Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BANM ilə “British Council” arasında əlaqələr genişlənir

BANM ilə “British Council” arasında əlaqələr genişlənir

03.08.2016 [15:06]

Bakı Ali Neft Məktəbi (BANM) və “British Council” ikitərəfli əlaqələrini genişləndirmək barədə razılığa gəliblər. Bu barədə BANM-in rektoru Elmar Qasımovla “British Council”-in ölkə üzrə direktoru Elizabet Vayt arasında ali məktəbdə keçirilmiş görüş zamanı müzakirələr aparılıb. Elmar Qasımov “British Council” ilə əməkdaşlığın ən yüksək səviyyədə davam etdiyini qeyd edərək hər il “British Council” tərəfindən təşkil olunan IELTS imtahanlarında ali məktəbin tələbələrinin uğurlu nəticələr göstərdiyini, builki nəticələrin daha yüksək olduğunu, xüsusilə BANM-in Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbəsi Fidan Quliyevanın tələbələr arasında ən yüksək nəticə göstərərək 8,5 bal toplamasını qonağın diqqətinə çatdırıb.
Elizabet Vayt BANM-lə mövcud əlaqələrdən olduqca məmnun olduğunu bildirirək Birləşmiş Krallığın müvafiq qurumları ilə əməkdaşlıq edən ali təhsil müəssisələri sırasında BANM-in xüsusi yer tutduğunu vurğulayıb. O, BANM ilə Heriot-Vatt Universiteti arasında əlaqələrin “British Council” tərəfindən daim diqqət və maraqla izləndiyini, Böyük Britaniyanın müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin yaradılması və inkişafında hərtərəfli dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.
Görüşdə “British Council”-in dəstəyi ilə BANM-də Birləşmiş Krallığın tarixi və mədəniyyəti ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin keçirilməsi barədə də razılıq əldə olunub.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30