“Basatın Təpəgözü öldürməsi” boyu 25 dildə
09.12.2015 [10:03]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunu 25 dilə çevirərək nəşr edib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kitabların çapı Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” imzaladığı müvafiq Sərəncama əsasən gerçəkləşib.
Sərəncama əsasən qəbul edilmiş tədbirlər planında Henrix Fridrix fon Ditsin dünya elmi, filologiya və mədəniyyətşünaslığı üçün son dərəcə önəmli olan bu kitabının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən iyirmi beş dilə tərcümə edilərək nəşri bir layihə kimi nəzərdə tutulmuşdu.
Azərbaycan dili ilə yanaşı, müxtəlif dünya xalqlarının - türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, gürcü, erməni, yəhudi, macar, italyan, Ukrayna, həm də respublikamızda yaşayan etnik toplumların - xınalıq, tat, kürd, talış, udin, ləzgi dillərində nəşr edilən bu kitablar ölkəmizin mənəvi dünyasının zənginliklərini göstərməklə yanaşı, eyni zamanda, Azərbaycan multikultural əhvalının bariz göstəricisidir. Layihənin ilk mərhələsində kitabın 25 dildə nəşri nəzərdə tutulur.
Kitaba Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı “Ön söz” və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy” daxildir. Kitab müxtəlif dillərə həmin dillərin birbaşa daşıyıcıları tərəfindən tərcümə olunub. Layihənin növbəti mərhələlərində bu kitabın ispan, portuqal, İndoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə çap edilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

