Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Media nümayəndələri Bakcell Məlumat Mərkəzinin qonaqları olublar

Media nümayəndələri Bakcell Məlumat Mərkəzinin qonaqları olublar

04.02.2017 [11:48]

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti KİV təmsilçilərini şirkətin Məlumat Mərkəzinə dəvət edib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, media nümayəndələri Məlumat Mərkəzinin gündəlik işi ilə tanışlıq zamanı “555” qısa nömrəsinə edilən zənglərin peşəkar operatorlar tərəfindən necə cavablandırılması və daxil olan müraciətlərə əsasən əlaqəli bölmələrlə birlikdə müxtəlif əməliyyatların necə həyata keçirildiyinin canlı şahidi olublar.
Məlumat Mərkəzinin qrup rəhbəri Elmar Cəfərov və kanalların idarə olunması üzrə qrup rəhbəri Emin Əskərsoy qonaqlara mərkəzə daxil olan müraciətlərin idarə edilməsi və son iki il ərzində əldə olunan nailiyyətlər barədə məlumat veriblər.
“Məlumat Mərkəzində işin necə qurulduğunun abunəçilərimizin çoxuna maraqlı olduğunu nəzərə alaraq, media nümayəndələrini iş yerimizə dəvət etdik. Belə ki, abunəçilərimizə daha yaxın olmağımızda onların müstəsna rolu var. Ümidvarıq ki, jurnalistlərin hazırladığı məqalələr abunəçilərimiz üçün maraqlı olacaq”, - deyə “Bakcell”in müştəri xidmətləri üzrə baş direktoru xanım Selda Bostancıoğlu bildirib.
Məlumatda həmçinin qeyd olunur ki, “Bakcell” bir müddət bundan öncə şəbəkənin intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həlli zamanı qabaqlayıcı tədbirlərin görülməsi, proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına yönələn Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini tətbiq edib.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31