Azərbaycançılıq ideyasının təbliği milli birliyin gücləndirilməsinə töhfədir
03.12.2016 [12:26]
Hazırda bir çox ölkələrdə siyasi, dini, məzhəb, etnik, mədəni zəmində özünü göstərən münaqişələr nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modeli ilə daha çox diqqəti cəlb edir. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində məhz milli-mənəvi birlik dayanır.
Azərbaycandakı milli birlik mühitinin formalaşması isə cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən və hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub.
Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır. Ümummilli lider Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü daha qabarıq formada göstərir. Azərbaycan dilinin, mədəniyyətinin qorunmasına, tarixinin öyrənilməsinə xidmət edən dövlət siyasəti, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər il müxtəlif səviyyələrdə təntənə ilə qeyd olunması, 2001-ci ildə əsası qoyulan və 2016-cı il 3-4 iyun tarixlərində dördüncüsü keçirilən Dünya Azərbaycanlılarının qurultayları hər bir soydaşımızı Azərbaycan ətrafında sıx birləşdirərək, milli maraqları müdafiəyə təşviq edir. Bununla yanaşı, məktəblərdə uşaqlara dövlət rəmzləri, ölkənin zəngin tarixi, mədəni irsi öyrədilir, vətənə məhəbbət hissi aşılanır. Müxtəlif hökumət və qeyri-hökumət qurumlarının uşaq, yeniyetmə və gənclər arasında hər il təşkil etdiyi bilik müsabiqələri, Azərbaycanın bölgələrini, mədəniyyətini, tarixini tanıdan layihələr də vətənpərvərliyin güclənməsinə və bu ideologiyanın nəsildən-nəslə ötürülməsinə töhfədir. Həmçinin görülən işlərin, eləcə də Azərbaycan xalqının qədim tarixinin, mədəniyyətinin, mədəni-mənəvi irsinin müasir auditoriyaya çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə götürdüyü vəzifə azərbaycançılıq ideologiyasının təbliğində mühüm əhəmiyyətə malikdir.
Görülən işlərin nəticəsi olaraq, bu gün azərbaycançılıq ideologiyası cəmiyyətimizdə harmoniya və sabitliyin, sağlam ictimai münasibətlərin möhkəm əsasını təşkil edir.
Azərbaycançılıq ideyasını milli birlik ideologiyasına çevirən tarixi zərurət
Azərbaycançılıq ideyasının əhəmiyyətindən bəhs edərkən onun milli birliyin təməl prinsipinə çevrilməsində məhz müasir Azərbaycan gerçəkliyinin rolunu qeyd etmək lazımdır.
Xatırladaq ki, müstəqilliyin əldə edilməsi ilə Azərbaycanda siyasi-iqtisadi və ideoloji sferalarda baş verən kəskin dəyişikliklər situasiyaya özünəməxsus reaksiya verən cəmiyyətdə milli enerjinin idarə olunması, dövlətin və xalqın mənafeyi naminə ideoloji həmrəyliyin yaradılmasını tələb edirdi. 1991-1993-cü illərin təcrübəsi göstərdi ki, cəmiyyəti birləşdirən, eləcə də dövlətin siyasi, iqtisadi, mənəvi inkişafı üçün milli mənafeyə xidmət edən ideoloji əsaslar olmadıqda cəmiyyətdaxili konfliktlərin yaranması və genişlənməsi üçün əlverişli şərait yaranır. İdeoloji boşluğun yarandığı belə mühitdə çox vaxt maraqlı xarici qüvvələrin əli ilə cəmiyyətə yad, zərərli ideologiyaların şüurlara nüfuz etdirilməsi və milli enerjinin manipulyasiyası təhlükəsi meydana çıxır.
Məhz 90-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətində belə bir ideoloji boşluq yaranmışdı. Məlum olduğu kimi, müstəqilliyin qazanılması ilə respublikada kommunizm ideologiyasından imtina edildi, lakin onun əvəzində ölkənin ən təlatümlü günlərində cəmiyyəti vahid bir orqanizm kimi bütöv saxlaya biləcək, təhlükəli tendensiyalara qarşı sipər olacaq konkret ideya irəli sürülmədi. Bunun məntiqi nəticəsi kimi, həmin dövrdə Azərbaycan cəmiyyətində yaranan ideoloji boşluq ölkəni dini-ideoloji poliqona çevirmək təhlükəsi ilə üz-üzə qoydu. Cəmiyyətdə geniş vüsət alan ideoloji uçurumlar, etnik zəmində qarşıdurma təhlükəsi cəmiyyətdaxili parçalanma səviyyəsinə gəlib çıxmışdı. Ümumiyyətlə, dünya təcrübəsi ilə də təsdiqlənib ki, cəmiyyət daxilindəki ideoloji çatlar, boşluqlar vaxtında aradan qaldırılmadıqda proses daha da dərinləşir, ideoloji parçalanma ictimai həyatın bütün sferalarına mənfi təsir göstərir. Məhz həmin illərdə Azərbaycanda vahid siyasi rəhbərliyin və ideoloji birliyin olmaması ölkədə etnik zəmində qarşıdurma, separatizm meyillərinin yaranmasına səbəb oldu. Əsasən xaricdən təşkil və idarə olunan bu proses cəmiyyətin siyasi-ideoloji müdafiədən məhrum olduğu bir dövrdə ağır fəsadlara gətirib çıxara bilərdi.
