Qaradağda Silahlı Qüvvələr Günü qeyd edilib
23.06.2016 [10:13]
Dünən Qaradağ rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, Müşfiqabad qəsəbəsindəki Mədəniyyət Evində baş tutan tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, millət vəkilləri Musa Quliyev, Elman Nəsirli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, gənc şairlər, qiraətçilər və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə ilk çıxış edən millət vəkili Musa Quliyev Azərbaycan xalqını ordu günü münasibətilə təbrik etməklə yanaşı, sərhəd keşiyində duran mərd əsgərləri salamlayıb. O bildirib ki, Vətən sərhəddən, sərhəd səngərdən, səngər isə əsgərdən başlayır: “Dünyada 6 min xalq olsa da, onlardan yalnız 200-nün dövləti var. Dövlətin də əsas atributlarından biri onun güclü ordusunun olmasıdır. Yalnız güclü dövlətin güclü ordusu olur. Azərbaycanda ilk dəfə ordu 1918-ci ildə Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. Daha sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı işlər Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirildi. 1971-ci il iyunun 20-də Cənubi Qafqazda ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. O zaman SSRİ rəhbərliyi və digər qüvvələr bu işə mane olmağa çalışırdılar. Onlar hərbi məktəbi İrəvanda yaratmaq istəyirdilər. Lakin Ulu öndər buna imkan vermədi. Bu gün həmin hərbi məktəbin zabitləri milli ordumuzun əsasını təşkil edir. Bütün bunlar Ümummilli liderin uzaqgörənliyi nəticəsində əldə olunub. Azərbaycan 1991-ci ildə sənəd üzərində müstəqil olsa da, ölkədə vəziyyət ürəkaçan deyildi. Yalnız 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndərin fəaliyyəti sayəsində ordumuz da inkişaf etməyə başladı”.
M.Quliyev söyləyib ki, hazırda ordumuz gündən-günə qüvvətlənir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin məsələyə qətiyyətli yanaşması nəticəsində mümkün olub: “Dövlət büdcəsindən ordunun gücləndirilməsinə kifayət qədər vəsait ayrılır. Biz ordumuzun gücünü cari il aprelin əvvəllərində cəbhədə baş verən döyüşlərdə gördük. Bu gücü tək biz deyil, bütün dünya gördü və müdafiə etməyə başladı. Azərbaycan Prezidenti sülhün tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə çalışır. Artıq ermənilər də ordumuzun gücünü gördü. Düşmən ölkə çox yaxşı bilir ki, münaqişə danışıqlar yolu ilə həll edilməsə, o zaman güclü ordumuz öz sözünü deyəcək”.
Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bildirib ki, Azərbaycan ordusunun bugünkü gücü Ulu öndərin əsasını qoyduğu siyasətin ana xəttini təşkil edir. Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı ölkənin müxtəlif yerlərində tədbirlərin və diskussiyaların keçirildiyini deyən A.Hüseynov söyləyib ki, bugünkü tədbir onlardan biridir: “Bugünkü tədbirimizi digərlərindən fərqləndirən cəhət odur ki, burada nümayiş etdiriləcək kompozisiyalar millət vəkili, tarixçi, şair Musa Quliyevin (Musa Urud) vətənpərvərlik mövzusunda yazdığı şeirlərindən ibarət olacaq”.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, hər bir xalq öz milli-mənəvi dəyərləri ilə tanınır, təqdim edilir: “Hər bir xalq öz tarixi yaddaşı qədər mövcuddur. Biz bu tarixi yaddaşımızı ən bariz şəkildə Ali Baş Komandanın tarixi yaddaşında görürük. Çünki Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən hər zaman qeyd edir ki, biz Dağlıq Qarabağı, Zəngəzuru, Göyçəni azad edəcəyik. Tarixi yaddaş elə budur”.
Millət vəkili Hikmət Babaoğlu Musa Urudun yaradıcılığı haqqında da fikirlərini bildirib. O qeyd edib ki, Musa Urud Xalq şairi Məmməd Araz poeziyasının, Məmməd Araz fəlsəfəsinin davamçısıdır.
Daha sonra çıxış edən şair və qiraətçilər Musa Urudun yaradıcılığına toxunaraq onun yazdığı şeirləri səsləndiriblər.
Tədbirdə Musa Urudun vətənpərvərlik şeirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda çıxış edən millət vəkili Musa Quliyev tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxElm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51

