“Regional İnkişaf” İctimai Birliyi autizm sindromlu uşaqlar üzrə mütəxəssislər hazırlayır
14.05.2016 [09:53]
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə bölgələr üzrə autizm sindromlu uşaqların müalicəsi, onlarla işləyəcək mütəxəssislərin hazırlanması istiqamətində layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı şəhərində keçirilən təlim kursu RİİB-ə Lənkərandan daxil olan müraciətlər əsasında təşkil olunub. Təlimləri Səhiyyə Nazirliyinin mütəxəssisləri aparıblar. Layihədə Lənkəran rayonunda təhsil sahəsində çalışan şəxslərdən və autizm sindromlu uşaqların valideyinlərindən ibarət könüllülər iştirak ediblər.
İştirakçılara autizm sindromlu uşaqlarla ev şəraitində iş, art-terapiya, dram-terapiya, musiqi-terapiya və digər sahələrdə nəzəri, praktik təlimlər keçirilib. Təlimlər uşaq psixoloqu ilə yanaşı, loqoped-defektoloq, həkim-nevropatoloqun birgə iştirakı ilə aparılıb.
Regionlarda bu sahədə mütəxəssis azlığının aradan qaldırılmasına yönələn layihə, həmçinin autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası, onların valideynlərinə psixoloji hazırlıq baxımından dəstək, insanların diqqətini bu sosial məsələyə yönəltmək məqsədi daşıyıb.
Xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi aprelin 6-8-də Səhiyyə Nazirliyinin dəstəyi ilə Lənkəran şəhərində autizm sindromlu uşaqların müayinəsi və valideyinlərin maarifləndirilməsi üzrə kurs təşkil etmişdi. RİİB bu layihənin davamı olaraq və daxil olan müraciətləri nəzərə alaraq regionlarda işləyəcək kadr hazırlığı üzrə kurslara başlayıb.
Kursu bitirmiş könüllülər RİİB-in dəstəyi ilə cənub regionu üzrə yaradılacaq Autizm Mərkəzində fəaliyyət göstərəcək.
RİİB digər bölgələr üzrə də analoji kursların davam etdirilməsi baxımından Səhiyyə Nazirliyi ilə birgə regionlarda autizm sindromlu uşaqlarla bağlı vəziyyəti təhlil edir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

