Bakıda Qarabağla bağlı filmlərin və elektron xəritənin təqdimatı olub
24.12.2015 [09:39]
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal etdiyi “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ atı” animasiya filmlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin dekabrın 23-də təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək filmlər barədə ətraflı məlumat verib. Bildirilib ki, əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, işğal altındakı ərazilərimizin füsunkar təbiəti, tarixi və maddi-mədəniyyət abidələri haqqında gənclərimizi məlumatlandırmaqdır. Elektron məhsulların hazırlanmasında məqsəd ölkəmizlə bağlı həqiqətlərin Ermənistanın elmi dairələri və erməni diasporu tərəfindən saxtalaşdırılmasının qarşısını almaq, əsl reallıqları, tarixi faktları dünya ictimaiyyətinə çatdırmaqdır.
Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdıran Nurəddin Mehdiyev Qarabağ atının layihənin mövzularından biri kimi seçilməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, bu bölgənin əsas rəmzlərindən olan Qarabağ atına ermənilər sahib çıxmağa, saxta faktlar əsasında hazırlanan məqalələrlə dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışırlar. Qarabağ atları haqqında xüsusən gənclər arasında məlumatlılığı artırmaq üçün belə bir mövzuda film hazırlanıb.
Layihənin əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov mərkəzin 2013-cü ildən təqdim etdiyi elektron məhsulların əhəmiyyətini qeyd edib. Bildirib ki, mərkəzin qarşısında daha mühüm layihələrin icrası durur. Ölkə gənclərinin maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində bu məhsullar çox mühüm rol oynayır. Son dövrdə dünyada baş verən dəyişikliklər və yaranan yeni çağırışlar belə filmlərin hazırlanmasının əhəmiyyətini daha da artırır. Ölkə gənclərinin fəallığının artırılmasının başlıca məqsədlərdən olduğunu vurğulayan nazir onların məlumatlandırılmasında və inkişafında belə layihələrin vacibliyini xüsusi qeyd edib.
Nazir qeyd edib ki, belə layihələr ölkədə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi ilə yanaşı, erməni yalanına qarşı aparılan mübarizəyə də dəyərli töhfələr verir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev “Virtual Qarabağ” mərkəzinin mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış etdiyini, ictimaiyyətə maraqlı və zəruri layihələr, məhsullar təqdim etdiyini bildirib. O, mərkəzin layihələrinin, filmlərinin uşaqlar və gənclər arasında milli mənəvi dəyərlərimizin təbliğinə xidmət edəcəyinə, onlarda vətənpərvərlik hisslərini gücləndirəcəyinə əminliyini bildirib.
Digər çıxışlarda da layihənin əhəmiyyəti yüksək qiymətləndirilib, belə filmlərin davamlı olmasının əhəmiyyəti vurğulanıb.
Sonra “Qarabağ atı” animasiya filmi təqdim olunub. Xalq şairi Bəxtiyar Vahabzadənin eyni adlı şeiri əsasında çəkilən “Qarabağ atı” animasiya filmi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək, onların Qarabağ haqqında biliklərini artırmaq məqsədini daşıyır.
Azərbaycan və ingilis dillərində hazırlanan “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli film də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ağdamın tarixi abidələrinin, meydan və küçələrinin qrafik təsvirlə canlandırıldığı filmdə tamaşaçı virtual səyahətə çıxır. Xatırladaq ki, mərkəz bundan əvvəl Şuşa və Laçın rayonları haqqında da 3D qrafik təsvirli film hazırlayıb.
“Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsinə əsas səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, həmin abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, bu barədə gənclərin məlumatlılığının artırılmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

