/ / ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BANİSİ OLDUĞU AZƏRBAYCAN MULTİKULTURALİZMİ SABİTLİYİN QORUNMASI MEXANİZMİ KİMİ
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BANİSİ OLDUĞU AZƏRBAYCAN MULTİKULTURALİZMİ SABİTLİYİN QORUNMASI MEXANİZMİ KİMİ
22.04.2016 [10:09]
XX əsr Azərbaycan tarixi rəngarəng təlatümlü siyasi hadisə və proseslərlə, həmçinin sosial-iqtisadi və mədəni inkişaf baxımından çox zəngindir. Ən ümdəsi XX əsrdə Azərbaycan iki dəfə müstəqillik qazanıb. Onlardan birincisinin ömrü qısa (cəmi 23 ay) olsa da, ikinci dəfə əldə etdiyi müstəqillik dövründə bir çox çətinliklərə sinə gərib, ictimai həyatın bütün sahələrində möhtəşəm uğurlara imza ataraq regionun qüdrətli, sayılıb-seçilən lider dövlətinə çevrilib. Çünki tarix təkrarlansa da, bu dəfə tarixi şans əldən getməmiş onu reallaşdıra biləcək tarixi şəxsiyyət siyasət meydanına qayıtdı. Məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, milli maraqlara söykənən, mütərəqqi inkişaf strategiyası ölkədə sabitliyin, demokratiyanın qorunmasına, bərqərar olmasına və davamlı yeni iqtisadi modelin formalaşmasına zəmin yaratdı.
Ən əsası isə böyük tarixi şəxsiyyət olan Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra dövlət müstəqilliyinin möhkəmlənməsi və dönməzliyi təmin olundu. Ulu öndər Öz nadir keyfiyyətləri sayəsində həmin mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxararaq, onu sabit inkişaf səviyyəsinə qaldırmağa nail oldu. Ona görə də, Azərbaycan XXI yüzilə möhkəm siyasi və iqtisadi təminatlı bünövrə üzərində qədəm qoyaraq milli təhlükəsizliyini, onun mühüm tərkib hissələri olan iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bildi və beləliklə, qısa tarixi dövr ərzində qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə yol açdı.
Bu dövrdə Ulu öndər Heydər Əliyev müdrik siyasəti ilə həm də Azərbaycanda əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini, multikultural dəyərləri, tolerantlığı, insan hüquqlarının aliliyini özündə ehtiva edən son dərəcə mütərəqqi milli ideoloji konsepsiyanın konturlarını müəyyən edərək Azərbaycanda multikulturalizm fenomeninin formalaşmasına nail oldu.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün zamanlarda etnik və milli məsələlərə xüsusi diqqət yetirdiyi üçün multikultural dəyərlərin inkişafında da ciddi irəliləyişlər baş verirdi. Ölkədə sabitliyin və inkişafın təmin olunmasında bu amilin önəmli rol oynadığını əsas götürərək həyata keçirdiyi tədbirlər içərisində etnik-siyasi birliyin möhkəmləndirilməsi məsələsi diqqətdə saxlanılırdı. Nəticədə, fenomenal düha sahibi olan Heydər Əliyev tolerantlığı və multikulturalizmi nəinki dövlət siyasəti səviyyəsinə qaldırdı, eyni zamanda, son dərəcə gərgin etnik-siyasi və geosiyasi şəraitdə multikultural təhlükəsizliyi təmin edərək milli-etnik siyasətdə dünya dövlətlərinə nümunə olacaq yeni bir modelin - Azərbaycan multikulturalizminin formalaşmasının siyasi əsasını qoydu.
Bununla da həm də ölkədə sabitliyin və davamlı inkişafın hüquqi təminatının təmin olunması istiqamətində ciddi addımlar atıldı. Məhz Ulu öndərin sayəsində Azərbaycanda milli azlıqların tarix, ədəbiyyat, mədəniyyət, dil, adət-ənənələrinin qorunub-saxlanmasına və inkişaf etdirilməsinə ilkin hüquqi zəmin yaradıldı. İlk növbədə, Ulu öndərin şah əsəri olan, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dinlərin yayılmasının və təbliğinin qadağan olması barədə müddəalar həmin sənəddə əksini tapdı.
