi, dərman vasitələrinin üzərində qeyd olunub. Müvafiq qurumlar tərəfindən də gəlib yoxlayıblar”, - deyib.
Baş çəkdiyimiz digər aptekdə də bildiriblər ki, onlar da sentyabrın 15-dən etibarən dərman vasitələrinin satışını Tarif Şurasının təsdiq etdiyi qiymət əsasında həyata keçirirlər. Aptekin əczaçısı Ülkər Məlikovanın sözlərinə görə, müvafiq qərardan sonra bu işə aidiyyəti olan hər iki qurum tərəfindən aptekdə monitorinq aparılıb, dərmanların qiyməti araşdırılıb: “Səhiyyə Nazirliyindən gəlmişdilər, dərmanların qiymətinə baxdılar, hətta bəzi tövsiyələr də verdilər. Bizə bildirildi ki, adı çəkilən dərmanlar Tarif Şurasının təsdiqlədiyi qiymətlər əsasında satılmalıdır, əks halda cərimələnəcəksiniz. Göründüyü kimi, bizdə hər şey qaydasındadır. Dərman vasitələrinin satışı yeni qayda ilə həyata keçirilir”.
Yeri gəlmişkən, sadə vətəndaşlar qiymətlərin tənzimlənməsi ilə bağlı qərarı alqışlayırlar. Fikrini öyrəndiyimiz əksər insanlar qərarın düzgün və vaxtında verildiyini deyiblər. Məsələn, şəhər sakini Pərvinə Quluzadənin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu qərar çox düzgün və vaxtında verilib: “İndicə dərman aldım, əvvəl mən bu dərmanı 10 manata alırdım, indi isə iki manata aldım. Görün, nə qədər qiymətdə fərq elədi. Bu çox yaxşıdır. Sözsüz ki, bu da bizi sevindirir”.
Şəhər sakini Məlahət Cabbarova isə deyib ki, dərmanların qiymətlərinin tənzimlənməsi olduqca müsbət haldır. Onun sözlərinə görə, bu qərar dövlətin vətəndaşlara qayğısı olmaqla yanaşı, həm də insanların sağlamlığına xidmət edəcək: “Hökumət sosial məsələlərin həllinə xüsusi diqqət yetirir. Bəhs olunan qərar da bu qəbildən olan müsbət nümunədir”.
Şəhər sakini Suridin Eyvazov da dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarı alqışladığını bildirib. Onun sözlərinə görə, ölkə başçısının bu addımını hər bir vətəndaş kimi, o da yüksək qiymətləndirir: “Dərman vasitələrinin qiymətləri sosial baxımdan xüsusi əhəmiyyət kəsb etdiyindən biz bilirik ki, dövlət başçısı cənab İlham Əliyev bu mühüm məsələni daim diqqət mərkəzində saxlayır. Prezidentimiz çox sağ olsun ki, dərmanların qiyməti ilə bağlı tapşırıq verdi və biz bu gün onun müsbət nəticəsini görürük. Demək olar ki, əksər dərmanların qiyməti yarıbayarı azalıb. Bunu ancaq alqışlamaq olar”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxSosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

