Nüşabə Vəkilova: Mən dünənimi bu günümdə yaşatmağa çalışıram
23.01.2016 [10:49]
Həyatda elə insanlar olur ki, onların varlığı kimi, ölümü də həyatda iz qoyur və gizli bir maraqla insanları özünə çəkir. Uşaqlığımın sirli şairi, şeirlərindəki hikməti, hər sətrində gizlənən möcüzəni, gözlənilməz məna çalarlarını qəlbən sevdiyim Vaqif Səmədoğlu da belələrindəndir. Onun şeir dünyası və həyatı bir də ona görə mənə maraqlı olub ki, o, böyük Səməd Vurğunun oğlu, Xalq yazıçısı Yusif Səmədoğlunun kiçik qardaşı, müasir ədəbiyyatımızın ən sevilən şairi idi.
Elə bu sirli-duyğulu hisslərlə Səməd Vurğunun ev-muzeyinə getdim və muzeyin direktoru, ədibin gəlini və Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova ilə görüşdüm, ondan bir neçə sualıma cavab aldım:
- Sizin kədəriniz tək sizin yox, xalqın kədəridir, Allah səbir versin. Bu insan Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş çox mötəbər bir ailənin son ümidi, böyük bir ağacın son yarpağı idi...
- Bəli, haqlısınız! Biz bir neçə gün bundan əvvəl Xavər xanımın anım gününü keçirdik, xatirəsini andıq, doğmaları, muzey əməkdaşları ilə birgə. Onların xatirələrini yaşatmaq indi muzey əməkdaşlarının və mənim borcumdur. Bilirsiniz, ailənin üzvü olmaq, müqəddəs bir hissin daşıyıcısı olmaq deməkdir. Mən Vaqifi itirməklə sanki bütün ömrümün üstünə Vaqif adı qoyuldu. Mənim bugünkü reallığım dünənə döndü. Mən dünənimi bu günümdə yaşatmağa çalışıram. Eyni zamanda Vurğun ailəsinin böyük missiyasını yaşatmaq üçün özümdə güc tapmalıyam.
- Vaqif Səmədoğlunun ömrünün son dövrlərində kitablarının nəşr olunmasını sizin adınızla bağlayırlar.
- Bütün böyük şəxsiyyətlər kimi o da çox sadə, kövrək, dərin düşünən, özünəqapanan insan idi. Bəlkə də mən onun əsərlərini çapa hazırlamasaydım, kitabları çap olunmayacaqdı. İki kiçik kitabı 1968-72-ci illərdə çıxmışdı. Təbii ki, mən bunların hamısını görürdüm. Onun qədrini bilmək lazım idi. “Mən burdayam, İlahi”, “Uzaq, yaşıl ada” kitabları mənim tərtibatımla işıq üzü gördü. “Bəxt üzüyü” adlı pyeslər toplusunu, onun haqqında müasirlərinin dediklərini toplayıb 70 illiyinə hazırladığım “Şair və zaman” kitabını nəşr etdirdim. Sonra onun aforizmlərini “Müdriklərlə üz-üzə” adı ilə çap etdirdim. Son dövrlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ikicildliyi çıxdı. Buna görə həmişə mənə təşəkkür edirdi. Çünki bəzən başladığı işlərə həvəsi sönürdü, yaxud çox sonraya saxlayırdı. Bu iş ləng gedirdi. Özü axşamlar dəftərlərindəki şeirləri yazı makinasında çap edirdi. Qərara gəldim ki, ona kömək edim. İlk dəfə şeirlərini kompyuterdə yazmağa başlayanda, gördüm, gəlib dayandı qapının ağzında və gülümsündü. “Vaqif, mən çap eləyirəm, olar?”. Çox tez mənə cavab verdi: “Əlbəttə olar. Bütün ömrüm boyu rus yazıçılarının xanımlarına həsəd aparmışam ki, onlar ərlərinə necə kömək ediblər. Bu, mənim çoxdankı arzum idi”.
- Siz yəqin ki, bu missiyanı indi də davam etdirirsiniz?
