Dünənin, bu günün, sabahın universiteti
18.05.2016 [10:08]
Azərbaycan Memarlıq və İnşaat Universiteti 40 illik yubileyini qeyd edir
Dövlətimizin təhsil siyasətinin uğurla icra olunmasını özünün strateji hədəfi kimi müəyyənləşdirən 40 yaşlı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu gün ölkəmizin aparıcı, qabaqcıl təhsil müəssisələrindən biridir. Azərbaycanda memarlıq və inşaat təhsilinin varisi sayılan AzMİU-nun tarixi, əslində, öz başlanğıcını 95 il bundan əvvəl, ötən əsrin ikinci onilliyindən götürüb, böyük bir təkamül yolu keçərək bu günlərə gəlib çatıb. Belə ki, 1920-ci ilin mayında xalqımızın dəyərli oğlu Nəriman Nərimanovun imzaladığı dekretə əsasən Bakıda təsis olunmuş Politexnik İnstitutunun nəzdində mühəndis-tikinti fakültəsi kimi fəaliyyətə başlayıb. Memarlıq, yol, liman və hidrotexniki tikinti ixtisasları üzrə mütəxəssis hazırlayan mühəndis-tikinti fakültəsi Azərbaycanda memarlıq və inşaat təhsilinin ilk cığıraçanı olub. Müxtəlif illərdə Bakı Politexnik, Azərbaycan Neft, sonralar Azərbaycan Sənaye İnstitutunun nəzdində inşaat mütəxəssisləri hazırlayıb, qısa müddətdə - 1932-1934-cü illərdə müstəqil İnşaat İnstitutu kimi fəaliyyət göstərib, 50-ci illərə kimi Azərbaycan Politexnik İnstitutunda memarlıq və inşaat fakültəsi olaraq tanınıb.
Keçən əsrin 70-ci illərindən Azərbaycanda hər yöndə müşahidə olunan intibah, yeniləşmə, inkişaf, quruculuq işləri həyatın bütün tərəflərinə təsir etdiyi kimi, memarlıq və inşaat sahəsinə də təsirsiz ötüşmədi. Ölkədə tikintinin geniş vüsət alması qurucu və yaradıcı gənc milli kadrların hazırlanması işini aktuallaşdırdı, respublikada savadlı və qabiliyyətli memar və inşaat mühəndisləri hazırlığı aparmaq üçün xüsusi ali təhsil ocağının yaradılmasını zəruri etdi. Bu məqamda Azərbaycan memarlığının inkişafında böyük rolu olan Ulu öndər Heydər Əliyevin bu zərurətin reallaşmasındakı müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. Məhz Onun təşəbbüsü ilə 1975-ci ildə Azərbaycan SSR Nazirlər Soveti ölkədə memarlıq, tikinti və iqtisadiyyatın digər sahələri üçün yüksəkixtisaslı kadrlar hazırlamaq məqsədiylə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (AzİMİ) yaradılması barədə qərar verdi.
Görkəmli siyasi xadim, dövlət adamı olmaqla yanaşı, Heydər Əliyev həm də incə zövq sahibi, qurub-yaratmaq təxəyyülü geniş olan bir şəxsiyyət idi. Ümummilli liderin iki il - 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsində təhsil alması bu fikirlərin tam təsdiqidir. Gənc yaşlarından memarlığa böyük həvəs göstərən Ulu öndər Heydər Əliyevin adı AzİMİ-nin formalaşması, inkişaf etməsiylə sıx bağlıdır. O, sağlığında həmişə AzİMİ-yə qayğı göstərib, yeni yaradılmış institutun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm qərarlar verib, dəfələrlə universitetə gəlib, professor-müəllim heyəti, tələbələrlə görüşüb, onların problemləriylə maraqlanıb. Məhz Ulu öndərin tövsiyələri ilə bu tədris ocağı illər ərzində böyük nailiyyətlərə imza atıb, inkişaf edib, inşaat mühəndisi ixtisasının cəmiyyətdə nüfuzu artıb. Bu dövrdə AzİMİ tək Azərbaycan üçün deyil, bütün sovetlər ölkəsi və xarici ölkələr üçün minlərlə kadr hazırlayıb.
