“UNEC: dünya səviyyəli universitet”
12.01.2017 [09:35]
Rusiyanın nüfuzlu “Delovaə Rossiə” federal jurnalının dekabr ayının buraxılışının xüsusi bölməsi Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyinə və Prezident İlham Əliyevin yubileyinə həsr edilib. Əsasən, iqtisadi və sosial mövzuların geniş yer aldığı jurnalda “UNEC: dünya səviyyəli universitet” adlı məqalə dərc edilib.
Məqalədə UNEC-də həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib. 18 minə yaxın bakalavr, magistr, doktorantın təhsil aldığı və 1650 professor-müəllim və inzibati heyətin fəaliyyət göstərdiyi universitetin Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsli müəssisəsi olduğu bildirilib.
Azərbaycanın iqtisadiyyat və biznes sahəsində peşəkar kadr hazırlayan əsas təhsil müəssisəsi olan UNEC-də müxtəlif istiqamətlərdə fundamental elmi tədqiqatların aparıldığı da qeyd edilib: “UNEC-də fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu, Elmi İnnovasiya Mərkəzi, Texnologiya Transfer Mərkəzində yüksəkixtisaslı iqtisadçı kadrlar müasir innovativ metodlar tətbiq etməklə milli iqtisadiyyatın real sektorunda tələb olunan tədqiqatlar aparırlar. Bu təqdiqatlar UNEC-də təhsilin təkmilləşdirilməsinə də təkan verir”.
Məqalədə UNEC-in beynəlxalq əlaqələrinə də geniş yer ayrılıb. Bildirilib ki, UNEC 30-dan çox ölkənin (Almaniya, Böyük Britaniya, İtaliya, İsveçrə, İspaniya, Litva, Cənubi Koreya, Türkiyə və s.) 100-dən çox nüfuzlu universiteti (Siegen University, London School of Economics, Montpellier University, University of Malaga, Mykolas Romeris University və s.) ilə əməkdaşlıq edir. Bakalavr, magistr və doktorant hazırlığında ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi həyata keçirir. UNEC beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, qabaqcıl qlobal iqtisadi qurumlarla da sıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in Fəxri doktoru olması və onların İqtisad Universitetdə mühazirələr söyləməsi də məqalədə xüsusi yer alıb.
Məqalədə UNEC-də dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində təhsil aparıldığı da bildirilib. Eyni zamanda 11 ixtisas üzrə rus dilində və 5 ixtisas üzrə ingilis dilində təhsil verən Rus İqtisadiyyat Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbinin fəaliyyəti işıqlandırılıb.
Universitetin beynəlxalq reytinqlərdə yer alması da önə çəkilib: “UNEC iki il ardıcıl olaraq dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “Webometrics”in nəticələrinə görə, Azərbaycan universitetləri üzrə birinci olub. Eyni zamanda, 2016-cı ildə ilk dəfə olaraq, QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universitetdir”.
Məqalədə UNEC-in Azərbaycanın xaricdə filialı olan yeganə ali təhsil ocağı olduğu diqqətə çatdırılıb. Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən filialın təhsil sahəsində Azərbaycan-Rusiya əməkdaşlığında əsas rol oynadığı xüsusi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

