Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsini elan edib
29.12.2016 [09:50]
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) bu qurumun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə razılaşdırmaqla və elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin səmərəliliyini nəzərə alaraq cari il məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsini elan edib. Müsabiqə dekabrın 21-də keçirilmiş AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasının Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində müəyyənləşdirilmiş məqsədlərinə də uyğundur.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin fəaliyyətini stimullaşdırmaq, müasir avadanlıqla təminatını təkmilləşdirmək, elmin ayrı-ayrı sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, kadr hazırlığını təmin etməkdir. Müsabiqə, həmçinin akademik və ali təhsil qurumlarını təmsil edən alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivlərinin təqdim etdikləri fundamental və tətbiqi xarakterli layihələrə müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə keçirilir.
Akademik və təhsil müəssisələri EİF-in qrant müsabiqələrində kifayət qədər fəal iştirak edirlər. 2010-2015-ci illərdə fond tərəfindən təşkil edilmiş 26 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 444 qalib qrant layihəsinin 272-sinin rəhbərləri akademik qurumları, 129-nun rəhbərləri isə 21 təhsil müəssisəsini (18 universitet, iki təhsil akademiyası, bir lisey) təmsil edirlər. Beləliklə, 444 layihə üzrə rəhbər və icraçıların 1234-ü akademik, 444-ü ali təhsil qurumlarına aiddir.
Müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektiv formalaşdırılarkən akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilməli, ümumi say (rəhbərlər daxil olmaqla) səkkiz nəfərdən, layihələrin icra müddəti bir ildən artıq olmamalıdır. EİF müsabiqəyə təqdim olunan layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək.
Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il yanvarın 5-dən fevralın 28-i saat 17.00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin birinci yarısında açıqlanması planlaşdırılır.
Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı “e-QRANT” - Qrant layihələrinin Elektron İdarəolunması Sistemi vasitəsilə də təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni nəzərdə tutur. Müsabiqənin keçirilməsi qaydaları ilə http://sdf.gov.az saytında tanış olmaq mümkündür. Sənədlərin qəbulu üçün nəzərdə tutulan müddətdə qrant iddiaçılarına kömək məqsədilə səyyar seminarların keçirilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxElm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53

