Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı polisi paytaxtda təhlükəsizliyin və qanunçuluğun keşiyindədir

Bakı polisi paytaxtda təhlükəsizliyin və qanunçuluğun keşiyindədir

23.10.2015 [10:32]

Oktyabrın 22-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2015-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov müşavirədə çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi dövlət quruculuğu prosesinin ilin doqquz ayı ərzində də uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının qorunmasının təmin olunduğunu vurğulayıb. Bütün bu uğurların, iqtisadi inkişafın əsasını təşkil edən siyasi sabitliyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və təhlükəsizliyin təmin olunması sahəsində Daxili İşlər Nazirliyi və onun əsas qurumlarından biri olan Bakı Şəhər Baş Polis İdarəsi də qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib.
Müşavirədə 2015-ci ilin doqquz ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə dinlənilib. Məruzədə qeyd olunub ki, hesabat dövründə Bakı şəhərində Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 8706 (ötən il 8752) cinayət qeydə alınıb ki, onların da 81,6 faizi (7104-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 18,4 faizi (1602-i) isə ağır və xüsusilə ağır növlər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 9,5 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 9,7 faiz, adam oğurluğu faktları isə iki dəfə azalıb.
Cinayətlərin 75,9 faizinin (70,1 faiz), ağır növlərinin 77,9 faizinin (72,4 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 64,7 faizinin (57,4 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1402 cinayətdən 92,3 faizi (91,2 faiz), o cümlədən qəsdən adam öldürmələrin 100 faizi (90,7 faiz), adam öldürməyə cəhdlərin isə 89,5 faizi açılıb (100 faiz).
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 5,8 faiz yaxşılaşıb. Bu göstərici ağır və xüsusilə ağır növlərinin açılması üzrə 5,5, şəxsiyyət əleyhinə olanlarda 1,1, o cümlədən qəsdən adam öldürmələr üzrə 9,3, mülkiyyət əleyhinə cinayətlərdə 10,4, mənzillərdən edilən oğurluqlar üzrə 10,9, avtonəqliyyat oğurluqlarında 12,5, quldurluqlar üzrə 7,1, hədə-qorxu ilə tələb etmədə 6,5, avtonəqliyyatın qaçırılması üzrə 5,1, xuliqanlıqlar üzrə 0,5, dələduzluq üzrə 2,7, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində isə 7,1 faiz təşkil edib.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1911 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 202 bağlı cinayət açılıb. Bu ilin doqquz ayı ərzində təqsirləndirilən şəxs qismində axtarışda olan 1106 nəfərdən 65,6 faizi (-2,2 faiz, 725-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 456 nəfərdən isə 51,1 faizi tutulub (-2,1 faiz, 233-ü). Bununla yanaşı, 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq hadisəsi törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanıb.
Narkotiklərlə bağlı aşkar edilmiş 1074 (1112) fakt üzrə qanunsuz dövriyyədən 227 kiloqram 156 qram (205 kiloqram 568 qram) narkotik vasitə çıxarılıb.
Paytaxt ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,2 faiz, həlak olanların sayı 19,2 faiz, xəsarət alanların sayı isə 3,3 faiz azalıb. Baş vermiş 497 (579) yol-nəqliyyat hadisəsində 168 (208) nəfər həlak olub, 645 (667) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Diqqətə çatdırılıb ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən bütün aksiyaların qarşısı alınıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin gəlişi ilə bağlı tədbir və mərasimlər zamanı ictimai asayiş tam təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülüb, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.
Sonra Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi Mirqafar Seyidov 9 ay ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş İdarənin rəisi dövlətimizin başçısını və daxili işlər nazirini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30