Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naftalan xərclərini gəlirləri hesabına təmin edən şəhərlər sırasındadır

Naftalan xərclərini gəlirləri hesabına təmin edən şəhərlər sırasındadır

01.03.2016 [09:39]

Naftalan şəhərində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC-ın məlumatına görə, Hesabat yığıncağında Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək bildirib ki, 2015-ci ildə ümumi məhsul buraxılışı 13 milyon 329,8 min manat təşkil edib. Pullu xidmətlərin həcmi 2014-cü illə müqayisədə 4,9 faiz, pərakəndə əmtəə dövriyyəsi isə 14,3 faiz artıb. Şəhərin yerli büdcəsi subsidiya və digər gəlirlərlə birlikdə 4 milyon 581,2 min manat, xərcləri isə 4 milyon 401,4 min manat olub.
Diqqətə çatdırılıb ki, 2016-cı ildən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlər sırasındadır. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünyada məşhur olan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən əldə etdiyi gəlirlər hesabına nail olub.
Natiq Aslanov bildirib ki, “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naftalan kurortunun yenidən qurulması ilə bağlı bir sıra tədbirlər görülüb, müasir səviyyəli istirahət və sağlamlıq mərkəzləri istifadəyə verilib. Naftalan istirahət və sağlamlıq mərkəzlərində turistlər üçün nəinki ilin yay fəslində, hətta soyuq qış aylarında da əlverişli şərait yaradılıb. Görülən işlərin nəticəsidir ki, 2015-ci ilin yalnız dekabr ayında Naftalan şəhərinə 1300 turist gəlib. Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
Qeyd edilib ki, turizm əlaqələrini ildən-ilə genişləndirən Naftalan Fransanın Leql, İtaliyanın Pozitano, Rusiyanın Yessentuki və Polşanın Uneyov şəhərləri ilə əməkdaşlığa başlayıb.
Məruzədə bildirilib ki, ötən il Nazirlər Kabineti “Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair” şəhərin baş planını təsdiqləyib. Planda Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün farmaseptik zavodun inşası və əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması da nəzərdə tutulur.
Prezident Administrasiyasının nümayəndəsi Vəfadar Bağırov və Milli Məclisin deputatı Mahir Aslanov çıxış edərək, respublikada sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlardan, o cümlədən Naftalanda reallaşdırılan layihələrdən söz açıb, qaldırılan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Yığıncaqda müzakirə edilən məsələlərlə əlaqədar müvafiq qərar qəbul edilib.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30