Beynəlxalq jurnalda görkəmli akademik Cəlal Əliyevin xatirəsinə həsr edilən məqalə çap olunub
29.04.2016 [10:05]
Bu yaxınlarda Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi nəşri olan “Phyosynthesis Research” jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr edilən “Böyük alim, böyük müəllim, böyük şəxsiyyət” sərlövhəli məqalə çap olunub. Məqalənin müəllifləri alimin tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, professor Süleyman Allahverdiyev və Beynəlxalq Fotosintez Cəmiyyətinin nümayəndəsi, fotosintez sahəsində çox nüfuzlu alim professor Qovincidir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqalədə akademik Cəlal Əliyevin dövrümüzün görkəmli bioloq alimi, böyük müəllim və böyük şəxsiyyət olması əksini tapıb. Müəlliflər fikirlərinə alimin “Elm - həqiqətdir!” kəlamı ilə başlayıb, onun keçdiyi həyat və yaradıcılıq yolunu ətraflı işıqlandırıblar. Cəlal Əliyevin beş min illik tarixi olan qədim Naxçıvan şəhərində Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Əliyevlər ailəsində dünyaya gəlməsi, ilkin təhsil aldığı məktəb dövrü və universitet illəri barədə məlumat verilir, akademik Müzəffər Abutalıbovun laboratoriyasında aspirantura dövrü nəzərdən keçirilir. 1954-cü ildə ilk əmək fəaliyyətinə başladığı Elmi Tədqiqat Əkinçilik İnstitutunda Bitki fiziologiyası və biotexnologiyası şöbəsinin müdiri səviyyəsinədək yüksəlməsi, namizədlik və doktorluq dissertasiyalarının müdafiələri və 1971-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradaraq onu böyük kadr potensialı və maddi-texniki bazası olan laboratoriya və şöbə səviyyəsinədək inkişaf etdirməsi, ömrünün sonunadək Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə rəhbərlik etməsi ətraflı işıqlandırılır. Eyni zamanda, Cəlal Əliyevin Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi kimi fəaliyyətindən də söz açılır.
Alimin fotosintez prosesinin kompleks tədqiqi sahəsində gördüyü işlər, əldə olunan fundamental nəticələr və onların praktikaya tətbiqi sayəsində yaradılan yüksək məhsuldar buğda sortları, Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çox sayda beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətlərindən danışılır, fototənəffüs prosesi ilə bağlı nəticənin dünya elmi üçün böyük əhəmiyyəti göstərilir.
Məqalədə qeyd olunur ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradılması və əsaslı surətdə inkişaf etdirilməsi, bu istiqamətdə kadr potensialının formalaşdırılması, AMEA-nın Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkil olunması da alimin adı ilə bağlıdır.
Akademik Cəlal Əliyevin üzvü olduğu yerli və beynəlxalq qurumlar, aldığı mükafatlar, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü kimi fəaliyyəti də yazıda əksini tapıb.
Məqalənin sonunda qeyd olunur ki, böyük alim həyatdan köçsə də, onun elmdə əldə etdiyi fundamental və praktik nəticələr, qlobal problemlərin həlli yolunda göstərdiyi səylər və fotosintezlə bağlı beynəlxalq konfransların keçirilməsində təşkilatçılığı dünyanın hər yerində xatırlanacaq. Nüfuzlu jurnallarda, adətən, qlobal miqyasda tanınan görkəmli alimlərin xatirəsi anılır. Bu baxımdan, “Phyosynthesis Research” jurnalında akademik Cəlal Əliyevə həsr olunan geniş məqalənin çap olunması alimin dünyada böyük nüfuz sahibi olmasını, onun şəxsiyyətinə olan hörmətin, fotosintez prosesinin öyrənilməsində Cəlal Əliyev və onun yaratdığı məktəbin dünya elminə verdiyi töhfələrin Beynəlxalq Fotosintez Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin parlaq nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35