Eyni zamanda, hər kəsə fikir və söz azadlığı verildiyi, ölkə vətəndaşlarının dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğu bəyan edildi. O vaxtdan dini etiqad azadlığının təmin olunmasına, icmaların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırıldı. Azərbaycan hökuməti bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Eyni zamanda, missioner təşkilatların və radikal qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi.
Ölkə Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunması dövlətimizin tolerantlığın keşiyində durduğunu isbatlayır. Son illərdə dünyanın ayrı-ayrı yerlərində, o cümlədən dövlət-din münasibətlərində də ən demokratik mövqe nümayiş etdirən Azərbaycanda radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, hökumətlərə təzyiq göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Ölkəmizdə isə əhalinin böyük əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq digər din və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ümummilli lider Heydər Əliyev tolerantlıq və multikulturalizm siyasətini ölkənin demokratik inkişafının mühüm tərkib hissəsi hesab edir və deyirdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacayıq”.
Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Dini icmalar arasında həmişə möhkəm dözümlülük, qarşılıqlı anlaşma olub, milli, dini ayrı-seçkilik müşahidə edilməyib. Bu gün də ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar ailə kimi mehriban yaşayırlar. Tolerantlıq Azərbaycanda milli-mənəvi sərvət, dünya xalqlarına nümunə göstəriləcək bir dəyərdir.
Azərbaycanda müxtəlif xalqların birgə yaşamaq qaydası, müxtəlif dinlərə münasibət, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məsələlərin müzakirəyə cəlb edilməsi hər zaman aktualdır. Sözsüz ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır. Bununla belə, Azərbaycanda tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitlik, sosial və iqtisadi inkişaf xüsusi vurğulanmalıdır. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırsa, Azərbaycan tolerantlıq siyasətinin uğurlu modelinin dünya ictimaiyyətinin diqqətində olması təbiidir.
Etnik azlıqların hüquqlarının müdafiəsi Azərbaycanda, eyni zamanda, siyasi sabitliyin təminatıdır. Multikulturalizm Azərbaycan dövlətinin dövlət siyasəti, davamlı və ardıcıl həyata keçirilən siyasi kursudur. Bu, multikulturalizmin alternativi olmayan möhtəşəm siyasi yol olduğunun, eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəni hüquqlarını tanıyan humanist dünyagörüşünün ən yüksək inkişaf səviyyəsinə çatdığının göstəricisidir. Çünki bu siyasət ayrıca götürülmüş bir ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliyinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına istiqamətlənir. Multikulturalizm də humanist və demokratik prinsiplərə söykənən ideologiya olaraq real humanizm, yüksək fərdi və beynəlxalq münasibətləri, insanlar arasında qarşılıqlı anlaşma, mənəvi zənginləşmə, dostluq və əməkdaşlıq təcəssüm etdirən tolerantlığı nəzərdə tutur.
Digər tərəfdən, Ümummilli lider Heydər Əliyev azərbaycançılıq konsepsiyasının işlənib hazırlanmasına nail olarkən nəinki Azərbaycanda yaşayan, həm də xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ətrafında sıx birliyinin və həmrəyliyinin, vahid azərbaycançılıq ideyasını rəhbər tutaraq səmərəli fəaliyyətinin təmin edilməsini, ölkəmizdə yaşayan icmaların, cəmiyyətlərin və birliklərin işinin əlaqələndirilməsini və gücləndirilməsini nəzərdə tuturdu. Bu məqsədlə 2001-ci il noyabr ayının 9-10 tarixlərində möhtəşəm Respublika Sarayında (indiki Heydər Əliyev adına Saray) Ümummilli liderin Sədrliyi ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu hadisə ilə bütün dünyaya bəyan edildi ki, bütün dünyada yaşayan azərbaycanlıların Azərbaycan adlanan bir vətəni var və bu yurd, bu ocaq hamı üçün müqəddəsdir, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bu diyarda bütün azərbaycanlıların bəşəri və ilahi haqqı vardır.
