Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Həlak olan neftçilər “Dənizə bir qərənfil ataq...” aksiyası ilə anılır

Həlak olan neftçilər “Dənizə bir qərənfil ataq...” aksiyası ilə anılır

08.12.2015 [09:47]

SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini anma mərasimi Dənizkənarı Milli Parkda davam edir.
AZƏRTAC xəbər verir ki, dünən səhər saatlarından başlayaraq paytaxt sakinləri Dənizkənarı Milli Parka axışaraq həlak olanların və itkin düşənlərin xatirəsini yad etmək üçün dənizə qərənfillər səpib, sahilə güllər düzüblər. “Dənizə bir qərənfil ataq...” adı altında keçirilən aksiyaya həm yaşlılar, həm cavanlar qoşulublar, onlar arasında müəllimlər, tələbələr, şagirdlər əksəriyyət təşkil edib. İnsanlar göz yaşları içərisində faciə qurbanlarını anıb, itkin düşənlərin tezliklə tapılması üçün dualar ediblər.
Aksiyanın təşkilatçısı, IbSt Production (Broadcasting & Media Production) şirkətinin nümayəndəsi Hüseyn İbadlı qeyd edib ki, aksiyaya qoşulmaq üçün facebook sosial şəbəkəsi vasitəsilə müraciət edilib. Aksiyanın təşkilində məqsədimiz həlak olanların və itkin düşənlərin ailələri ilə kədərimizi bölüşmək, onların dərdinə şərik olmaqdır. Qəza zamanı itkin düşənlərimizin tezliklə tapılmasına ümid edirik. Həlak olanlara isə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına başsağlığı veririk. Aksiya gecə saatlarınadək davam edib.
Xəzər Universitetinin tələbəsi Turan Hüseynova baş vermiş dəhşətli faciədən çox sarsıldığını deyib: “Bu qəza xalqımız üçün çox ağır xəbər oldu. Bu faciəni ailəsində, yaxınlarında yaşayanlar onun ağrısını hələ uzun illər hiss edəcək. Onların faciəsi bizim faciəmiz, ağrısı bizim ağrımızdır. Allah Azərbaycanımızı belə bəlalardan, faciələrdən qorusun”.
Qeyd edək ki, SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 29 nəfər itkin düşüb, 1 nəfərin cəsədi dənizdən çıxarılıb. Həlak olanların xatirəsini yad etmək məqsədilə dekabrın 6-da ölkə ərazisində matəm elan edilib.

Paylaş:
Baxılıb: 804 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30