Beləliklə, Azərbaycanda ictimai münasibətlərdə müşahidə olunan deqradasiya, mənəvi aşınmanın qarşısını ala biləcək, cəmiyyətdə etno-dini birliyi bərpa edə biləcək milli ideologiyaya ehtiyac var idi. Məhz belə bir çətin və məsuliyyətli dövrdə xalqın tələbi ilə ölkə rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev ilk növbədə diqqəti dövlətçiliyin qorunub saxlanmasında böyük əhəmiyyətə malik olan milli birliyin yaradılması və yeni cəmiyyət quruculuğu prosesinə yönəltdi. Bu məsələdə ideoloji faktorun rolunu düzgün dəyərləndirən Ulu öndər azərbaycançılıq məfkurəsini cəmiyyətdəki bütün etnosların və konfessiyaların maraqlarını ödəyəcək, ideoloji yarğanlara bölünmüş Azərbaycan cəmiyyətini birləşdirəcək ideya-siyasi struktur kimi irəli sürdü.
Ümumiyyətlə, azərbaycançılığın ideya əsasları olan tarixi yaddaşın, milli adət-ənənələrin, ana dilinin qorunması, milli şüurun oyadılması və s. məqamlar XIX əsrin sonu - XX əsrin əvəllərində milli maarifçilik hərəkatının nümayəndələrinin və həmin dövrün başqa ziyalılarının əsərlərində, publisistik yazılarında irəli sürülüb.
Lakin ilk dəfə olaraq məhz Ümummilli lider bu ideyanı tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi. Azərbaycançılıq ideologiyası dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir. Azərbaycançılığı təbliğ etməkdə Ulu öndərin məqsədi yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlıya, soydaşımıza vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi.
Azərbaycançılığı dövlət siyasətinin əsas ideya bazasına çevirən Ulu öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışında onun əsas mahiyyətini soydaşlarımızın diqqətinə çatdırıb: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Azərbaycançılığın dövlət siyasəti səviyyəsinə yüksəldilməsini göstərən ən bariz cəhət bu ideologiyanın əsas prinsiplərinin Konstitusiyanın müddəalarında öz əksini tapmasıdır. Xalqın öz liderinə olan rəğbəti, inamı da azərbaycançılıq ideologiyasının ictimai şüurda özünə möhkəm yer tapmasına səbəb oldu.
Azərbaycançılıq prinsipləri xalqımızın milli-mənəvi dəyərlərindən qaynaqlanır
Hazırkı dövrdə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçməsində əsas faktorlardan biri kimi çıxış edir.
Bu gün azərbaycançılıq respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin ötən yüzilliklərdə olduğu kimi, birgə qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Vahid milli ideologiyanın mövcudluğu, milli ideologiya insanları cəmiyyətin tamhüquqlü üzvü kimi özlərini topluma yararlı fərd kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır.
Azərbaycançılıq ideyasının multikulturalizm prinsipi ilə ahəngdar uzlaşması və buna xidmət edən dövlət siyasəti böyük önəm və maraq kəsb edir. Qeyd etdiyimiz kimi, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan insanların mehriban şəraitdə birgə yaşadığı məkan olub. Azərbaycan dini, irqi, etnik, mədəni ayrı-seçkiliyin olmadığı bir ölkədir. Əhalisinin böyük hissəsinin İslam dininə etiqad etdiyi Azərbaycan toplumu müxtəlif konfessiyalar və etnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir. Azərbaycan xalqının kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib. Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan Respublikasının konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək mənəvi dəyərlərinə söykənir. Azərbaycan Konstitusiyasının və digər qanunlarının müddəaları da ölkəmizdəki tolerant mühiti hüquqi baxımdan əsaslandırır. Hər bir kəs hüquqi, dünyəvi, unitar dövlət olan Azərbaycanda başqalarının hüquqlarına xələl gətirmədən öz etiqadına və adət-ənənələrinə sadiq qalmaq imkanına sahibdir.
Bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində milli dəyərlər, xalqın mədəni-psixoloji xüsusiyyətləri hər zaman nəzərə alınır. Məhz buna görə də dövlət siyasəti səviyyəsinə qaldırılan azərbaycançılıq ideologiyası müasir demokratiyanın təməlində dayanan vətəndaşlıq, dünyəvilik, qanunun aliliyi prinsipləri ilə xalqımızın milli-mədəni irsindən irəli gələn tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət, milli birlik kimi dəyərlərin birləşməsinin uğurlu formulu kimi özünü göstərir. Bu səbəbdən də qonşu regionlarda dini, etnik zəmində yaşanan təlatümlər fonunda Azərbaycan “sabitlik adası” kimi öz yolunda irəliləməkdə davam edir.
Beləliklə əminliklə söyləyə bilərik ki, harada olmasından asılı olmayaraq, soydaşlarımız daha böyük həmrəyliyə nail olaraq yüksək milli şüur səviyyəsi nümayiş etdirirlər. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür.
Zahid İLHAMOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

