Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq

20.01.2016 [09:54]

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatı tərəfindən 2015-ci ildə uğurla həyata keçirilmiş “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi 2016-cı ildə davam etdiriləcək.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu ilin ilk laboratoriya təlimi yanvarın 23-də baş tutacaq. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın yanvar təlimi qütb dairəsi və onun təbiəti mövzusuna həsr olunacaq.
Təlim zamanı uşaqlara qar və buz, onların xüsusiyyətləri, qütb heyvanları, Antarktidanın coğrafiyası və s. barədə geniş məlumat veriləcək. Həmçinin “kiçik ekoloqlar”a buzun və qar dənəciklərinin necə formalaşdığı, quru buzun necə olduğu sınaqlar vasitəsilə izah ediləcək.
Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcək və müxtəlif materiallardan kiçik “sənət əsərləri” də düzəldəcəklər.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, qütb təbiəti ilə kiçik yaşlardan tanış olmaları baxımından mühüm töhfə verəcək.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil ediləcək “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə əlaqə saxlamaq olar (497-63-16).

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30