Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ümummilli liderin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan xilas edib

Ümummilli liderin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan xilas edib

14.06.2016 [10:28]

İyunun 13-də Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesi başlanılıb. Ümummilli lider həmin dövrdə ölkəmizi vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edib. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmlənməsi və dünyada tanınması istiqamətində gördüyü işlərdən bəhs edən rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə vurğulayıb ki, Ümummilli lider xalqımızın şüurunda təkcə 1970-1980-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, eləcə də blokada şəraitində olan Naxçıvanda gördüyü işlərlə iz qoyub. Dahi siyasətçi Heydər Əliyevin müdrik və uzaqgörən qərarları Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaratdı. Xalqımız başa düşürdü ki, ölkəmizi bu fəlakətlərdən yalnız dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər. Belə ki, 1992-ci ilin oktyabrında bir qrup azərbaycanlı ziyalı Ulu öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi.
A.Rəhimzadə bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan parçalanmaqdan xilas oldu. Ulu öndərin dühası, qlobal inkişaf meyillərini əvvəlcədən görmək, ölkəmizin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti sayəsində Azərbaycanı gözləyən təhlükələr aradan qaldırıldı.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da xalqımızın Ümummilli lideri Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideologiyasından danışıb.

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31