- Bəli, Vaqif müəllimin gündəliklərini çapa hazırlayıram. O dəftərlərdə elə yerlər var ki, çox sözləri başa düşmürəm. Nizami Cəfərovdan da soruşmuşam, axı onlar yerlidirlər. Hətta bəzi dialekt sözləri o da, başa düşməkdə çətinlik çəkir. Mən çox çalışıram ki, heç nəyi itirmədən o gündəlikləri çap edəm. Onun 80-ci illərin əvvəllərində yazdığı ibrətamiz hekayələrdən ibarət “Gürzə-Çöl yazıları” adlı əsəri var. Onu nəşrə hazırlayıram. Ümumiyyətlə, Vurğun ailəsi ilə bağlı böyük planlarım var, inşallah gələcəkdə həyata keçirməliyəm.
- Şair xəstə olanda eşitdim ki, onun dostları, köhnə uşaqlıq yoldaşları ona çox köməklik göstəriblər. Hətta xaricdə yaşayan dostların zəmanəti ilə onu İsrail Yazarlar Birliyinə fəxri üzv də seçiblər?
- Çox doğru buyurursunuz. Onun müalicə və müayinəsinə dostları çox can yandırdılar. İsraildə Mixail Aqarunovun və onun həyat yoldaşı Turan xanımın bizə göstərdiyi mehribanlığı heç vaxt yaddan çıxarmaram. Amerikada yaşayan dostu Aleksandr Qriçin etdiklərini, Anarın ona bir doğması kimi göstərdiyi qayğını unuda bilmərəm. Arye Qutun onun haqqında yazdığı son yazısını həyəcanla oxudum. Hər biri sağ olsun. Amma Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şairə dəstəyini xüsusi qeyd etmək istəyirəm.
- Qarşıda Vaqif Səmədoğlunun dünyasını dəyişməsinin bir ili yaxınlaşır...
- Bəli, mən indi konkret olaraq bir söz deyə bilmərəm, çünki bu işlə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur, amma yanvarın 28-də Təzəpir məscidində il mərasimi mütləq olacaq. Həm də çalışıram ki, fevralın 2-də öz muzeyimizdə onun ədəbi ictimaiyyət, xüsusilə də gənclərlə birgə anma mərasimini keçirək. Çünki o, həyatsevər, ruhu gənc olan bir insan idi. Gündəliyində belə bir söz var: “Şair yaşa dolsa da qocalmamalıdır”. Onun gənclərə xüsusi sevgisi var idi. Elə gənclərin dilində onun şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim etmək istəyirəm. Mən orta məktəblər və universitetlərlə ev-muzey arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlamaq fikrindəyəm.
- Onun çap olunmamış əsərlərini də oxuculara çatdıracaqsınız? Şairin özünün dediyi kimi: “Şairin dili, qələmi susanda açılır”?
- Bəli, bir zamanlar üzərində böyük həvəslə işlədiyi mətnlər var. Gündəliklərində nəşr edilməmiş heç nə qalmamalıdır. Çünki bu əsərləri mən indi işləməsəm yarımçıq qalacaq. Vaqif müəllimin öz sözləri ilə desək: “Nə qədər yazırsan yaz, nə qədər yaşayırsan yaşa, ömrün də, yaradıcılığın da yarımçıq qalacaq”.
- Sizə, əziz şairimiz Vaqif Səmədoğlunun “sevgilim” dediyi xanıma, müsahibə üçün vaxt tapdığınıza görə təşəkkür edirəm, Vurğun ocağının fədailərinə uğurlar arzulayıram.
Şairin özü demiş: “Poeziya dünyanın arzu tarixidir”. Biz bu tarixi oxumaq istəyirik və ruhumuza uyğun olanı yaddaşımızda saxlayırıq:
Sən son ümidin qaldırdığı
Ağ bayraqsan, Azadlıq...
Ruhu, canı ilə azadlığı sevən, xalqının istiqlalı yolunda mücadilə edən, son nəfəsinədək azadlıq aşiqi olan əziz şairimizi doğma Vətəni heç vaxt unutmayacaq. Özü dediyi kimi:
...Və bilirəm,
hardasa bizi deyib ağlayacaq
bu külək...
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15

