“Millət vəkili olmaq çox böyük şərəf və etimaddır”
28.01.2016 [09:57]
Kamaləddin Qafarov: Ötən 23 il ərzində böyük inkişaf yolu keçən YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır
*** ÖMÜR YOLU ***
Kamaləddin Nəsrəddin oğlu Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu Nehrəm kəndi Cəlil Məmmədquluzadə adına 1 saylı orta məktəbin birinci sinfinə daxil olub, 1989-cu ildə həmin məktəbin 7-ci sinfini bitirdikdən sonra 1990-cı ildə Bakı şəhərində, ATU-nun Kimya-Biologiya Təmayüllü Respublika baza litseyində orta təhsilini davam etdirib və 1993-cü ildə həmin litseyi bitirib.
Naxçıvan Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir. Rus və türk dillərini bilir. Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür.
Ailəlidir, dörd övladı var.
Məlum olduğu kimi, ötən il noyabrın 1-də keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) növbəti möhtəşəm qələbəyə imza atdı. YAP-ın irəli sürdüyü namizədlərdən 71 nəfəri seçicilərin etimadını qazanaraq Milli Məclisdə təmsil olunmaq hüququ əldə etdi. Təbii ki, YAP-dan seçilmiş millət vəkilləri sırasında bu haqqı ilk dəfə qazanmış üzvlər də var. “Deputat kürsüsü” rubrikasında da Milli Məclisin yeni üzvlərini oxucularımıza təqdim edir, onların həyat və fəaliyyəti, hadisələrə baxışları, ictimai-siyasi proseslərdə rolu barədə məlumat veririk. Rubrikamızın növbəti qonağı isə 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə seçilmiş Kamaləddin Qafarovdur.
- Kamaləddin müəllim, öncə sizi Milli Məclisin deputatı seçilməyiniz münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. İlk sualımız belədir: millət vəkili statusu sizin üçün hansı anlamı ifadə edir?
- Təbrikinizə görə təşəkkür edirəm. Millət vəkilinin hüquqi statusu haqqında ictimaiyyətin kifayət qədər bilgisi var. Sosial-siyasi statusa gəlincə isə, onun mahiyyəti, bu yüksək məqamın xalq tərəfindən müəyyənləşən “millət vəkili” sinoniminə daha uyğundur. Millət vəkili olmaq hər bir vətəndaş üçün çox böyük şərəf və etimaddır. Fikrimcə, xalq ölkənin siyasi, iqtisadi, sosial və mədəni müstəvisində yorulmadan çalışmaq, quruculuq proseslərində özünü sınamaq və tanıtmaq üçün millət vəkilinə 5 illik mandat, həm də tarixi şans verir. Azərbaycanın bu mühüm hakimiyyət qolunda təmsil olunmaq, qanunvericilik aktlarının formalaşdırıldığı ali dövlət strukturunun üzvü olmaq, ölkəmizin hər bir vətəndaşı üçün, dediyim kimi, yüksək etimad və qaynar fəaliyyət sahəsi deməkdir. Mənim üçün bu status həm də Azərbaycan Respublikası Milli Məclisində təmsil olunduğum Binəqədi rayonu seçicilərinin mənafelərinin təmsilçiliyinin reallaşdırılması anlamına gəlir.
“Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır”
- Siz Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edirsiniz. Yüzminlərlə üzvü olan güclü partiyanın təmsilçisi olaraq YAP-ın ölkəmizin ictimai-siyasi həyatında rolu ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası ölkəmizin ən ağır dövründə, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. 1990-cı ilin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Həmin gərgin dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Naxçıvana, Ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar. Ümummilli liderimizin həmin müraciətə müsbət cavabından sonra 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə Naxçıvanda Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans keçirildi. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə yeni partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Hazırda 700 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib və bu gün Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Ümumiyyətlə, Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Bilirsiniz ki, partiyamız öz gücünü Ulu öndər Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 23 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız mübariz partiyadır. Partiyamızın üzvləri Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın 23 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilər bu faktı bir daha təsdiq etdi. Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni hədəflərə doğru!” şüarı ilə qatılmışdı. Bu şüar isə ölkəni yeni qələbələrə səsləyən 10 əsas hədəfi özündə cəmləşdirir. Beləliklə, bundan öncə olduğu kimi, bu dəfə də tam şəffaflıq, demokratik prinsiplər, aşkarlıq çərçivəsində keçirilən seçkilər xalqın iradəsini ortaya qoydu. YAP çox böyük uğur qazanaraq parlamentdə 71 deputat yeri əldə edib yenidən ölkənin lider partiyası olduğunu isbatladı. Yeni Azərbaycan Partiyasına göstərilən bu etimad ölkəmizin qazandığı çox böyük uğurların nəticəsidir. Yəni Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı şəkildə qalib gəlməsi, partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəklənməsi deməkdir. Bunu seçkiləri izləmək üçün məntəqələrdə olmuş 40 ölkədən 500-dən çox xarici müşahidəçi də təsdiqləmişdir.
Lakin bu bir həqiqətdir ki, ölkə rəhbərliyi, həmçinin partiyamız əldə olunan uğurlarla kifayətlənmir, xalqımızı daha yüksək sosial rifaha səfərbər edir. Bu gün 700 minə yaxın YAP üzvünün 250 min nəfərdən çoxunun gənc olması isə partiyamızın gələcəyimizin qurucuları olan gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bir sözlə, Ulu öndərimiz Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP-ın gücü onun xalqla sıx əlaqəsində, insanlara daimi qayğısında, ölkəmizin sabahına məsuliyyəti öz çiyinlərində ləyaqətlə daşımasındadır.