1995-ci ildən başlayaraq Azərbaycan təhsilində aparılan islahatlar AzİMİ-nin də fəaliyyətində böyük dəyişikliklər yaradıb, mütəxəssis hazırlığını yeniliklərlə zənginləşdirib. Belə ki, 2000-ci il iyul ayının 13-də Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla institutun adı dəyişdirilib və Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb.
Ulu öndərin Azərbaycan təhsilinə bəxş etdiyi Azərbaycan Memarlıq və İnşaat Universiteti zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malik təhsil ocağıdır. Bu gün universitet 40 yaşını qeyd edir, bu 40 ildə qazandığımız uğurlar, əldə etdiyimiz nailiyyətlər ölkəmizin ali təhsil ocaqları arasında bizim də öz yerimiz, öz sözümüz olduğunu deməyə əsas verir. Yarandığı vaxt cəmi dörd fakültəsi və 44 əməkdaşı olan Universitetin indi 8 fakültəsi, 500-dən çox professor-müəllimi var. AzMİU-da təhsil üç dildə - Azərbaycan, rus, 2009-cu ildən isə ingilis dillərində aparılır. Hazırda bakalavr pilləsində 20 ixtisas, magistratura pilləsində 37 ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. 2015-2016-cı tədris illərində universitetin 8 fakültəsində bakalavr pilləsində 5967, magistratura pilləsində isə 449 tələbə öz təhsilini davam etdirir. Xarici vətəndaşların təhsili fakültəsində 14 ölkədən 620 gənc təhsil alır, doktoranturada 108 gənc mütəxəssis alimlik dərəcəsinə layiq görülmək üçün çalışır.
Yarandığı ilk günlərdən universitetin elmi-tədqiqat fəaliyyətinin inkişafına, onun elmi potensialının gücləndirilməsinə, professor-müəllim heyətinin elmi işlərinin müasir tələblərə uyğun və yüksək səviyyədə yerinə yetirilməsinə, gənclərin kafedralarda və elmi-tədqiqat laboratoriyalarında aparılan elmi araşdırmalara fəal şəkildə cəlb olunmasına xüsusi önəm verilir. Universitetdə texnika və ümumi iqtisadiyyat üzrə elmlər doktoru və memarlıq üzrə fəlsəfə doktoru alimlik dərəcələri almaq üçün 2 Dissertasiya Şurası fəaliyyət göstərir. Son beş ildə 19 ixtisas üzrə gənc alim və mütəxəssis hazırlığı işi aparılıb. Ötən illər ərzində alimlərimiz memarlıq, inşaat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, ekologiya, texnoloji maşınlar, informasiya texnologiyaları və başqa elmi sahələr üzrə aktual mövzuların tədqiqi ilə məşğul olaraq doğma universitetlərini geniş profilli elm və təhsil məbədinə çeviriblər.
Professor-müəllim heyətinin və elmi işçilərin ümumi səyi ilə son illər 121 dərslik, 115 dərs vəsaiti, 305 metodiki göstəriş və fənn proqramı nəşr olunub, respublikada və xaricdə çap olunan impakt faktorlu jurnallarda, 40 dövri mətbuat orqanında 1400 elmi məqalə, 81 monoqrafiya dərc etdirilib, 42 ixtiraya patent alınıb. Universitetdə nəşr olunan “Elmi əsərlər”, “Ekologiya və su təsərrüfatı”, “Nəzəri və tətbiqi mexanika”, “Urbanizm” adlı elmi jurnallar bu istiqamətdə qazanılan uğurların təbliği və tətbiqində xüsusilə əhəmiyyətlidirlər. Müxtəlif mövzularda keçirilən elmi tədbirlərdə professor-müəllim heyətiylə yanaşı, universitetin magistrant və doktorantları, gənc tədqiqatçıları, elmi fəaliyyətə yüksək maraq göstərən tələbələri də fəal iştirak edirlər.
