1993-cü il iyunun 15-də müasir Azərbaycanın inkişafını təmin edən yolun əsası qoyuldu
14.06.2016 [10:30]
Xətai rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Dünən Xətai rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Rayondakı Heydər Əliyev parkında baş tutan tədbirin iştirakçıları və qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə güllər düzərək xatirəsini ehtiramla anıblar.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirib ki, müstəqilliyin ilk illərində ölkədə həllini gözləyən çox ciddi problemlər özünü göstərirdi: “Təkcə iqtisadi sferada inflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsri 100 dəfəyə qədər artmışdı. Ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Ölkəni vətəndaş müharibəsi təhlükəsi gözləyirdi”.
R.Məmmədovun sözlərinə görə, məhz belə bir mürəkkəb şəraitdə xalqımızın təkidli tələbi ilə Ümummilli liderimiz Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı, bütün problemləri qısa bir müddətdə aradan qaldırdı, dövlətçiliyin əsaslarını yaratdı. Hazırda isə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndərin yaratdığı möhkəm bünövrə üzərində uğurla inkişaf edir.
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov bildirib ki, 23 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib. Bu isə o deməkdir ki, 1993-cü il iyunun 15-də müasir Azərbaycanın inkişafını təmin edən yolun əsası qoyuldu. Onun sözlərinə görə, 1993-cü ilin 15 iyunundan başlanan inkişaf yolu bu gün yeni mərhələyə daxil olub və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın öndə gedən dövlətlərindən birinə çevrilib.
“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə isə deyib ki, 1991-1993-cü illərdə bütün sahələrdə mövcud uğursuzluqlar ölkəmiz üçün ciddi problemlər yaratmışdı. Xalq belə çətin vəziyyətdə üzünü öz xilaskarına - Ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır və qəbul olunur.
Daha sonra tədbirdə çıxış edənlər ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri geniş təhlil edib, məhz Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini xüsusi vurğulayıblar. Natiqlər ötən 23 il ərzində Azərbaycan Respublikasının əldə etdiyi böyük nailiyyətləri bir daha diqqətə çatdırıblar.
Tədbirdə rayon orta məktəbinin şagirdləri Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, respublikanın tanınmış mədəniyyət ustaları gözəl ifaları ilə tədbirə toplaşanlara xoş ovqat bəxş ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

