Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
15.11.2016 [10:05]
Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, Birinci Türkoloji Qurultayın ideyaları sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin və elmi-mədəni inteqrasiyanın formalaşmasında, türkdilli ölkələr arasında tarixi-mədəni əlaqələrin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Prezident İlham Əliyevin imzaladığı “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı xatırladan akademik bu sənədin Birinci Türkoloji Qurultayın dərslərini ictimai və elmi cəhətdən qiymətləndirməyə və nəticələr çıxarmağa imkan verdiyini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı önəmindən danışıb. O, humanitar xarakter daşıyan Birinci Türkoloji Qurultayda latın qrafikalı əlifbaya keçid kimi vacib məsələnin müzakirə olunduğunu diqqətə çatdırıb.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Türk Dil Qurumunun rəhbəri Mustafa Kaçalin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və digərləri məruzələrlə çıxış ediblər. Məruzələrdə qurultayın tarixindən və əhəmiyyətindən danışılıb.
Beynəlxalq tədbirdə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə Türkiyə, Qazaxıstan, Macarıstan və Tatarıstanda da elmi konfransların keçirildiyi diqqətə çatdırılıb.
Konfrans Nizami adına Ədəbiyyat İnstitutunda və Mərkəzi Elmi Kitabxanada “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” dərsliklərinin, o cümlədən “Ortaq türk qrammatikası və terminologiyası”nın hazırlanması və digər məsələlərin müzakirəsi ilə davam etdirilib.
Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, Akademiyanın “Türk xalqlarının ortaq dərslikləri” layihəsi Prezident Nursultan Nazarbayevin dəstəyi ilə reallaşıb.
Daha sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan Elmlər akademiyalarının və Beynəlxalq Türk Akademiyasının Kitabxanaları Assosiasiyasının yaradılması ilə bağlı layihə müzakirə edilib. Layihə haqqında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova məlumat verib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Nizami adına Ədəbiyyat İnstitutunun, professor Əhməd Bican Ercilasun Nəsimi adına Dilçilik İnstitutunun fəxri doktoru adına layiq görülüblər.
Ortaq türk dəyərlərinin təbliğində xidmətlərinə görə Əhməd Bican Ərcilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən Beynəlxalq Türk Akademiyasının medalı ilə təltif olunublar.
Bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilib.
Konfrans işini noyabrın 15-də yekunlaşdıracaq.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

