/ / Birinci MDTU-nun Bakı filialı ilə M.D.Anderson adına Onkoloji Mərkəz arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Birinci MDTU-nun Bakı filialı ilə M.D.Anderson adına Onkoloji Mərkəz arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
29.09.2016 [09:36]
Sentyabrın 28-də Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialı ilə M.D.Anderson adına Amerika Onkoloji Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Rusiya ali məktəbinin Bakı filialının rektoru, professor Əziz Əliyev və M.D.Anderson adına Onkoloji Mərkəzin layihələr direktoru Karen Virciniya Frensis imzalayıb.
İmzalanmış sənədə müvafiq olaraq İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialının tələbələri M.D.Anderson adına Onkoloji Mərkəzdə klinik ixtisaslar üzrə praktiki rotasiya keçə biləcəklər.
Qeyd edək ki, Birinci MDTU-nun Bakı filialının tərəfdaşı olan M.D.Anderson adına Onkoloji Mərkəz 1971-ci ildə xərçəng tədqiqatları üzrə Milli Proqrama uyğun olaraq ABŞ-da təsis edilmiş üç tammiqyaslı xərçəng araşdırmaları mərkəzindən biridir. Anderson Mərkəzi akademik dərəcələr vermək hüququna malik olmaqla bərabər, klinik fəaliyyət və tədqiqat işləri ilə də məşğuldur. Texas Tibb Mərkəzində (Hyuston, Texas, ABŞ) yerləşən Anderson Mərkəzi ABŞ-ın analoji müəssisələri arasında birinci yeri tutur. Anderson Mərkəzi 1941-ci ildə Texas ştatı hökumətinin sərəncamına əsasən Texas Universiteti nəzdində yaradılıb. Bu gün Anderson mərkəzi ABŞ Milli Xərçəng İnstitutunun siyahısına daxil edilmiş 41 xərçəng tədqiqatı mərkəzindən biridir.
Hazırda ali təhsil sisteminin qarşısında heç də asan olmayan bir məsələ durur - müasir dünyada inkişaf səviyyəsinə müvafiq olmaq. Beynəlmiləlləşmə müasir universitetin mühüm təminat komponentlərindən biridir. Beynəlmiləlləşmənin rolu və əhəmiyyəti sürətlə artır, müvafiq strategiya və transformasiyaların reallaşması isə universitetlərin müdiriyyəti və idarəçilər tərəfindən get-gedə daha artıq peşəkarlıq tələb edir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti 2015-ci ildə keçirilmiş açıq müsabiqə nəticəsində Rusiya Federasiyasının tibbi profilli yeganə ali məktəbi kimi dünyanın aparıcı elm və təhsil mərkəzi arasında rəqabət qabiliyyətini artırmaq məqsədilə ölkənin aparıcı universitetlərinə dövlət dəstəyi - “5-100 Proqramı”na daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