Doktorantura yolu ilə kadr hazırlığı tanınmış alimlərimiz tərəfindən həyata keçirilir. Məhz həmin mütəxəssislərin səyi nəticəsində Azərbaycanın alim-mühəndisləri həm respublikada, həm də xaricdə səriştəli kadrlar kimi tanınıblar. AzMİU-nun doktoranturasında formalaşmış kadrlar təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da müvəffəqiyyətlə çalışırlar. 2002-ci ildən universitetdə büdcədən maliyyələşən 5 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 2010-cu ildə AzMİU-nun nəzdində fəaliyyətə başlayan Layihə İnstitutu bir sıra layihələr üzərində işləyir. Hazırda universitetin kafedralarında aparıcı alimlərin rəhbərliyi ilə respublika üçün böyük elmi və iqtisadi əhəmiyyəti olan bir sıra mövzular üzrə tədqiqatlar yerinə yetirilir. Azərbaycan memarlıq tarixinə dair uzun illər boyu aparılan tədqiqat işlərinin yekunu olaraq professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə alimlərimiz qədim və orta əsrlər dövründən müasir dövrə qədər Azərbaycan memarlığının tarixi haqqında 5 cildlik kitab nəşr etdiriblər.
Universitetimizin 40 illik inkişaf yolunda təhsil və elm qarşılıqlı fəaliyyət göstərib və bu gün də həmin əlaqələr mövcuddur. AMEA ilə işgüzar münasibətlər qurmuşuq, elmi-tədqiqat işlərinin nəticələri AMEA-ya təqdim edilərək qeydiyyatdan keçir, onların təşkil etdikləri elmi konfrans və seminarlarda aktiv iştirak edirik. Eyni zamanda, Avropa Birliyinin Elmi Tədqiqat və Texnoloji İnkişaf üzrə çərçivə proqramları üzrə uğurlu əməkdaşlıq edirik, alimlərimiz ABŞ, Almaniya, Türkiyə, Rusiya, Fransa, İtaliya, Tailand, İran, Cənubi Koreya və digər ölkələrin müxtəlif universitetləri, elm mərkəzləri, fondlarının tədbirlərində mütəmadi iştirak edirlər. AzMİU-nun Doktorantura şöbəsində dünyanın 40-dan çox ölkəsindən, o cümlədən Türkiyə, İran, Əfqanıstan, Suriya, Rusiya, Afrika, Latın Amerikası, Almaniya, Əlcəzair, Kamboca, Laos və Vyetnamdan gələn əcnəbi vətəndaşlar da təhsil alıb dissertasiya müdafiə edərək müxtəlif elm sahələri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüblər. Həmin ənənə bu gün də davam etdirilir, əcnəbi vətəndaşlar öz elmi potensiallarını artırır, uğurla dissertasiya müdafiə edib vətənlərinə qayıdırlar. Bu günədək doktorant və dissertantların 300-dən çoxu fəlsəfə doktoru, 60-dan çoxu isə elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb. Son 5 ildə 19 ixtisas üzrə gənc alim və mütəxəssis hazırlanır.
