Təhsil Nazirliyi: Yanvarın sonunda müəllimlər maaşlarını artımla alacaqlar
08.01.2016 [10:11]
“Azərbaycanın 12 bölgəsində - 9 rayon və 3 şəhərinin diaqnostik qiymətləndirmədən keçən və yanvarın 1-dən maaşları artırılan müəllimlər əmək haqlarına artımlarını yanvarın sonunda əldə edə biləcəklər”.
Bunu “Trend”-ə Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında ölkənin 12 rayon və şəhərində keçirilən diaqnostik qiymətləndirmədə 25693 müəllim iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndrimədən keçə bilməyib. Buna görə də həmin müəllimlərin əmək haqları yanvar ayından artırılmayacaq.
İ.Nağıyev əlavə edib ki, əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.
İ.Nağıyev qeyd edib ki, TN əmək haqları artırılacaq müəllimlərin təsdiqlənmiş adlı siyahısını bu günlərdə yerli rayon, təhsil şöbələrinə göndərməyi planlaşdırır: “Yanvar ayının sonunda həmin müəllimlərin əmək haqlarının dərs yükünə uyğun olaraq, artırılması planlaşdırılır”.
Nazirlik rəsmisinin sözlərinə görə, artımın məbləği konkret olaraq, müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali, yoxsa orta ixtisas təhsilli olmasından, fəxri adının olub-olmamasından, sinif rəhbəri olub-olmamasından və digər bir necə meyardan asılı olacaq: “Bunlardan asılı olaraq, əmək haqları 30-40 faiz artırılacaq. Əmək haqları daha çox, yəni 40 faiz artırılan pedaqoji stajı çox, fəxri adları olan müəllimlər olacaqlar. 10-cu ixtisas dərəcəsi üzrə işləyən, ali məktəbi yeni bitirən, stajı olmayan müəllim köhnə sistemlə 1 stavka, yəni 12 saat dərs deyəndə onun əmək haqqı 160 manata yaxın olurdu. Amma yeni meyarla hesablandıqda ali məktəbi yeni bitirən məzunun dərs yükü norması artıq yeni qaydalarla - 18 saatlıq stavka üzrə hesablanacaq. Yeni sistemlə onun əmək haqqı 18 saata görə 310 manat olacaq. Amma müəllim 18 saat deyil, 6 saat da, yaxud 24 saat də dərs deyə bilər. 24 saat dərs dedikdə müəllim artıq 310 manat deyil, daha yüksək əmək haqqı alacaq”.
İ.Nağıyev qeyd edib ki, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimin nəticəsi onun əmək haqqında birbaşa rol oynamasa da, dolayısı ilə rol oynayır: “Çünki yüksək nəticə göstərən müəllimin dərs yükü az nəticə göstərəndən çox olur. Yəni, nəticə etibarilə həmin müəllimin əldə etdiyi məbləğ daha yüksək olur. Digər tərəfdən, əmək haqqı artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil olunsa da, qiymətləndirmənin əsas məqsədlərindən biri əmək haqlarının artırılması deyil. Əsas məqsəd müəllimin bilik və bacarığını öyrənmək, ixtisasartırma kurslarının artıq ünvanlı olaraq təşkil edilməsidir. Biz nazirlik olaraq, müəllimlərin differensial əmək haqqı sisteminə keçidi planlaşdırırıq. Bu sistemə keçid zamanı müəllimin yalnız indiki kimi dərs yükü, stajı, təhsili deyil, artıq onun bilik və bacarıqlarının da nəzərə alınması planlaşdırılır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49