Müxtəlif dinlərə mənsubluğuna görə ölkə vətəndaşları arasında ayrı-seçkilik aparmaması, bütün səmavi dinlərin nümayəndələrinə eyni gözlə baxması, məscid, kilsə və ya sinaqoq olmasına baxmayaraq onların bərpa və tikintisinə dəstək verməsi Heydər Əliyev əzəmətinin və böyüklüyünün, xalqa, onun milli mənəviyyatına olan sevgisinin və ölkəmizdə illər boyu formalaşan tolerantlıq ənənələrinə dərin hörmətin təzahürü idi. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Multikulturalizm siyasəti böyük dövlət və siyasi xadim Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla reallaşdırdığı və zənginləşdirdiyi inkişaf strategiyasıdır.
Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində nəinki BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.
Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgə yaşam mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında bir modelə çevrilmişdir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgə yaşam ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.
Bu gün ölkədə yürüdülən iqtisadi, siyasi, sosial, milli və s. siyasətin xarakteri və səmərəliliyi də xüsusi vurğulanmalıdır. Ölkədə həyata keçirilən düzgün və fəal siyasət onun daxili ictimai-siyasi mühitini nəzərəçarpacaq dərəcədə modernləşdirib, dövlət və cəmiyyət həyatını demokratikləşdirib, sosial-mənəvi sahələri yeniləşdirib, vətəndaş cəmiyyəti təsisatlarını formalaşdırıb və müasir dövrün tələblərinə uyğunlaşdırıb.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin regionların inkişafı ilə bağlı sərəncamlarını xüsusi qiymətləndirmək lazımdır. Prezident İlham Əliyev 2012-ci il sentyabrın 21-də 10 istiqamət üzrə yeni tapşırıq və vəzifələr müəyyən etmişdir. Onların sırasında “Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış zəngin irsi əsasında dünya miqyasında multikulturalizm və tolerantlıq meyillərinin inkişafına töhfə verilməsi”, “Mədəni diplomatiya siyasətinin davam etdirilməsi və dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılması” və “Dünya azərbaycanlıları və diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi və onların fəaliyyətinin dəstəklənməsi” kimi bəndlər geniş yer alıb. Həmin bəndlər ölkənin xarici siyasətinin də keyfiyyətcə yeni səviyyəyə qalxmasını ifadə edir. Burada söhbətin dünyanın böyük dövlətlərinin ciddi əhəmiyyət verdiyi məqamlardan getdiyini dərk etmək çətin deyil.
Xalqlar arasında birlik və əməkdaşlığın, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə yönəldilən tədbirlərin keçirilməsi işində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi olaraq vurğulanmalıdır. Fondun təşəbbüsü ilə sivilizasiyalararası müzakirələrin təşkil edildiyi onlarla beynəlxalq tədbirdə Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək iştirakçılara ölkəmizdə tarixən formalaşmış multikultural ənənələr, xalqımızın milli irsi və milli dəyərləri, dini konfessiyaların və dini birgəyaşamın mövcud vəziyyəti haqqında geniş məlumat verərək, Bakı beynəlxalq humanitar forumlarının təşkil edilməsinin təsadüfi olmadığını, Azərbaycanın qlobal humanitar problemlərin birgə müzakirəsində də liderlik etdiyini əsaslandırmışdır. Fondun layihələri Azərbaycan multikulturalizminin qapalı, dar çərçivədə inkişafını deyil, bütün dünyada fərqli mədəniyyətlər şəraitində fəaliyyətini reallaşdırır. Bu fəaliyyət xalqların milli-mənəvi dəyərlərinə hörmətin, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərarın qəbul edilməsi isə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Esmira Cəfərova
Mingəçevir Dövlət Universitetinin kafedra müdiri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

