Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Pole Çudes” verilişinin bugünkü buraxılışı “Azərçay”a həsr ediləcək

“Pole Çudes” verilişinin bugünkü buraxılışı “Azərçay”a həsr ediləcək

23.12.2016 [09:33]

Artıq 20 ildir ki, istehlakçılar tərəfindən yüksək qiymətləndirilən Azərbaycanın dünyanın bir çox ölkəsində tanınan ilk milli markası olan “Azərçay” uğurlarını sıralamaqda davam edir. Avropanın 50-dən artıq hava limanında “Duty Free” mağazalarında satışı həyata keçirilən və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan, ölkədə və Azərbaycanın hüdudlarından kənarda keçirilən müxtəlif mühüm layihələrin təşkilində yaxından iştirak edən milli markamız bir müddət öncə Rusiyanın ən məşhur televiziya layihələrindən olan “Pole Çudes” ilə sponsorluq barədə razılaşma əldə edib.
Artıq növbəti aylarda bu verilişin buraxılışları “Azərçay”ın sponsorluğu ilə efirə gedəcək. “Pole Çudes”in növbəti buraxılışı bu il yubileyini qeyd edən milli markamıza həsr ediləcək ki, burada həm markanın tarixi və gələcək planları, həm də Azərbaycanın mədəniyyəti və tarixi barədə geniş məlumat veriləcək. Bakı vaxtı ilə saat 20:50-də Rusiyanın 1-ci kanalında yayımlanacaq verilişdə çox maraqlı və əyləncəli məqamlara yer ayrılıb. Bütün izləyiciləri bu gün efirə gedəcək “Pole Çudes” verilişini izləməyə dəvət edirik.

Paylaş:
Baxılıb: 1410 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31