Elmi nailiyyətlərin geniş vüsət aldığı indiki dövrdə AzMİU dünya elminə inteqrasiya etməkdə, beynəlxalq əlaqələrini möhkəmləndirməkdə, dünyanın qabaqcıl elm mərkəzləri ilə münasibətlər qurmaqdadır. Universitetimizin bugünkü elmi əlaqələrinin miqyası gündən-günə genişlənir, əməkdaşlarımız xarici ölkələrdə çalışırlar. Avropa təhsil məkanına inteqrasiyanın başlanılması və 2005-ci ildən Bolonya prosesinə keçidin sürətlənməsiylə beynəlxalq layihələrdə iştirakımızı gerçəkləşdirmişik. Hazırda 80-dək xarici ölkə universitetləri - Monpelye, Sapienza, İstanbul Texniki, Orta Doğu Texniki, Moskva Dövlət İnşaat, Northampton universitetləri və bu kimi digər nüfuzlu ali təhsil ocaqlarıyla əməkdaşlıq edirik. Bu əməkdaşlıq ikili diplom proqramı, əməkdaşlıq müqavilələri, birgə mübadilə proqramları və digər beynəlxalq layihələr əsasında həyata keçirilir. 2012-ci ildən Erasmus-Mundus layihələrinə, 2013-cü ildən isə Türkiyə Respublikasının Mövlanə Mübadilə Proqramına qoşulmuşuq. Bu layihələr çərçivəsində 100-dək tələbə və müəllim mübadilə proqramlarında iştirak edib. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Universitetlər Birliyinin, İslam Ölkələri Universitetlər Birliyinin, Fransa və Şərqi Avropa Memarlıq Məktəbləri Birliyinin və başqalarının üzvüyük.
AzMİU-nun 2003-cü ildən sonrakı inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə yaratdığı yeniləşmə, müasirləşmə, yaradıcılıq atmosferinin xüsusilə böyük rolu olub. Ölkə başçısının AzMİU-nun maddi-texniki bazasının yaxşılaşdırılması, burada müasir təhsil şəraitinin yaradılması barədəki sərəncamları universitetdə elmi-pedaqoji fəaliyyətin müasir tələblər səviyyəsində aparılması üçün işgüzar mühit yaradıb. 2004-cü ildə Universitetin tərkibində İnşaat kolleci yaradılıb və 2005-ci ildən 8 ixtisas üzrə mütəxəssis hazırlığına başlanıb. 2005-ci ildən AzMİU-nun nəzdində fizika-riyaziyyat təmayüllü lisey də fəaliyyət göstərir.
Bu gün universitetimizin təşəkkülündə əvəzsiz xidmətləri olan sələflərimizin xatirəsi ehtiramla yad olunur, onların yaratdığı elmi məktəblər davam etdirilir. Universitetimizdə öz elmi məktəblərini yaratmış görkəmli alimlərdən professorlar İbrahim Bəxtiyarovun, Davud Axundovun, Abbas Mustafayev və başqalarının elmi rəhbərliyi ilə müxtəlif elm sahələri üzrə çoxlu sayda alim və pedaqoqlar yetişib. Həmin ənənə bu gün də davam etdirilir və təhsil ocağının aparıcı alimləri akademik T.Əliyev, professorlar G.Məmmədova, A.Şərifov, K.Əliyev, İ.Sadıxov, Ə.İsayev, H.Feyziyev, F.Hüseynov, N.Abdullayeva, N.Nağıyev, F.Əliyev, B.Sərdarov, M.Hacıyev, Ə.Əliyev, T.Pənahov və başqaları bir sıra böyük elmi və praktiki əhəmiyyəti olan mövzular üzrə tədqiqatlar yerinə yetirirlər, habelə elmimizə, təhsilimizə savadlı kadrlar hazırlayırlar.
Ali memarlıq və inşaat təhsilinin yükünü çiyinlərinə götürən AzMİU bu gün yeni hədəflər müəyyənləşdirir, Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun olaraq təhsilin və elmin müasir səviyyədə inkişafı üçün ciddi addımlar atır, mühüm islahatlar həyata keçirir, inkişaf edir.
Arif ŞƏRİFOV,
Texnika elmləri doktoru,
professor, Əməkdar müəllim,
AzMİU-nun elm və texnika
işləri üzrə prorektoru
Xəbər lenti
Hamısına baxElm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01