“Səhiyyənin inkişafı dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir”
- Siz səhiyyə sahəsində çalışırsınız. Azərbaycanda səhiyyənin inkişafı haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, son illər Azərbaycanda bütün sahələr inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Ümumiyyətlə, ölkəmizdə səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.
Azərbaycan hökuməti neft gəlirlərinin böyük bir hissəsini ölkə vətəndaşlarının sosial həyat şəraitinin yaxşılaşmasına, maddi rifah səviyyəsinin daha da yüksəlməsinə, onların ən yüksək sosial xidmət növləri ilə təmin olunmasına yönəldir ki, bunun da başlıca istiqamətlərindən birini tibbi xidmətlər təşkil edir. Son 10 ildə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz edilməsi, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir.
Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən səhiyyənin inkişafı istiqamətində həyata keçirilən layihələr təqdirəlayiqdir. Bu layihələr cəmiyyətimiz tərəfindən daim yüksək qiymətləndirilir.
Ümumiyyətlə, son 10 ildə Azərbaycanda 586 səhiyyə obyekti tikilmiş, əsaslı təmir edilmiş və yeni avadanlıqlarla təchiz edilmişdir. Təkcə ötən ilin 9 ayı ərzində ölkədə 10 xəstəxana tikilmiş və ya əsaslı şəkildə təmir edilərək insanların istifadəsinə verilmişdir.
Bir sözlə, səhiyyənin inkişafı dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Yeri gəlmişkən, məlum olduğu kimi, dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı büdcəyə mədaxil məsələlərində müəyyən çətinliklər yaranmışdır. Amma buna baxmayaraq, 2016-cı il üçün səhiyyə xərcləri nəinki azaldılmış, əksinə, ötən ilə nisbətən 0,9 faiz artırılmışdır. Yəni bu il səhiyyə sahəsinə 745 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da büdcə xərclərinin təxminən 4,6 faizi deməkdir. Bu vəsaitin 178 milyon manatı bizim hər birimiz üçün önəmli olan səhiyyə üzrə Dövlət proqramlarının dəstəklənməsinə yönəldiləcək.
Digər tərəfdən, son bir ildə ölkəmizdə 6 milyon 935 min nəfərin həkim müayinəsindən keçməsi təmin edilmişdir. Onların 1 milyon 695 min nəfəri uşaqdır. Bütün bunlar ondan ötrüdür ki, insanlarımız sağlam yaşasın, biz gələcək üçün güclü, ölkə qarşısında duran vəzifələrin öhdəsindən gələ biləcək, işqabiliyyətli nəsil yetişdirə bilək.
Yeri gəlmişkən, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yüzlərlə dərman vasitəsinin qiymətinin tənzimlənməsi də insanların sosial problemlərinin həllində ciddi rol oynayan bir məsələdir və tamamilə əhalinin maraqlarına cavab verir.
“Hazırkı şəraitdə insanların tibbi sığortaya marağı və sözügedən məsələ ilə bağlı gözləntiləri böyükdür”
- Kamaləddin müəllim, bəs ölkəmizdə ümumilikdə səhiyyə sahəsində qanunvericiliyi necə dəyərləndirirsiniz? Bu sahə ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etmək fikriniz varmı?
- Azərbaycanda səhiyyənin inkişafı və ayrı-ayrı Dövlət proqramları ilə bağlı ölkə Prezidenti 20-dən çox Fərman vermişdir. Bu, xidmət sahələri üzrə ən yüksək göstəricilərdən biri sayılır. Bu, həm də səhiyyənin cəmiyyət üçün nə qədər böyük önəm daşımasının sübutudur. Ulu öndərimiz Heydər Əliyevin dediyi “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir” fikri bu gün də aktual olaraq qalır.
O ki qaldı sualınızın ikinci hissəsinə, bu sahə üzrə müəyyən planlarımız var. Düşünürəm ki, hazırkı şəraitdə insanların tibbi sığortaya marağı və sözügedən məsələ ilə bağlı gözləntiləri böyükdür. Seçkiqabağı görüşlər zamanı seçicilər bu problemi dəfələrlə qaldırdılar və məndən müvafiq qanunun tezliklə qəbul olunması üçün səyləri əsirgəməməyimi xahiş etdilər. Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin üzvü kimi bu, həm də mənim parlamentdə fəaliyyətimlə üst-üstə düşür. Tibbi sığorta ilə bağlı müəyyən mülahizə və təkliflərimiz var, çalışacağıq ki, seçiciləri narahat edən bir sıra məqamlar orada öz həllini tapmış olsun.
“Mənim əsas hobbim çalışmaqdır”
- Kamaləddin müəllim, ictimai-siyasi fəaliyyətinizlə yanaşı, sərbəst fəaliyyətinizi necə qurursunuz? Oxucularımız üçün maraqlı olar, Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkilinin hobbisi nədir?
- Səmimi şəkildə bildirim ki, mənim asudə vaxtım, demək olar ki, olmur. Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş direktor müavini olaraq gərgin bir iş qrafikində çalışmaq lazım gəlir. Buraya seçicilərin müraciətlərinin araşdırılması, rəsmi görüşlər, Milli Məclisdə müzakirə olunacaq səhiyyə ilə bağlı sənədləri, iş və s. əlavə etsək, praktiki olaraq mən daim “seytnot” vəziyyətində oluram. Əsas hobbim isə elə boş vaxtlarımda da çalışmaqdır.
Nadir AZƏRİ,
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

