Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevə “Şöhrət” ordeni təqdim edilib
25.08.2016 [09:54]
Avqustun 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident İlham Əliyevin Milix İlxananoviç Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən ordenin təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Azərbaycanın baş müftisi Hacı Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev, Avropa Yəhudilərinin Bakı dini icmasının, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Milix Yevdayevin ölkəmizdə multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki xidmətlərindən danışıb. O, bu xidmətlərin Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verən M.Qurbanlı Azərbaycanda müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Bildirib ki, pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. Dini konfessiyaların fəaliyyəti barədə məlumat verən M.Qurbanlı yəhudilərin Azərbaycanda məskunlaşma tarixindən danışıb. O qeyd edib ki, bütün dini qurumlara, o cümlədən qeyri-müsəlman dini icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərilir. Komitə sədri Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, həmin ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını diqqətə çatdırıb.
Sonra “Şöhrət” ordeni Milix Yevdayevə təqdim olunub.
Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev onun fəaliyyətinə verilən bu qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Daim Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət etdiyini deyən M.Yevdayev Azərbaycanın tolerantlıq rəmzi olduğunu və burada bütün dinlərin nümayəndələrinə eyni münasibətin göstərildiyini vurğulayıb. O bildirib ki, Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi var. Ölkədə həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyalar kimi, yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
Hacı Salman Musayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin salamlarını və təbrikini çatdıraraq deyib ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. O, dini icmalara Ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, məhz Ümummilli lider müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlığın və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Yevda Abramov, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev Azərbaycanda mövcud olan multikultural və tolerantlıq ənənələrindən danışıb, Prezident İlham Əliyev tərəfindən Milix Yevdayevin belə mötəbər ordenlə təltif edilməsini dövlətimizin dini konfessiyalara, qeyri-İslam dini icmalara göstərdiyi yüksək diqqət və qayğısının təzahürü kimi dəyərləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

