Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Media məktəbi” fəaliyyətə başlayıb

“Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Media məktəbi” fəaliyyətə başlayıb

22.04.2016 [10:05]

Gəncədə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin əməkdaşlığı və “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Media Məktəbi-2” layihəsinin ilk təlimlərinə başlanılıb.
Üç gün davam edən təlimlərdə gənclərə piar sahəsində təcrübəli mütəxəssislər tərəfindən bir sıra mövzular tədris olunub. Gənclər müxtəlif qrup işləri vasitəsilə piar strategiyasının qurulması və informasiya araşdırmaları kimi tapşırıqlar yerinə yetiriblər.
Layihə rəhbəri Nigar Ələsgərova AZƏRTAC-a müsahibəsində bildirib ki, təlimdən sonra gənclərdən ibarət qrup formalaşdırılıb. Gənclər layihə çərçivəsində media sahəsində əldə edəcəkləri biliklərdən faydalanaraq, müxtəlif media alətləri vasitəsilə Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı statusu çərçivəsində keçiriləcək layihələri, ümumilikdə şəhərin cari ildə fəal ictimai həyatını daha geniş kütləyə çatdırmağa xidmət edəcəklər.
Nigar Ələsgərova vurğulayıb ki, layihə çərçivəsində Avropa ölkələrinin media ilə bağlı həyata keçirdiyi nümunələrin Gəncə gənclərinə təqdim edilməsi, onların sosial mediada fəal iştirakı üçün innovativ vasitələrin tətbiqinin genişləndirməsi, həmçinin region gənclərinə sosial mediadan səmərəli istifadə qaydalarının öyrədilməsi əsas istiqamətlərdəndir.
Üç ay davam edəcək “Media Məktəbi-2” layihəsinin əsas məqsədi gənclərin yeni media alətlərindən düzgün istifadəsinə və bu sahədə yeni biliklərin qazanılmasına yardım etməkdir.

Paylaş:
Baxılıb: 681 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30